ABŞ-ın Venesueladan sonrakı hədəfi hansı ölkədir? - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ-ın Venesueladan sonrakı hədəfi hansı ölkədir? - POLİTOLOQDAN AÇIQLAMAABŞ-ın Venesuelaya hücumu və bu ölkənin prezidenti Nicolas Maduronu həbs etməsindən sonra Qərb mediasında müxtəlif iddialar səsləndirildi. Venesuelaya hücumdan sonra ABŞ-ın növbəti hədəfinin Kuba, Danimarka, Meksika, Kolumbiya və İran olacağı ilə bağlı ABŞ rəsmilərindən bəyanatlar verilməyə başlandı. Bəs ABŞ-ın Venesueladan sonrakı hədəfi hansı ölkədir?
ABŞ-ın Venesueladan sonrakı hədəfi hansı ölkədir? - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Asif Nərimanlı BiG.AZ-a açıqlamasında bildirdi ki, Amerikanın Venesueladan sonra əsas diqqətinin digər Latın Amerikası ölkələrinə yönələcəyi gözləntisi var. Onun sözlərinə görə, Maduronun həbsinin səbəbi narkotik ticarəti və törədilən cinayətlərlə bağlı olduğu qeyd olunur: "Əsas səbəb hesab edirəm ki, Çinin Amerika qitəsindəki təsiridir. Burada Rusiyanında təsirindən bəhs edilir. Amma hesab edirəm ki, Amerika üçün əsas təhlükə məhz Çinin Latın Amerikası ölkələri ilə sıx əlaqələrinin qurulması və əməkdaşlığının dərinləşməsidir. Bəllidir ki, təxminən son iki onillikdə Çin Latın Amerikası ölkələrində böyük təsir imkanları əldə edib. Həm siyasi, həm iqtisadi əməkdaşlıq və hərbi əməkdaşlıq Latın Amerikası ölkələri ilə Çin arasında qurulub. Təbiiki buda Birləşmiş Ştatların özünün yerləşdiyi kontinental coğrafiyadakı mövqeyilərini zəiflədir. Təbiiki Amerikanın əsas hədəfi son iki onillikdə Çinə qarşı mübarizədir. Yəni burada söhbət hər hansısa bir müharibədən getmir. Böyüyən bir Çin faktoru var və bu Amerikanın supergüc missiyasına təhlükə yaradır. Yəni Amerikanın nəzarət etdiyi təkqütblü dünya sisteminə təhlükə yaradır.

Bu təkcə Donald Trampın deyil, Jozef Baydenin dönəmində də belə idi. Həttda Barak Obamanın dövründə də biz bunu daha açıq şəkildə görürdük. Amerika çalışır ki, Çinin önünü kəssin. Təbiiki Çinlə əsas mübarizəni Avrasiyada həyata keçirir. Yəni Avrasiyada Çinlə mübarizə aparan Amerika öz qitəsində Çinə böyük ölçüdə uduzur. Amerikada son illər bunu anladılar. Xüsusən 2018-ci ildən sonra Amerika qitəsindəki bir çox ölkə Çinlə əməkdaşlığı daha açıq müstəviyə keçirtdi.

Mən hesab edirəm ki, yəni Venesuelaya müdaxilə ABŞ-ın kontinental siyasıtinin praktik müstəvidə icrası kimi qəbul oluna bilər. Bu böyük ehtimalla başlanğıcdır. Yəni bu o deməkdir ki, ən azından Çinlə əməkdaşlıq edən digər ölkələrə Maduronun həbs edilməsi bir növ xəbərdarlıq idi. Bundan sonrakı dövrdə Amerikanın onlardan əsas tələbi Çinlə əməkdaşlıqdan tədricən imtina etmək və Amerikanın hegemonluğunu qəbul etməkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 895   Tarix: 05 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində

Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE

14:10 0
.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət

10:50 193
.

Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video

Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər

10:35 199
.

Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq

Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını

01:14 312
.

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. BİG.AZ Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki

17:04 0
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə

15:20 0
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.