İran böhranı regionu silkələyir: tarixi torpaqlar məsələsi yenidən gündəmdə? - POLİTOLOQDAN AÇIQLAMA

İran böhranı regionu silkələyir: tarixi torpaqlar məsələsi yenidən gündəmdə? - POLİTOLOQDAN AÇIQLAMAİranda 28 dekabrdan müşahidə olunan etiraz aksiyaları və daxili gərginlik regionda ciddi geosiyasi suallar doğurur. Əgər proseslər İraq və Suriya nümunələrində olduğu kimi dərin siyasi xaosa, təhlükəsizlik boşluqlarına və mərkəzi hakimiyyətin zəifləməsinə gətirib çıxararsa, bu, təkcə İranın daxili işi olaraq qalmaz. Belə bir ssenari Cənubi Qafqazda mövcud güc balansını dəyişdirə və yeni reallıqlar yarada bilər. Bu kontekstdə ən çox müzakirə olunan məsələlərdən biri də Azərbaycanın mümkün regional dəyişikliklər fonunda öz tarixi torpaqlarını geri qaytarmaq imkanının olub-olmamasıdır. İranın zəiflədiyi bir şəraitdə bu ehtimal real siyasi gündəmə çevrilə bilərmi, yoxsa bu, yalnız nəzəri müzakirə olaraq qalır?
İran böhranı regionu silkələyir: tarixi torpaqlar məsələsi yenidən gündəmdə? - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, müasir Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri ondan ibarətdir ki, biz bütün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edirik. Onun sözlərinə görə, bəli həmin torpaqlar bizim tarixi torpaqlarımızdır amma bizim heç kimin tanıdılmış torpaqlarında hərbi hədəflərimiz, yada onların geri qaytarılması ilə bağlı iddialarımız heç zaman olmayıb və bu istiqamətdə real addımlarımızda yoxdur: "Çox təssüflər olsun ki, İran tərəfindən bununla bağlı qorxu hər zaman olub və bu istiqamətdə də Azərbaycana qarşı qeyri-konstruktiv yanaşmalar və qərəzli mövqe fərqli dövrlərdə, o cümlədən ikinci Qarabağ müharibəsində və sonrasında da müşahidə olunub. Ancaq cənab prezident dəfələrlə çıxışlarında aydın şəkildə vurğulayıb ki, bizim İranla olan münasibətlərimiz dinc qonşuluq prinspi, dostluq prinsipləri əsasında formalaşdırılıb.

Həttda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində belə Azərbaycan ən konstruktiv yanaşmadan çıxış eliyən dövlətlərdən biri olub. Ona görədə belə bir ssenarilər, bədbin ssenarilərin olması onsuzda Azərbaycan üçün heç bir halda arzuolunan deyil. Çünki biz regionda sülh və sabitliyin tərəfdarıyıq. Hər hansısa bir formada iğtişaş və gərginliyin yaranması, dövlətlərin parçalanması bizim üçün maraqlı olan istiqamətlər deyil. Azərbaycanın ortaya qoyduğu layihələrə diqqət yetirsəz, onlar daha çox birləşdirici, konstruktiv və dövlətlər arasındakı gərginliyin dioloq yolu ilə həll olunmasını hədəfləyir.

Təbiiki ehtimallar dünyada kifayət qədər çoxdur. Dünya kifayət qədər təlatümlü bir mərhələdən keçir və ənənəvi yanaşmalardan fərqli olaraq dövlətlərin bir-birinə qarşı iddiaları fərqli formalarda təzahür edir ki, biz bunu ABŞ və Venesuela müharibəsində də aydın şəkildə gördük".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 869   Tarix: 08 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

14:30 0
.

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. BİG.AZ Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki

17:04 0
.

Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video

Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər

10:35 199
.

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

12:00 139
.

2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti

Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını

00:11 306
.

Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu

Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili

14.11.2026 281
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 99
.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət

10:50 193
.