Zavod çörəyi: süfrəmizə gələn sənaye məhsulu - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Uzun illərdir süfrələrimizin ayrılmaz hissəsi olan çörək bu gün artıq əvvəlki mənasını itirmək üzrədir. Xüsusilə zavodlarda kütləvi şəkildə istehsal olunan çörəklər ucuzluğu və əlçatanlığı ilə seçilsə də, onların keyfiyyəti və qida dəyəri cəmiyyətdə ciddi narazılıq doğurur. Təbii maya və vaxt tələb edən istehsal prosesinin yerini sürət, kəmiyyət və texnoloji müdaxilələr tutub. Nəticədə ortaya dadı tez itən, tez quruyan və insanı doyurmayan bir məhsul çıxır. Çörək kimi fundamental qida məhsulunun sənaye yanaşması ilə bu qədər sadələşdirilməsi isə "biz nə yeyirik?" sualını getdikcə daha aktual edir.
Mövzu ilə bağlı qida eksperti Amalya Rəhimova BiG.AZ-a açıqlamasında bildirdi ki, zavod çörəkləri uzunömürlü və "həmişə eyni görünüşdə" olması ilə seçilsə də, bu üstünlük əslində ciddi suallar doğurur. Onun sözlərinə görə, belə çörəklərin böyük hissəsi təbii proseslə deyil, süni sürətləndirilmiş texnologiyalar hesabına istehsal olunur: "Xəmirin normal fermentasiya mərhələsi qısaldılır, nəticədə çörək tez bişir, amma həm dadını, həm də qida dəyərini itirir. Bundan əlavə, zavod çörəklərində yumşaqlığı uzatmaq və xarab olmanın qarşısını almaq üçün müxtəlif texnoloji qatqılardan istifadə edilir.
Bu maddələr çörəyin günlərlə eyni formada qalmasına imkan versə də, istehlakçı üçün nə doyurucudur, nə də sağlam seçim sayılır. Bir çox hallarda belə çörəklər toxluq hissi yaratmır, tez quruyur və qida baxımından sadəcə "boş kalori" rolunu oynayır. Çörək insan qidasının əsas sütunlarından biridir və onu yalnız ucuzluq və kütləvilik prinsipi ilə istehsal etmək düzgün yanaşma deyil. Təbii maya, vaxtında fermentasiya və sadə tərkib olmayan məhsul, adından asılı olmayaraq, artıq ənənəvi çörək anlayışından uzaqlaşır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1062 Tarix: 06 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBoşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində
Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE
14:10 0 XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 193 Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video
Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər
10:35 199 Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq
Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını
01:14 312 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. BİG.AZ Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki
17:04 0 Rəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 143 Alen Simonyan vəzifəsini itirir?
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu
12:10 107 Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə
15:20 0 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 174