Bayramqabağı hinduşka ətinin qiymətində artım gözlənilir?

Bayramqabağı hinduşka ətinin qiymətində artım gözlənilir?Azərbaycanda bayram günləri yaxınlaşdıqca bazarlarda canlanma müşahidə olunur. Bu isə ərzaq məhsullarının qiymətləri ilə bağlı sualların yaranmasına səbəb olur. Bayramqabağı istehlak tələbatının artması, xüsusilə ət bazarına təsir edir. Hinduşka və toyuq ətinə olan tələbin artması isə bu məhsulların qiymətlərinin yüksəlməsi ehtimalını gündəmə gətirir. Bayram süfrələrində ən çox tələb olunan ət növləri hinduşka və toyuq ətidir ki, bu da təbii olaraq bazarda qiymət artımına səbəb ola bilər.

Hinduşka və toyuq ətinin qiyməti nə qədər artacaq və nə vaxta qədər davam edəcək?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli açıqlamasında bildirib ki, sənaye üsulu ilə intensiv qaydada istehsal olunan toyuq ətinin qiymətində azalma müşahidə edilir.

Onun sözlərinə görə, hinduşka ətinə qış aylarında tələbat çoxalıb, xüsusilə bayram günlərində hinduşkanın satış qiymətində nisbətən artım müşahidə ediləcək:

"Hinduşka əti Azərbaycanda intensiv şəkildə istehsal olunmur. Yəni, sənaye üsulu ilə satış məqsədli istehsal yoxdur. Hazırda hinduşka ətinin 1 kilosu 18-20 manat aralığında satılır, bayram günlərində isə 25 manatadək artım gözlənilir. Qeyd edim ki, bu daimi artım deyil, bayramdan sonra yenidən öz köhnə qiymətinə qayıdacaq".

M.Həsənli vurğulayıb ki, hinduşka əti ölkəmizdə dekabr, yanvar və fevral aylarında əsasən istehlak olunur.

"İl ərzində Azərbaycanda bir nəfər təxminən yarım kiloqram hinduşka əti istehlak edir. Bu səbəbdən ölkə üzrə hinduşka istehsalı daxili tələbatı ödəmək həcmindədir. Adambaşına təxminən 18-20 kiloqram toyuq əti yeyilir. Son aylarda ölkədə iribuynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyi toyuq və quş ətinə tələbatı artırıb. Məsələn 2024-cü ilin göstəricilərinə görə adambaşına 147 ədəd yumurta istehlak edilirdisə, bu il həmin rəqəm 184 ədədə qalxıb. Toyuq əti isə 16 kilo istehlak edilirdisə, bu il 20 kiloyadək artıb. Buna qırmızı ətin bahalığı və dabaq xəstəliyi səbəb olub. Ümumilikdə bir insan Azərbaycanda 34 kiloqram ət yeyirsə, bunun 20 kilosunu toyuq əti təşkil edir. Toyuq əti daha sağlıqlı və ucuzdur",- deyə o əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 852   Tarix: 28 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor

00:42 266
.

Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları

15:30 0
.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

18:10 0
.

Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək

"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i

18:30 0
.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

14:30 0
.

Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini

14:20 0
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə

01:50 447
.