Əməkdar artistin əməliyyatdan sonra bədəni çürüyür?

Əməkdar artistin əməliyyatdan sonra bədəni çürüyür?Plastik cərrah, Səhiyyə Nazirliyinin eksperti Vüqar Ələkbərovla bağlı Baş Prokurorluqda yenidən araşdırma aparılır.

"Qafqazinfo"nun məlumatına görə, Aztimes.az saytının bununla bağlı yaydığı iddiada bildirilir ki, bu ilin aprel ayında plastik cərrah kimi tanınan Vüqar Ələkbərov Bakı şəhərində fəaliyyət göstərən "Universal Hospital"da tanınmış xanım müğənnilərdən birinin üzərində sinə kiçiltmə əməliyyatı aparıb. Mənbənin bildirdiyinə görə, araşdırma yekunlaşana qədər adının açıqlanmasını istəməyən müğənninin əməliyyatdan sonra vəziyyəti gözlənilən kimi olmayıb. Belə ki, əməliyyatdan sonra qadının sinə nahiyəsində nikrozlaşma (çürümə) müşahidə olunub, qısa müddət ərzində sinənin forması dəyişib və estetik baxımdan ciddi deformasiya yaranıb.

İddialara əsasən, yaranan problemin aradan qaldırılması üçün müğənni dəfələrlə Həkimə müraciət edib. Vüqar Ələkbərovun sinəni bərpa edəcəyinə dair vəd verdiyi, lakin bu vədin yerinə yetirilmədiyi bildirilir. Tərəflər arasında konflikt yaranıb və nəticədə xanım müğənni məsələ ilə bağlı Baş Prokurorluğa rəsmi şikayət ünvanlayıb. Hazırda daxil olan məlumata görə, Vüqar Ələkbərov barəsində hüquqi araşdırma aparılır və faktlar müvafiq qurumlar tərəfindən yoxlanılır.

"Qafqazinfo" ittihamlarla bağlı Vüqar Ələkbərovla əlaqə saxlayıb. Həkim saytımıza açıqlamasında barəsində deyilənlərin şər-böhtan olduğunu, yayılan çürüyən bədən görüntülərinin həmin müğənniyə aid olmadığını, internetdən əldə edildiyini deyib.

Əməkdar artistin əməliyyatdan sonra bədəni çürüyür?Eyni zamanda bədənində çürümə getdiyi deyilən ifaçının da kimliyi haqda məlumat əldə etdik. Araşdırmalar davam etdiyindən onun adını açıqlamırıq. 58 yaşlı Əməkdar artist "Qafqazinfo"ya bildirib ki, V.Ələkbərov daha əvvəl də başqa şəxsləri, eləcə də çoxsaylı tanınmışları uğursuz əməliyyat edib. O, məsələ ilə bağlı hələlik adının hallanmasını istəmədiyini təkrarlayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 262   Tarix: 29 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev "Bakı Ağ Şəhər"də olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 29-da "Bakı Ağ Şəhər"də olublar. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı, birinci xanım və qızları burada "Qarabağ atları" heykəltəraşlı

12:38 126
.

Ermənistan-Türkiyə sərhədi 32 ildən sonra qismən açıla bilər

Ermənistanın Türkiyə ilə sərhədi 32 il bağlı qaldıqdan sonra yenidən açıla bilər. Lakin sərhədin açılması yalnız üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün nəzərdə tutulur. xarici mediaya istinadən xəbər verir ki, bu məsələ Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəs

11:09 128
.

Dulger: Almaniya yarandığı andan bəri ən uzunmüddətli böhran dövrünü yaşayır

Almaniya Federativ Respublikası yarandığı gündən bəri ən uzunmüddətli böhran dövrünü yaşayır. "Report" xəbər verir ki, bunu Almaniya İşəgötürənlər Assosiasiyasının rəhbəri Rayner Dulger DPA-ya müsahibəsində bildirib. "Almaniyaya qətiyyətli bir sıçrayış lazımdır, əks halda, uzunmüddətl

28.12.2025 242
.

Sakinlərlə razılığa gələ bilməyən MTK yaşayış ola-ola tikinti aparır (VİDEO)

Gecə saatlarında ağır texnika ilə aparılan tikinti işləri. Tikinti zamanı digər yaşayış evləri ilə gözlənilməyən ara məsafəsi, səs-küy və binadan qopub düşən təhlükəli parçalar. Görüntülər "Pilot 16" MMC-yə məxsus "Eleven Park" yaşayış kompleksindəndir. Sakinlər iddia edirlər ki

11:32 140
.

Magistral avtomobil yollarında gözlənilən vəziyyət açıqlandı

Avtomobil yollarında vəziyyət açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Verilən xəbərə görə, dekabrın 29-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsini

28.12.2025 228
.

FHN-dən əhaliyə XƏBƏRDARLIQ: Təhlükə zamanı zəng edin!

Hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Hazırda ölkə ərazisində, xüsusilə dağlıq rayonlarda soyuq və şaxtalı hava şəraiti müşahidə olunur. Qeyd olunan hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliy

28.12.2025 203
.

TƏCİLİ! Dekabrın 29-u ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ

Avtomobil yollarında vəziyyət açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Verilən xəbərə görə, dekabrın 29-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsini

28.12.2025 558
.

Bu şəxslərin işdən 1 saat tez çıxması təklif olunur

"Tıxac probleminin həlli ilə bağlı daha yeni istiqamətlər mütləq düşünülməliyik. Bəzi ölkələrdə iş saatları səhər 7-də başlayır və 16:00-da başa çatır. Elə müəssisələr var ki, onların bazar günü iş rejiminə keçməsi mümkün ola bilər. Məsələn, banklar və başqa sektorlar iş günü çalışmaya bilərlər"

28.12.2025 336
.

Bu ərazilərdə partlayış səsi eşidiləcək - Xəbərdarlıq edildi

Pirəkəşkül və Ağdərədə 29-30 dekabr tarixlərində istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. BİG.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaql

10:17 146
.

TOP MP3