The Times: "Xamneyinin qaçış planı hazırdır"

The Times: "Xamneyinin qaçış planı hazırdır"İranda yaşayış qiymətlərinin artmasına qarşı dekabrın 28-də başlayan etirazlar yeddinci gününə qədəm qoyduqca, ölənlərin sayı artmaqda davam edir.

BiG.AZ The Times-a istinadən xəbər verir ki, Tehran administrasiyası etirazların xarici müdaxilələr və xarici dövlətlər tərəfindən istismar edildiyini iddia etsə də, Britaniya mətbuatından təəccüblü bir iddia ortaya çıxdı. "The Times" qəzeti iddia edir ki, İranın dini lideri Əli Xameneinin təhlükəsizlik qüvvələri ölkədəki etirazları yatıra bilməsə, qaçmaq planı var. İranda yerli valyutanın xarici valyuta məzənnələrinə qarşı kəskin devalvasiyası və iqtisadi problemlər səbəbindən 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında başlayan etirazlar ölkənin bir çox şəhərinə yayıldı.

ABŞ prezidenti Donald Tramp İranın etirazçıları öldürəcəyi təqdirdə ölkəsinin müdaxilə edəcəyini bildirib. ABŞ Dövlət Departamentinin fars dilindəki hesabatında Trampın sözləri vurğulanıb. Paylaşımda deyilir: "Prezident Tramp əməli insandır. Əgər bilmirdinizsə, indi bilirsiniz". Britaniyanın "The Times" qəzeti bildirib ki, təhlükəsizlik qüvvələri etirazları yatırda bilməsə İranın dini lideri Əli Xamenei ölkədən Moskvaya qaçacaq. Qəzetin əldə etdiyi kəşfiyyat hesabatına görə, 86 yaşlı Xamenei təhlükəsizlik qüvvələri onun əmrlərinə tabe olmayacağı və qaçmağa cəhd edəcəyi təqdirdə təxminən 20 qohumu ilə birlikdə Tehrandan qaçmağı planlaşdırır.

Qəzetə danışan bir kəşfiyyat mənbəyi bildirib ki, "B planı Xamenei və onun çox yaxın ətrafı, o cümlədən oğlu və vəliəhd şahzadə kimi qəbul edilən Müctəba üçün hazırlanmışdı". Keçmiş İsrail kəşfiyyat zabiti Beni Sabti Xameneinin Moskvaya qaçacağını bildirib və əlavə edib ki, Xamenei Putinə heyrandır. İddia edilir ki, Xameneyi qaçış planını hazırlayarkən Suriyanın devrilmiş lideri Bəşər Əsəddən ilhamlanıb.

"The Times" qəzetinə danışan mənbənin sözlərinə görə, plan mümkün böhran vəziyyətində Tehrandan tez bir zamanda çıxış üçün alternativ bir yol yaratmağı və xaricdə aktivlərin, əmlakların və nağd pul vəsaitlərinin toplanmasını nəzərdə tutur. Digər tərəfdən, Reuters agentliyinin 2013-cü ildə dərc etdiyi bir araşdırmaya görə, İranın dini lideri Xameneinin aktivlərinin ümumi dəyəri təxminən 95 milyard dollardır; bu sərvət müxtəlif daşınmaz əmlak mülklərindən və şirkətlərdən ibarətdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 700   Tarix: 05 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində

Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE

14:10 0
.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət

10:50 193
.

Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video

Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər

10:35 199
.

Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq

Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını

01:14 312
.

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. BİG.AZ Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki

17:04 0
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə

15:20 0
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.