Kometa partlayışı: Mamontları və Amerikanın ən qədim mədəniyyətlərindən birini məhv edib
Təxminən 13 min il əvvəl Şimali Amerikanın üzərində baş verən kometa partlayışı genişmiqyaslı dağıntılara səbəb olaraq təkcə mamontları və mastodontları deyil, həm də qitənin ən qədim mədəniyyətlərindən birini yer üzündən silmiş ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" nəşri yazır.
Alimlər nəyi müəyyən ediblər?
"PLOS One" jurnalında dərc olunan yeni araşdırma gec drayas zərbə hipotezini gücləndirir. Bu hipotezə görə, təxminən 13 min il əvvəl parçalanmış bir kometa Yer atmosferində partlayaraq genişmiqyaslı yanğınlara, qlobal temperaturun kəskin azalmasına və özünəməxsus daş alətləri ilə tanınan erkən ovçu qrupu olan klovis mədəniyyətinin qəfil yox olmasına səbəb ola bilər.
Kaliforniya Universitetinin Santa-Barbara kampusundan geoloq Ceyms Kennetin rəhbərliyi ilə aparılan tədqiqat çərçivəsində alimlər üç əsas ərazini araşdırıblar: Myurrey-Sprinqs (Arizona), Blekuoter-Drou (Nyu-Meksiko) və Arlinqton-Kanyon (Kaliforniya). Bu məkanlarda tədqiqatçılar genişmiqyaslı fəlakətə işarə edən unikal dağıntı qarışığı aşkar ediblər.
Bildirilir ki, hər üç ərazidə "qara xalça" adlandırılan qeyri-adi tünd torpaq qatı müşahidə olunub. Karbonla zəngin olan bu qat minilliklər davam edən istiləşmədən sonra Yer kürəsinin qəfil yenidən soyuduğu gənc drayas dövrünün başlanğıcına aiddir.
Alimlərin xüsusi diqqətini şok kvarsın mövcudluğu cəlb edib. Bu, mikroskopik quruluşu adi kvarsdən fərqlənən xüsusi kvars formasıdır. Nəşrdə izah edilir ki, belə mineral yalnız son dərəcə yüksək təzyiq şəraitində yarana bilər. Tədqiqatçılar şok kvarsın qum dənəciklərinin içərisində ərimiş damarlar aşkar ediblər ki, bu da vulkanları və ya insan fəaliyyəti nəticəsində yaranan yanğınları istisna edir. Onların fikrincə, bu, mineralın göydə baş verən nəhəng partlayış nəticəsində yarandığını göstərir.
Kometa Yerə toxunmayıb
Maraqlıdır ki, partlayışdan sonra heç bir krater formalaşmayıb. Alimlər bunun səbəbini birbaşa toqquşmanın olmaması ilə izah edirlər. Ehtimala görə, kometa havada partlayaraq Yer səthinə toxunmayan nəhəng od topu yaradıb.
Nəzəriyyəni yoxlamaq üçün tədqiqat qrupu müxtəlif hava partlayışlarının kvars nümunələrində müşahidə olunan zərbə dalğalarını necə yarada biləcəyini göstərən kompüter modelləri işləyib hazırlayıb və nəticələr tapıntılarla üst-üstə düşüb.
Araşdırma zamanı məlum olub ki, partlayışdan qısa müddət sonra Şimali Amerikanın buzlaq dövrünə aid iri heyvanlarının böyük hissəsi yoxa çıxıb, klovis mədəniyyəti isə arxeoloji qeydlərdən silinib. Alimlər əlavə ediblər ki, partlayış həmçinin meşə yanğınlarına səbəb ola, səmanı toz və tüstü ilə doldura, günəş işığını bloklaya və temperaturun yenidən enməsinə gətirib çıxara bilər. Nəticədə qida mənbələri tükənib.
Nəşrdə vurğulanır ki, bir vaxtlar bütün qitə boyunca geniş yayılmış klovis mədəniyyəti kometa partlayışından sonra özündən heç bir iz qoymayıb. Bu hadisə minilliklər boyu bu torpaqlarda hökmranlıq edən mamontların, mastodontların və digər nəhəng canlıların yoxa çıxması ilə də zaman baxımından üst-üstə düşür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 831 Tarix: 08 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
14:30 0 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. BİG.AZ Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki
17:04 0 Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video
Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər
10:35 199 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
12:00 139 2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını
00:11 306 Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
14.11.2026 281 Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb
Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi
11:15 125 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 99 XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 193