Gözsüz, amma mükəmməl hissiyyat: Tam qaranlıqda yaşayan 11 heyrətamiz heyvan

Gözsüz, amma mükəmməl hissiyyat: Tam qaranlıqda yaşayan 11 heyrətamiz heyvanGörmə qabiliyyəti olmadan yaşamağa və hətta təkamül etməyə uyğunlaşmış çoxsaylı heyvan növləri mövcuddur.

Qaynarinfo xəbər verir ki, heyvan davranışları üzrə tədqiqatçı və elmi yazıçı Leoma Uilyams "Discoverwildlife" nəşrində dərc olunan məqaləsində görməsi tamamilə olmayan və ya çox zəif inkişaf etmiş 11 canlını təqdim edib.

Qeyd olunur ki, təbii seçmə yolu ilə təkamül heyvanlara müəyyən xüsusiyyətlər qazandıra bildiyi kimi, eyni zamanda onları geri də ala bilər. Orqanizm elə bir mühitdə yaşayırsa ki, müəyyən əlamət artıq faydasızdır, zamanla həmin xüsusiyyət kiçilə və ya tamamilə yox ola bilər.

Bu, məsələn, uça bilməyən iri quşların qanadlarına və ya ilanlarda hələ də qalan, lakin kiçilmiş çanaq sümüklərinə aiddir. Eyni proses hiss orqanları, xüsusilə də görmə və gözlər üçün də keçərlidir. Yeraltında və ya okeanın dərinliklərində yaşayan heyvanlar çox vaxt ya zəif görməyə malik olur, ya da gözləri dəri və ya tüklə örtülü olur, bəzən isə ümumiyyətlə mövcud olmur.

Bu cür faydasız əlamətlərin itirilməsi ilə nəticələnən təkamül mexanizmi "genetik drift" adlanır. Bu, xüsusilə sağ qalma və uyğunlaşma baxımından neytral olan xüsusiyyətlərin populyasiyada təsadüfi şəkildə dəyişməsi prosesidir. Gözlər də heç bir üstünlük vermədikdə genetik driftin təsiri altına düşə bilər.

Uilyams yaşamaq üçün gözlərə ehtiyac duymayan 11 heyvanı sadalayıb.

1. Texas kor salamandrası

Bu amfibiya yalnız Texasın müəyyən bir bölgəsində yeraltı axarlarda və dərin sulu hövzələrdə yaşayır. Günəşdən qorunmağa ehtiyacı olmadığı üçün piqmentasiyası yoxdur və ağ, yarı şəffaf görünüşə malikdir. Tam qaranlıqda funksional gözlərə ehtiyac olmadığından, gözləri dəri ilə örtülmüş kiçik qara nöqtələr şəklindədir. Salamandra ovunu su təzyiqindəki dəyişikliklər vasitəsilə hiss edir.

2. Olm, yaxud ağ salamandra

Bu salamandra Avropada yayılıb. Texas kor salamandrasına bənzəyir və onun da gözləri zəif inkişaf edib, dəri ilə örtülüdür. Lakin bədəni daha ilanabənzərdir və uzunluğu 40 sm-ə çata bilir. Texasdakı qohumu isə cəmi 13 sm-ə qədər böyüyür.

3. Meksika tetrası

Meksika və ABŞ-ın cənubunda yayılan bu şirin su balığı iki formada mövcuddur: işıqlı mühitdə yaşayan adi forma və çəhrayı-ağ rəngli məşhur "kor mağara balığı". Bəzi populyasiyalarda gözlər tamamilə yox olub, yalnız boş göz çuxurları qalıb. Balıq ovunu su hərəkətlərinə reaksiya verən yan xətt orqanı vasitəsilə tapır.

4. Mağara canavar hörümçəyi

Havay adalarının Kauai adasındakı bir neçə mağarada yaşayan bu unikal hörümçək öz ailəsində gözləri olmayan yeganə növdür. O, tor hörmür, ovunu - Kauai mağara amfipodunu - vibrasiya və kimyəvi siqnallar vasitəsilə tutur.

