Dərman qıtlığı: Qərb məhsulları yoxa çıxır, Türkiyə alternativ kimi təqdim olunur - SOSİOLOQDAN AÇIQLAMA
Son vaxtlar apteklərdə Qərb ölkələri istehsalı olan dərman brendlərinə məxsus dərman vasitələri yoxa çıxarılır və onların yerinə Türkiyə istehsalı olan dərmanlar ölkəyə gətirilir. Təbiiki Qərb ölkələri istehsalı olan dərmanların keyfiyyəti ilə Türkiyə istehsalı olan dərmanların keyfiyyəti müqayisə belə oluna bilməz. Məsələn: Bateriyalara qarşı Böyük Britaniyanın GSK dərman brendinə məxsus "Zinnat" tabletkası illərdir ölkədən yığışdırılıb. Onun yerinə Türkiyənin Nobel İlaç dərman şirkətinə məxsus "Meqaçet" dərmanı satılır. Vitaminlər və imunitet gücləndirici vasitələr, eyni zamanda reseptlə buraxılan dərmanların hamısında eyni vəziyyətdir.
Mövzu ilə sosioloq Naib Niftəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, bu hal inhisarçı bir davranışın təzahürüdür. Onun sözlərinə görə, qiyməti daha ucuz və keyfiyyəti yüksək Qərb ölkələrinə məxsus dərmanların ölkəyə gətirilməsinin əngəllənməsi yolverilməzdir: "Bu şərtlər daxilində əhalinin təbiiki dərman satışından narazılığı başadüşüləndir. Səhiyyə Nazirliyinin üzərinə böyük məsuliyyət düşür ki, əhalinin daha ucuz və keyfiiyyətli dərman vasitəsi ilə təmin etmək borcudur. Məhdudlaşdırma sosial təhlükəsizliyə, iqtisadi təhlükəsizliyə, həmdə vətəndaş hüquqlarına zidd olan bir addımdır. Bunu edən dərman şirkətləri və yaxudda inhisarçı qruplar təbiiki dövlət, cəmiyyət və qanun qarşısında məsuliyyət daşıyırlar. Yəni bu artıq birbaşa cinayyət məsuliyyəti yaradan əməllərin bir formasıdır.
Yəni öz mövqeyindən istifadə edərək, müəyyən dərmanların satışını məhdudlaşdırmaq və digərini aktivləşdirmək, eyni zamanda heç bir real səbəb olmadan müəyyən dərmanları digər Türkiyə istehsalı olan dərmanlar və əvəzedicilərlə əvəz etmək bu hüquqi cəhətdən qadağan oluna biləcək bir addımdır. Yəni hüquqa zidd addımdır. Dərmnanlar keyfiyyət baxımından ən yüksək keyfiyyətə malik olmalıdır Çünki keyfiyyətsiz dərmanlar vətəndaşların sağlamlığına ziyan vurur. Qərb ölkələri istehsalı dərmanların yerinə keyfiyyətsiz Türkiyə dərmanlarının satılması istənilən halda insanların sağlamlıq hüququnun məhdudlaşdırılması kimi başa düşülməlidir.
Düşünürəm ki, bu istiqamətdə müəyyən bir tənzimləmə mexanizmi tapılmalıdır və vətəndaşlarında keyfiyyətli dərmanlara əlçatanlığı təmin olunmalıdır. Səhiyyə sisteminin xilası Qərb səhiyyə sisteminə keçiddən keçir. Digər ölkələrdə dərmanlar ölkəmizlə müqayisədə dəfələrlə ucuzdur. Daha baha qiymətə keyfiyyətsiz dərmanların zərərini Azərbaycan vətəndaşı çəkir. Təbiiki bu azrzuolunmazdır və yolverilməzdir. Səhiyyə Nazirliyi bu məsələnin həlli istiqamətində çox ciddi fikirləşməlidir" deyə o bildirib.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, qurum olaraq onlar sadəcə dərmanların sertifikatlaşdırılması ilə məşğul olurlar. Hansı dərmanları ölkəyə gətirmək isə ölkəyə dərman idxal edən şirkətlərin öz qərarıdır. Yəni açıqlamadan belə görünür ki, dərmanların keyfiyyəti və mövcudluğuna cavabdeh olacaq bir dövlət qurumu yoxdur. Vətəndaşların sağlamlığı Allahın ümidinə qalıb...
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1570 Tarix: 05 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak
00:09 322 ABŞ qızılcasız ölkə statusundan məhrum edilib
Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy
11:45 130 Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi
17:00 0 Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB
"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq
18:10 0 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır
Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi
13:30 0 ABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd
18:00 0 Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq
Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını
01:14 312 Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video
Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i
17:09 0 2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını
00:11 306