Mediada kiçik problemlər niyə böyük görünür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA
Son vaxtlar mediada gündəlik həyatda adi hesab olunan hallar böyük problem kimi təqdim olunur. Kəndlilərin südü plastik qabda satması, yol kənarında meyvə-tərəvəz satışı və ya insanların gözünün qabağında küçədə içki içməsi, siqaret çəkməsi kimi hallar tez-tez xəbər mövzusuna çevrilir. Bir çox vətəndaş bunun əsassız olduğunu bildirir və iddia edir ki, medianın diqqəti daha ciddi sosial və iqtisadi problemlərdən yayındırılır. Belə təqdimat oxucuda yanlış təsəvvür yaradır və gündəlik kiçik hadisələrin böyüdülməsi medianın etibarlılığına təsir göstərə bilər.
Mövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, əfsuslar olsun ki, bu problem həm media mənsubu, həm də bir vətəndaş kimi məni də narahat edir. Onun sözlərinə görə, mediada bəzən adi və ya gündəlik hadisələrin mühüm xəbər kimi tirajlanması bir neçə əsas amillə əlaqəlidir: "İlk növbədə, media mühitində rəqabət getdikcə sərtləşib və bu şəraitdə oxucu, izləyici və klik uğrunda mübarizə redaksiyaları daha "sensasion" başlıqlara və mövzulara üstünlük verməyə vadar edir. Bəzən informasiyanın ictimai əhəmiyyəti deyil, onun nə qədər tez və çox oxunacağı əsas meyara çevrilir.
İkinci mühüm səbəb informasiya gündəminin məhdudluğu ilə bağlıdır. Dərin analitik materiallar, araşdırma jurnalistikası və ya eksklüziv xəbərlər həm zaman, həm də peşəkar resurs tələb edir. Təəssüf ki, bəzi media qurumlarında bu resurslar yetərli olmadığından, gündəlik və əslində cəmiyyət üçün ciddi əhəmiyyət daşımayan hadisələr süni şəkildə şişirdilərək əsas xəbər kimi təqdim olunur.
Digər tərəfdən, sosial şəbəkələrin təsiri də danılmazdır. Sosial mediada sürətlə yayılan və emosional reaksiya doğuran mövzular tez-tez klassik medianın gündəminə daşınır. Nəticədə redaksiyalar ictimai marağı formalaşdırmaqdan daha çox, mövcud marağın arxasınca getməyə üstünlük verirlər.
Bununla yanaşı, media savadlılığının hələ istənilən səviyyədə olmaması da prosesə təsir göstərir. Oxucu və izləyici ciddi, faktlara əsaslanan məzmunla səthi informasiyanı ayırd etməkdə çətinlik çəkdikdə, media orqanları da keyfiyyətdən çox kəmiyyətə üstünlük verə bilir.
Qeyd etmək istərdim ki, adi hadisələrin mühüm xəbər kimi təqdim olunması təkcə jurnalistikanın problemi deyil, bu, media bazarı, auditoriya davranışı və rəqəmsal platformaların yaratdığı yeni reallıqların birgə təsirinin nəticəsidir. Uzunmüddətli həll isə peşəkar jurnalistikanın gücləndirilməsi, analitik məzmunun artırılması və cəmiyyətin media savadlılığının yüksəldilməsindən keçir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 690 Tarix: 07 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 174 Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi
17:00 0 TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə
01:50 447 Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
14.11.2026 281 2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını
00:11 306 COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını
00:39 258 Birdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik
00:07 336 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
12:20 117 Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video
Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər
10:35 199