5. Sakit okean minoqu

Bu parazit canlı iti dişləri olan dairəvi sorucu ağzı ilə digər balıqlara, hətta kaşalotlara yapışır. Yetkin mərhələdə yaxşı inkişaf etmiş gözləri olsa da, həyatının ilk beş ilini dəniz dibində filtrator kimi keçirir və bu dövrdə gözləri dəri ilə örtülü, zəif inkişaf etmiş olur. Yetkin mərhələ cəmi bir neçə il davam edir və kürü tökdükdən sonra minoq bir neçə gün ərzində ölür.

6. Ulduzburunlu köstəbək

Tam kor olmasa da və işıqla qaranlığı ayırd edə bilən kiçik gözlərə malik olsa da, onun əsas hiss orqanı unikal "ulduzşəkilli" burnudur. Sinir ucları ilə örtülü bu burun köstəbəyə yemini rekord sürətlə - 120 millisaniyə ərzində tapıb yeməyə imkan verir. Buna görə də o, dünyanın ən qəribə heyvanlarından biri sayılır.

7. Gözsüz krevetlər

Bu qeyri-adi xərçəngkimilər növü yalnız 2012-ci ildə okeanın ən dərin hidrotermal mənbələrindən birinin yaxınlığında kəşf edilib. Burada suyun temperaturu 400°C-yə çata bilər. Krevetlərin ağız boşluğunda və qəlsəmələrində kükürd hidrogenindən üzvi maddələr istehsal edən bakteriyalar yaşayır və heyvan məhz onlarla qidalanır. Təxminən 3 km dərinlikdə işıq olmadığı üçün, mövcud olan qeyri-funksional gözlərin heç bir əhəmiyyəti yoxdur.

8. Nəhəng kor siçovul

Bu iri gəmirici Rusiyanın Şimali Qafqaz bölgəsinə endemikdir. Yeraltı yuvalarda yaşayır və onları iri dişləri ilə qazır. Ulduzburunlu köstəbək kimi, tam kor sayılmır: bəzi yaxın növlər işıqla qaranlığı, bəlkə də rəngləri ayıra bilir. Lakin gözləri çox kiçikdir və dəri ilə qalın xəz altında gizlənib.

9. Yeraltı kor hörümçək Sinopoda scurion

2012-ci ildə Laosdakı bir mağarada kəşf edilən bu hörümçək növü qrupunda gözləri olmayan yeganə nümayəndədir. Onun korluğu, görmənin enerji itkisi olduğu bir mühitdə yaşamasının nəticəsidir. Piqmentasiyaya ehtiyac olmadığı üçün hörümçək xəyalvari ağ rəngdədir.

10. Thaumastochelidae ailəsindən olan xərçənglər

Bu nadir dərinlik xərçəngləri korluqları və iti dişlər sırasını xatırladan uzun, tikanlı caynaqları ilə seçilir. Dünyanın müxtəlif yerlərində yayılıb və okeanın 200-1000 metr dərinliyində yerləşən "alatoran zona"da yaşayırlar.

11. Brahman kor ilanı

Dünyanın ən qəribə ilanlarından biri olan bu xırda və sirli canlı torpaq altında yaşayır. Kor olmasına baxmayaraq, qarışqa və termitlər başda olmaqla həşəratları asanlıqla tapıb yeyir. Ən maraqlısı isə odur ki, bu növdə erkək fərdlər yoxdur. Bütün brahman kor ilanları dişidir. Bu, dünyada təkcinsli çoxala bilən yeganə ilan növüdür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 769   Tarix: 05 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində

Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE

14:10 0
.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət

10:50 193
.

Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video

Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər

10:35 199
.

Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq

Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını

01:14 312
.

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. BİG.AZ Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki

17:04 0
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə

15:20 0
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.