Asiya və Afrika tədricən bir-birindən uzaqlaşır: Təhlükə nədədir?
Asiya ilə Afrika arasındakı tektonik sərhəd tədricən bir-birindən uzaqlaşır. Yeni məlumatlar göstərir ki, iki qitənin sərhədindəki tektonik çat yavaş, lakin davamlı şəkildə genişlənir.
Qaynarinfo xəbər verir ki, bu barədə "IFLScience" yazır.
Hərəkət Süveyş körfəzində – materik Misirlə Sina yarımadası arasında uzanan dar dəniz zolağı boyunca yerləşən dərin yer qabığı çatında baş verir. Bu çat, təxminən 25 milyon il əvvəl Ərəbistan və Afrika tektonik plitələrini ayıran Böyük Qırmızı dəniz riftinin şimal hissəsini təşkil edir.
"Geophysical Research Letters" jurnalında dərc edilən yeni araşdırma göstərir ki, əvvəllər qeyri-aktiv və "uğursuz" hesab olunan bu rift gözləniləndən daha fəaldır. Süveyş riftinin formasını və bu gün dəniz səviyyəsindən yuxarı qalxmış qədim mərcan riflərinin yerləşməsini araşdıran alimlər müəyyən edib ki, burada yer qabığı ildə təxminən 0,55 millimetr sürətlə genişlənməkdə davam edir.
Tədqiqatçılar hesab edir ki, bu nəticələr geoloji riftlər haqqında qəbul edilmiş təsəvvürləri yenidən dəyərləndirməyə məcbur edə bilər. Onların fikrincə, riftlər sadəcə "aktiv" və ya "passiv" olmur. Onlar müxtəlif aktivlik səviyyələri arasında keçid edə, uzun müddət sakit qaldıqdan sonra isə yenidən zəif hərəkətlənə bilərlər.
"Tədqiqat göstərir ki, genişlənməyə davam edən Süveyş rifti yanlış təyin edilmiş riftlər kateqoriyasına uyğun gəlmir. Bu, onun aktiv tektonik sərhədə yaxınlığı ilə bağlı ola bilər. Nəticələr, dünyada qeyri-aktiv hesab edilən riftlərin yenidən qiymətləndirilməsinin vacibliyini ortaya qoyur və göstərir ki, daxili quru riftlərinin inkişafı yavaşlamalarla müşayiət oluna bilər", deyə alimlər bildirir.
Mütəxəssislərin vurğuladığına görə, Süveyş riftindəki bu zəif hərəkətlər yaxın zamanlarda Asiya ilə Afrikanın qopmasına səbəb olmayacaq. Tektonik plitələrin hərəkəti mürəkkəb prosesdir və milyonlarla il ərzində inkişaf edən çoxsaylı xırda sürüşmələrdən ibarətdir. Lakin bölgənin digər hissələrində tektonik qüvvələr gələcəkdə böyük kontinent ayrılmalarına zəmin hazırlaya bilər.
Süveyş körfəzinə yaxın ərazilərdə dünyanın ən böyük rift sistemlərindən biri olan Şərqi Afrika riftinin geniş fəaliyyəti müşahidə olunur. Bu rift Efiopiya, Keniya, Konqo Demokratik Respublikası, Uqanda, Ruanda, Burundi, Zambiya, Tanzaniya, Malavi və Mozambikdən keçərək uzanır.
Çoxsaylı məlumatlar göstərir ki, bu proses Somaliyə aid tektonik plitənin daha böyük Nubiya plitəsindən ayrılmasına və yaranan boşluqda yeni dənizin formalaşmasına gətirib çıxara bilər. Bu isə Şərqi Afrikanın qitənin digər hissəsindən ayrılması deməkdir.
Bunun baş verməsi üçün isə hələ milyonlarla il tələb olunur. Lakin Süveyş və Şərqi Afrika riftləri göstərir ki, Yer sabit və dəyişməz bir daş kürəsi deyil. İnsan baxışından planetimizin səthi hərəkətsiz görünə bilər, lakin o, fasiləsiz və sezilməyən şəkildə dəyişir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 734 Tarix: 21 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459