"Qarakənd faciəsindən sonra bölgədə sülh deyil, qarşıdurma ssenariləri dominant oldu" - Politoloq

"Qarakənd faciəsindən sonra bölgədə sülh deyil, qarşıdurma ssenariləri dominant oldu" - PolitoloqBu gün Azərbaycanın ən ağrılı tarix səhifələrindən biri Qarakənd faciəsindən 34 il keçir. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycan dövlətinin yüksək rütbəli nümayəndələrini daşıyan vertolyotun vurulması nəticəsində 22 nəfər həlak olmuşdu. Onların arasında hökumət üzvləri, generallar, jurnalistlər və dövlətin təhlükəsizlik strukturlarının rəhbərləri vardı. Bu faciə müharibənin gedişini, ölkənin siyasi xəritəsini və regiondakı güc balansını dəyişdirən başlıca hadisələrdən biri kimi qəbul edilir.

Politoloq Nicat Qasımov BiG.AZ-a bildirib ki, müstəqilliyini yenicə bərpa edən Azərbaycan üçün bu hücum həm siyasi rəhbərliyə, həm də dövlətin gələcək inkişaf trayektoriyasına vurulan zərbə idi:

"1991-ci ildə Azərbaycanın siyasi elitasının bir hissəsinin eyni anda məhv edilməsi ölkəni həm daxili siyasi mübarizələrə, həm də münaqişənin daha sərt mərhələsinə gətirib çıxardı. Faciənin başvermə mexanizmi, cinayətin məqsədləri və arxasında dayanan qüvvələr hələ də tam şəkildə işıqlandırılmasa da, hadisə münaqişənin daha da kəskinləşməsinə xidmət edən siyasi təxribat idi.

Qarakənd faciəsi Ermənistan-Azərbaycan münaqişəsinin eskalasiyası üçün "start nöqtəsi" rolunu oynadı. Vertolyotun vurulması, tərəflər arasında etimadı tamamilə məhv etmiş, Azərbaycanı müharibənin daha dağıdıcı mərhələsinə sürükləmişdi.

Azərbaycan rəhbərliyinin strateji fiqurlarının eyni anda hədəfə alınması, yalnız hərbi əməliyyatların gedişinə deyil, danışıqlar prosesinə də ağır təsir göstərdi. Həmin gündən sonra bölgədə sülh deyil, qarşıdurma ssenariləri dominant oldu.

2020-ci ildə baş tutan 44 günlük müharibədən sonra regionda yaranmış yeni siyasi mühit Qarakənd faciəsini yenidən qiymətləndirməyə səbəb olub. Politoloqlar vurğulayır ki, Azərbaycan bu gün həmin hadisədən çıxan dərslər əsasında təhlükəsizlik konsepsiyasını və müdafiə strategiyasını daha güclü şəkildə formalaşdırır:

Bu gün Azərbaycan ordusu modernləşmiş, təhlükəsizlik strukturları yenilənmiş, dövlətin siyasi dayanıqlığı isə xeyli artmış vəziyyətdədir. Qarakənd faciəsi göstərdi ki, dövlət təhlükəsizliyi sisteminin möhkəmliyi strateji sabitliyin əsasıdır."

Qarakənd faciəsi Azərbaycan cəmiyyətində həm də milli həmrəyliyin güclənməsinə təkan verən tarixi məqam idi. 22 görkəmli insanın şəhidliyi xalqı bir amal ətrafında birləşdirdi. Bu faciə həm o dövrün kəşməkəşinə işıq salır, həm də gələcək nəsillərə dövlətçilik məsuliyyətini xatırladır.

34 il sonra Qarakənd faciəsi hələ də Azərbaycanın siyasi tarixində xüsusi çəkisi olan, regionun taleyini dəyişdirən və dövlətin təhlükəsizlik konsepsiyasına mühüm təsir göstərən hadisə olaraq qalır. Bu gün həmin faciənin xatırlanması, yalnız keçmişə ehtiram deyil, həm də gələcək üçün strateji dərsdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 788   Tarix: 20 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi

Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb

14:00 204
.

Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı

Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı

21:30 132
.

İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"

"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları

22:28 96
.

Konfet kişinin ağzında partladı, öldü

Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya

13:40 240
.

Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb

Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd

17:20 187
.

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6

16:20 192
.

Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil

Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər

18:20 175
.

Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini

14:20 183
.

İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk

22:00 114
.