Molla rejiminin propaqanda ruporu "Səhər" kanalı yenə zəhər saçır

Molla rejiminin propaqanda ruporu "Səhər" kanalı yenə zəhər saçırXəbər verdiyimiz kimi, İranda molla rejiminə qarşı etiraz aksiyaları davam edir. Artıq 11-ci gündür ki, paytaxt Tehran da daxil olmaqla İranın bütün şəhərlərini etiraz dalğası bürüyüb. Molla rejiminin repressiyalarından, cəhalət və səfalətdən tənə gələn xalq küçələrə axışaraq azadlıq tələb edir. Düzdür, bu tələb xalqa baha başa gəlir. Kütləvi etirazları qəbul etmək istəməyən molla rejimi onlara qarşı çox amansız davranır. Aksiyalar başlayandan bu günə qədər 30-dan çox etirazçı rejim tərəfindən öldürülüb, minlərlə insan həbs olunub. Lakin bütün bunlar xalqın azadlıq tələbini boğa bilmir və etirazların əhatə dairəsi hər gün genişlənir.

İranda baş verən etirazlar və bu etirazlara qarşı olan zorakılıqlar ölkənin heç bir media qurumunda, televiziyasında yayımlanmır. Dünya ictimaiyyəti İranda baş verənləri yalnız sosial şəbəkələrdən izləyir.

"Səhər" kanalı susur...

Azərbaycanda ötən illərdə baş tutmayan aksiya cəhdlərini "İnqilab Dalğası" kimi təqdim edən "Səhər" kanalı 11 gündür ölkəsinin bütün şəhərlərini bürüyən kütləvi etirazları niyə işıqlandırmır?

Azərbaycanda bir nəfərin burnu qanayan kimi onu xüsusi buraxılışla efirə verən "Səhər" televiziyası molla rejimi tərəfindən öldürülən etirazçılardan niyə danışmır?

Azərbaycanda təxribat törətdikləri üçün həbs edilən "ruhanilər"ə azadlıq tələb edən "Səhər" kanalı İranda günahsız yerə həbs olunan minlərlə insanın taleyi ilə niyə maraqlanmır?

Çünki bu kanal molla rejiminin propaqanda ruporudur!

Bəli, SEPAH tərəfindən idarə olunan "Səhər" kanalını daha yaxından tanıyaq...

İranın fars-molla rejimi guya əsarətində saxladığı cənublu soydaşlarımızı "düşünərək" Azərbaycan dilində dövlət kanalı təsis ediblər. Lakin bu kanal Azərbaycan dövlətinin əleyhinə təbliğat aparmaq, beyinləri zəhərləməklə məşğuldur. Hətta cənublu soydaşlarımız öz aralarında "Səhər" televiziyasını "Zəhər televiziyası" da adlandırırlar. Çünki bu telekanal Azərbaycan dövlətini, xalqını və dövlətçiliyini tamamilə sistemli şəkildə hədəf alıb. Bu telekanalın yaradılmasının əsas məqsədi məhz bundan ibarətdir.

Cənubi Azərbaycanın əhalisinin 95 faizi Azərbaycan türklərindən ibarətdir. Baxmayaraq ki, İranda 30 milyondan çox azərbaycanlı yaşayır, ancaq bu ölkədə fəaliyyət göstərən hər hansı televiziyanın efirində Azərbaycan dilində yayımlanan bir veriliş belə yoxdur. SEPAH tərəfindən idarə olunan "Səhər" telekanalının efirində isə Azərbaycan dövlətinin və dövlətçiliyinin əleyhinə yönələn Azərbaycan dilində verilişlər yayımlanır.

Fars-molla rejimi bunları görə-görə susursa, heç bir tədbir görmürsə, demək ki, Azərbaycana qarşı aparılan propaqandanın ruporu elə o özüdür! / Lent.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 713   Tarix: 07 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi

17:00 0
.

TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə

01:50 447
.

Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu

Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili

14.11.2026 281
.

2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti

Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını

00:11 306
.

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını

00:39 258
.

Birdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik

00:07 336
.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

12:20 117
.

Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video

Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər

10:35 199
.