Bütün dövrlərin ən yaxşı MİLAD filmi

Bütün dövrlərin ən yaxşı MİLAD filmiDünya kinosunun ən dəyərli Milad filmlərindən biri hesab olunan "Bu möhtəşəm həyatdır" (It’s a Wonderful Life) XX əsrin ən təsirli ekran əsərlərindən biri kimi qəbul edilir. Filmin rejissoru Frank Capra tərəfindən 1946-cı ildə çəkilən bu ekran işi maraqlı və ziddiyyətli bir yol keçərək kassadakı uğursuzluqdan ümumdünya kino klassikasına çevrilib.

Lent.az xəbər verir ki, bu gün film bütün zamanların ən yaxşı Milad filmləri siyahısında mütəmadi yer alır, ən ilhamverici ekran əsərləri arasında ön sıralarda göstərilir və bayram mövsümündə izlənilməsi tövsiyə olunan filmlərdən biri sayılır. Eyni zamanda onun fenomeni ondadır ki, bu film sadəcə bayram filmi olmaqdan daha geniş məna daşıyır.

Əsərin yaranma tarixi

Filmin əsasında amerikalı yazıçı Filipp Van Doren Sternin 1939-cu ildə yazdığı "Ən böyük hədiyyə" adlı hekayə dayanır. Müəllif hekayəni uzun müddət çap etdirə bilmədikdən sonra 1943-cü ildə onu 24 səhifəlik Milad broşürü kimi öz hesabına nəşr etdirərək yaxınlarına göndərib. Məhz insanın özünün olmadığı bir dünyanı görməsi ideyası sonradan kino tarixinin ən məşhur filmlərindən birinə çevrilib.

1944-cü ildə RKO Pictures studiyası hekayənin ekranlaşdırma hüquqlarını alıb. Ssenari üzərində bir sıra tanınmış müəlliflər çalışsa da, hekayənin əsl potensialını məhz Frank Kapra görüb. İkinci Dünya müharibəsindən sonra Kapra öz studiyasını yaradıb və "Bu möhtəşəm həyatdır" həmin studiyanın buraxdığı ilk və yeganə film olub.

Süjet və əsas obraz

Filmin baş qəhrəmanı Corc Beylidir. Bu rolu məşhur aktyor Ceyms Stivart canlandırıb. Corc kiçik bir şəhərdə yaşayan, böyük arzuları olan, lakin həyatını daim ailəsi və ətrafındakı insanlar üçün qurban verən sadə bir insandır. Milad axşamı ağır borclar və uğursuzluqlar fonunda ümidsizliyə qapılan Corc intiharı düşünür. Elə bu anda onun həyatına qoruyucu mələk Klarens daxil olur və ona özünün heç vaxt mövcud olmadığı alternativ bir dünyanı göstərir.

Bu sarsıdıcı təcrübə Corca onun həyatının başqaları üçün nə qədər dəyərli olduğunu anlamağa kömək edir. Filmin finalı kino tarixinin ən duyğulu səhnələrindən biri hesab olunur.

Uğursuzluqdan əfsanəyə

Film 1946-cı il dekabrın 20-də Nyu-Yorkda nümayiş etdirilsə də, kassada gözlənilən nəticəni verməyib. Bir neçə "Oskar" nominasiyasına baxmayaraq, film studiyanın maliyyə iflasına səbəb olub və Frank Kapranın karyerasına ciddi zərbə vurub.

Əsl tanınma isə 1970-ci illərdə, müəllif hüquqlarının bitməsindən sonra baş verib. ABŞ televiziya kanalları filmi Milad ərəfəsində mütəmadi yayımlamağa başlayıb və bu, onu ailəvi Milad ənənəsinə çevirib.

Qlobal tanınma

Zamanla film ABŞ-ın Milli Film Reyestrinə daxil edilib, AFI tərəfindən ən ilhamverici Amerika filmləri siyahısına başçılıq edib, IMDb və BBC reytinqlərində yüksək yerlər tutub, populyar mədəniyyətdə saysız-hesabsız istinadlara səbəb olub.

Tanınmış kino tənqidçisi Roger Ebert filmi zaman keçdikcə dəyəri artan nadir ekran əsərlərindən biri kimi qiymətləndirib.

Niyə bu gün də aktualdır?

"Bu möhtəşəm həyatdır" filmi tamaşaçıya sadə, görünməz həyatların belə başqaları üçün böyük mənaya sahib ola biləcəyini xatırladır. Məhz bu mesaj onu zamansız və universal edir.

Bu film təkcə Milad hekayəsi deyil, hər bir insanın dəyəri haqqında çəkilmiş dərin kinopritçadır. Onilliklər keçsə də, hər il bayram günlərində yenidən ekranlara qayıdan bu film həyatın bütün çətinliklərinə baxmayaraq gözəl ola biləcəyini xatırlatmaqda davam edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 697   Tarix: 05 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində

Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE

14:10 0
.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət

10:50 193
.

Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video

Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər

10:35 199
.

Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq

Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını

01:14 312
.

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. BİG.AZ Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki

17:04 0
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə

15:20 0
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.