"Ağ çörək gündəlik rasionda minimuma endirilməlidir" - Qida eksperti

"Ağ çörək gündəlik rasionda minimuma endirilməlidir" - Qida ekspertiÇörək Azərbaycan ailələrinin gündəlik rasionunda ən çox yer alan məhsullardan biridir. Bu məhsul həm faydalı, həm də zərərli tərəflərə malikdir. Əsas məsələ çörəyin növü və qəbul edilən miqdardır.

Qida eksperti Aygün Məmmədova BiG.AZ-a bildirib ki, çörək sürətli enerji təmin edir. Orqanizmin əsas yanacağı olan karbohidratlarla zəngin olduğu üçün gün ərzində aktivlik və beyin fəaliyyəti üçün vacibdir:

"Xüsusilə tam buğda və çovdar çörəklərində B1, B2, B3 və fol turşusu çox olur. Bu vitaminlər sinir sistemi, maddələr mübadiləsi və qan dövranı üçün mühüm rol oynayır.

Tam taxıllı çörəklər bağırsaq fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır və uzunmüddətli toxluq hissi yaradır. Bu, şəkər və xolesterin səviyyəsinin balansda qalmasına kömək edir.

Ağ undan hazırlanan çörək yüksək qlisemik indeksə malikdir. Bu, qanda şəkərin sürətlə artmasına, növbəti mərhələdə isə kəskin düşməsinə gətirib çıxarır. Nəticədə insan daha tez acır və artıq kalori qəbul edir.

Həm ağ, həm də digər növ çörəkləri həddindən artıq yemək gündəlik kalori balansını pozur. Xüsusən fiziki aktivliyi az olan insanlarda çörək çəki artımının əsas səbəblərindən biridir.

Çörəkdə olan qluten bəzi insanlarda şişkinlik, qaz və həzm narahatlıqları törədə bilər. Qida eksperti vurğulayır ki, bu, xəstəlik deyil, lakin həssaslığı olan şəxslər çörəyi məhdudlaşdırmalıdır.

Market çörəklərində bəzən şişirici maddələr, qoruyucular və yumşaldıcı kimyəvi qatqılar istifadə edilir. Bu maddələrin uzunmüddətli və çox istifadəsi sağlamlıq üçün risk yarada bilər. Tam taxıllı çörək məhdud miqdarda istifadə edildikdə faydalıdır, ağ çörək isə gündəlik rasionda minimuma endirilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 873   Tarix: 21 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.