Səhiyyənin xərçəng dərdi: Dövlət onkoloji xəstələrə yardım etməyəcək?

Səhiyyənin xərçəng dərdi: Dövlət onkoloji xəstələrə yardım etməyəcək?Son dövrlər onkoloji xəstəliklərin sayı getdikcə artır və bu sahədə vətəndaşların üzləşdiyi çətinliklər ciddi narahatlıq doğurur.

Bu gün Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi müzakirələri zamanı çıxış edən Səhiyyə komitəsi sədrinin müavini, tanınmış kardioloq Rəşad Mahmudov vətəndaşların üzləşdiyi ciddi problemlərdən birini gündəmə gətirib.

O bildirib ki, onkoloji xəstələrin müalicəsinə diqqət yetirilməlidir:

"İnsan həyatını qorumaq büdcədəki hər bir rəqəmdən daha önəmlidir. Onkoloji xəstələrimizin müalicəsi, dərman təminatı və mövcud mərkəzlərin effektiv fəaliyyəti üçün daha güclü dəstək həyati zərurətdir".

Səhiyyə Nazirliyinin statistikasına görə, 2023-cü ildə qeydiyyatda olan xəstələrin sayı 69 435 nəfər, 2024-cü ildə isə 73 875 nəfərə çatıb.2023-cü ildə ilk dəfə diaqnoz qoyulan onkoloji xəstələrin sayı 13 666, 2024-cü ildə isə 15 164 nəfər olub. Bu göstəricilər kişilər və qadınlar arasında fərqlidir - 2024-cü ildə 8 051 qadın və 7 113 kişi ilk dəfə xərçəng diaqnozu alıb.

Onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığortaya daxil olmadığı üçün dövlət büdcəsindən ayrılan vəsait xəstələrin sayı və dərman preparatlarının yüksək qiymətləri nəzərə alındıqda kifayət etmir.

Nəticədə bir çox xəstə müalicəni yalnız öz şəxsi imkanları ilə həyata keçirməli olur ki, bu da vətəndaşaların üzərinə ağır maddi yük qoyur.Son illərdə onkoloji xəstəliklərin artmasının əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən fitoteropevt Fuad Mahmudov bildirib ki, onkoloji xəstəliklərin bütün növləri sürətlə artır:

"Azərbaycanda onkoloji xəstəlik dəhşətli bəlaya çevrilib. İstər beyin, istər bağırsaq, mədə, qaraciyər daxil bütün orqanlarda onkoloji xəstəliklər yayılır. Müalicə məsələsinə diqqət yetirilməlidir, amma dərmanlar və müayinələr çox bahadır.

Rayonlarda yaşayan insanlar müalicə ala bilmir, çünki orada onkoloji mərkəzlər yoxdur. Uzun yol gəlib Bakıda müalicə almaq isə çox bahalıdır və sığorta ilə də bu mümkün deyil. Bütün bunlar insanların həyatına ciddi təsir edir.

Etiraf etmək lazımdır ki, onkoloji xəstəliklərin bir qisminin müalicəsi istər müasir metodlarla, istərsə də xalq təbabəti ilə mümkün deyil. Sadəcə yüngülləşdirici üsullar mövcuddur. Bu üsullardan biri bitkilərlə müalicədir və ucuz başa gələ bilər. Amma bütün sahələrdə olduğu kimi, burada da fırdaqcı insanlar var.

Prosesslərdən xəbərsiz olan insanlar bəzən internetdə gördüklərinə inanır və həmin şəxsin bitkilərlə müalicə etdiyini düşünür".

Onun sözlərinə görə, onkoloji xəstəliklərin yaranmasında qidaların keyfiyyəti də böyük rol oynayır:

"İstər yağlar, istər ət məhsulların, istərsə də digər məhsulların hamısının üzərində "Halal" standartı yazılır. Sovet dövründə belə söhbət yox idi, son illər isə bu anlayış peyda olub və bəzən hiylə və fırıldağa yol açır.

Əgər məhsul təbiidirsə, onun üzərinə halal qeyd etmək lazımdır. Halal söhbəti bəzən anlaşılmazlıq yaradır. Kolbasa, sosiska və digər məhsulların vəziyyəti şübhəlidir. Cavan insanlar bunu gec hiss edir, amma yaşlılar bu cür qidaları həzm edə bilmir".

Həkim qeyd edib ki, bu gün ərzaq sahəsində keyfiyyətlə bağlı ciddi problemlər mövcuddur və buna görə də xəstəliklər baş alıb gedir:

"Gündəlik həyatda kütləvi zəhərlənmə hallarına rast gəlirik, bəzi rayonlarda neçə nəfərin zəhərlənmə baş verdiyi barədə xəbərlər alırıq. Buna ciddi nəzarət lazımdır. Elə içdiyimiz sudan danışaq, son illərdə filtr sistemləri ilə su bir qədər təmizlənir.

Amma bəzi yerlərdə təbii bulaq suyu doldurub satırlar. Filtr sistemi suyun tərkibindəki lazım olan elementləri də təmizləyə bilər, hansı elementlərin saxlanılması və hansıların çıxarılması lazım olduğunu bilmək çətindir. Yağış suyu isə keyfiyyətli hesab edilir. Bütün bu sahələrdə ciddi nəzarət tələb olunur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 728   Tarix: 22 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.