Arif Babayevin məzarından video paylaşdı

Arif Babayevin məzarından video paylaşdıXalq artisti Nəzakət Teymurova mərhum Xalq artisti Arif Babayevlə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, muğam ifaçısı mərhum həmkarının məzarını ziyarət etdiyi anları sosial media hesabında yayımlayıb. N.Teymurova ustadını bu sözlərlə yad edib:

"Bu gün mənim üçün çox dərin və mənalı keçdi. Tələbələrimlə birlikdə böyük ustadım Arif Babayevin məzarını ziyarət edərkən onun sənətimizə bəxş etdiyi misilsiz məktəbi, ustad nəfəsini və insanlığı bir daha xatırladım. Onun bizə miras qoyduğu səs mədəniyyəti, sənətə olan vicdanı və nizamı bu gün də yolumuzu işıqlandırır. Allah ona rəhmət eləsin – ruhu şad, məkanı nurla dolu olsun.

Bu günü daha da təsirli edən isə Ağdamın azad olunduğu gün olması idi. Ağdamlı biri olaraq qəlbim həm qürurla doldu, həm kövrəldi. Ustadın xatirəsi ilə torpağımın azadlığı sanki bir anda birləşib böyük bir mənəvi yük yaratdı.

Cümə axşamı günü ustadımın ruhuna etdiyimiz dua və doğma torpağımızın azadlığı - hamısı bir yerdə bu günü mənim üçün unudulmaz etdi. Bu gün həm borcumu, həm kökümü, həm də ustadımın böyüklüyünü daha dərindən hiss etdim. Ruhunuz şad olsun, ustad!".

Qeyd edək ki, A.Babayev bu ilin avqustunda dünyasını dəyişib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 700   Tarix: 20 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda "Yer saatı 2026" beynəlxalq kampaniyası qeyd edilib

"Yer saatı" beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə "Yer saatı 2026" (Earth Hour 2026) beynəlxalq kampaniyasına həsr olunmuş kütləvi aksiya keçirilib. IDEA-da

29.03.2026 202
.

Britaniya Hörmüz boğazının minalardan təmizlənməsi üçün baza hazırlayıb

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin "RFA Lyme Bay" böyük desant gəmisi Hörmüz boğazının minalardan təmizlənməsinə hazırlıq çərçivəsində minaaxtaran pilotsuz aparatların üzən buraxılış bazasına çevrilib. "Report" xəbər verir ki, bu barədə "The Sunday Times" nəşri hərb

29.03.2026 229
.

Makron Bərzaniyə zəng edərək dəstəyini bildirib

Fransa Prezidenti Emmanuel Makron İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə Dəhükdəki iqamətgahına edilən hücumdan sonra telefon danışığı aparıb. "Report" xəbər verir ki, bu barədə Fransa lideri "X" sosial media səhifəsində yazıb. Söhbət zamanı o, bu səhər iqamətgahın

29.03.2026 167
.

FAO Azərbaycana balıqçılıq təsərrüfatının inkişafı üzrə beşillik plan hazırlamağı təklif edib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycana ekosistem yanaşması prinsiplərinə əsaslanan akvakultura sektorunun inkişafı üzrə beşillik milli plan hazırlamağı tövsiyə edir. BİG.AZ "Report"a istinadla xəbər verir ki, bu barədə FAO-nun "Azərbaycanda akvakultura və balıqçılı

29.03.2026 182
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb

Azərbaycanda martın 28-də cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub

29.03.2026 196
.

Zelenski: Rusiya yavaşlamır və müharibəni davam etdirməyi hədəfləyir

Rusiya Ukraynaya qarşı müharibənin tempini azaltmır, eyni zamanda, qlobal sabitliyin pozulmasına gətirib çıxaran digər bir münaqişənin uzadılmasına da açıq şəkildə yatırım edir. "Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında bildirib

29.03.2026 221
.

İran Yaxın Şərqdəki Amerika universitetlərini vurmaqla hədələyib

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Vaşinqton İran universitetlərinə edilən hücumları pisləməsə, Yaxın Şərqdəki Amerika universitetlərinə hücum edəcəyi ilə hədələyib. "Report" xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb. Korpusun bəyanatına görə, ABŞ administrasiyasını

29.03.2026 188
.

İrana endirilən zərbələr nəticəsində 226 şagirdlə 55 müəllim həlak olub

ABŞ və İsrailin birgə əməliyyata başladığı gündən etibarən İranda ümumilikdə 281 şagird və müəllim həlak olub. "Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. "Hücumlar zamanı 226 şagird və 55 müəllim daxil olmaqla, 281 nəfər ölüb- məlumatda bildirilib. Qey

29.03.2026 193
.

Sayğaca yüklənən pul "yoxa çıxır"? - "Azərişıq"dan abonentlərə cavab - VİDEO

Gəncədə və ölkənin müxtəlif bölgələrində elektrik sayğaclarına yüklənən vəsaitin tam oturmaması və balansdan əlavə məbləğlərin çıxılması sakinlərin narazılığına səbəb olub. Vətəndaşlar iddia edirlər ki, karta yüklədikləri məbləğlə sayğacda görünən vəsait arasında uyğunsuzluq yaranır. ATV-yə istinadl

29.03.2026 279
.

TOP MP3