Güney Azərbaycanın etirazlara səssizliyi və tarixi səbəblər
"İranda etiraz aksiyaları davam etsə də, Güney Azərbaycanın proseslərə səssizliyi diqqət çəkir. Coğrafi baxımdan aksiyalar əsasən fars vilayətlərində intensiv xarakter daşıyır, bu isə bölgənin məhdud və ya passiv münasibətini izah edir".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turazn Rzayev bildirib.
O, qeyd edib ki, tarixi perspektiv göstərir ki, Güney Azərbaycan İran siyasətində həmişə önəmli rol oynayıb. 1906-cı il Məşrutə hərəkatından 1979-cu il İslam İnqilabına qədər bir çox böyük siyasi prosesdə bölgə iştirak edib. Lakin bu həlledici rol bölgəyə ağır siyasi, mədəni və təhlükəsizlik zərbələri də gətirib. İnqilablar və hakimiyyət gücləndikdən sonra repressiya dalğaları adətən məhz Güney Azərbaycana yönəlib. Bu təcrübə kollektiv travma və ehtiyatlı siyasi davranışa səbəb olub:
"1979-cu ildən sonra bölgə tədricən ya proseslərə qatılmamaq, ya da yalnız simvolik şəkildə iştirak etmək strategiyasını seçib. Bu, məqsədyönlü addım deyil, daha çox özünü müdafiə refleksidir. Kütləvi etirazların struktur dəyişikliyi gətirməməsi və mərkəzi hakimiyyətin dəyişməməsi bölgədə riskləri artırıb, potensial qazancı isə qeyri-müəyyən saxlayıb.
Bundan başqa, Güney Azərbaycanda vahid siyasi vizyon yoxdur. Bir qrup müstəqilliyi, digərləri mədəni və inzibati muxtariyyəti müdafiə edir, bəziləri isə marjinal yanaşmalardan çıxış edərək bütün İranın "türk dövləti" olmasını istəyir. Bu parçalanma kütləvi qərar verməni faktiki olaraq qeyri-mümkün edir.
Nəticədə bölgənin əsas sualı "rejim dəyişməlidirmi?" yox, "dəyişiklik hansı formada və kimin xeyrinə olacaq?" olur. Bu sualın cavabı olmadığı müddətdə Güney Azərbaycan ya səssiz qalır, ya da simvolik iştirakla kifayətlənir.
Lakin bu passivlik risklidir. Səssizlik həm milli tələblərin irəli çəkilməsinə, həm də İranın struktur böhranının həllinə mane olur. Digər qüvvələr isə öz platformalarını gücləndirir. Məsələn, Məhəmməd Rza Pəhləvi və PJAK aktivləşib. Buna görə də Güney Azərbaycan ilk növbədə vahid ideologiya və milli liderlər ətrafında birləşməlidir. Bu, riskləri azaldacaq və bölgənin İranla bağlı gələcək qərarını müəyyən edəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 659 Tarix: 05 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak
00:09 322 ABŞ qızılcasız ölkə statusundan məhrum edilib
Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy
11:45 130 Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi
17:00 0 Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB
"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq
18:10 0 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır
Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi
13:30 0 ABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd
18:00 0 Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq
Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını
01:14 312 Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video
Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i
17:09 0 2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını
00:11 306