Emin Əmrullayevin 8 saatlıq iş planı: Sosial eksperiment və real problemlərin gizlədilməsi
"Müəllimlərin 8 saatlıq iş rejiminə keçməsi ilə bağlı fikir sosial eksperiment xarakteri daşıyır. Təhsil naziri Emin Əmrullayevin çıxışından görünür ki, bu dəyişiklik 2027-ci ilin sentyabr ayından sonra mərhələli şəkildə tətbiq ediləcək. Lakin bu məsələnin reallaşması ilə bağlı hələ də konkret məlumat verilməyib".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib.
O, qeyd edib ki, bu addım ölkə təhsil sistemində mövcud ciddi problemləri gizlətmək üçün sosial bir test rolunu oynayır. Nazir, idarəetmə və küçə psixologiyasını yaxşı bildiyindən, təhsil sistemindəki çatışmazlıqları özü də bilir və buna görə də zaman-zaman belə məsələləri gündəmə gətirir:
"Hazırda məktəbəqədər təhsil müəssisələrində ciddi problemlər mövcuddur: iki il öncə təhsil verənlər üçün qaydalar təsdiq edilsə də, sertifikatlaşdırma hələ keçirilmir və 18 min nəfərin bu prosesdə iştirakı nəzərdə tutulur. Eyni zamanda, məktəbəqədər təhsildə çalışan 6 min müəllimin heç bir rəsmi təhsili yoxdur, digər 6 minin diplomu isə məktəbəqədər təhsil ilə əlaqəli deyil.
Ümumtəhsil məktəblərində vəziyyət də ürəkaçan deyil. Bu ilin birinci rübünün sonuna iki gün qalmış sinif jurnalları paylanıb və müəllimlərdən pulla alınır. Dağlıq və dağətəyi bölgələrdə müəllimlərdən yanacaq pulu tələb olunur. Bakı şəhərində rəqəmsal məktəb platforması isə işləməyib, ötən il böyük məbləğdə xərclər edilsə də nəticə əldə edilməyib.
Ümumilikdə, təhsil büdcəsi əsasən boş və mənasız xərclərə sərf olunur, təhsilin inkişafı üçün ciddi addımlar atılmır. Hazırda yüzlərlə məktəbdə istilik sistemi bərbad vəziyyətdədir, müəllim yerləri vakantdır və vəzifələrə təyinatlar aparılmayıb.
Ölkədə 4,300-dən çox məktəb mövcuddur və onların 850-dən çoxunda direktor vəzifəsi vakantdır. Bu vakant yerlərin yalnız beşdə biri vakansiyaya çıxarılıb. Müavin vəzifələrinin vəziyyəti də kritikdir – hər 4 məktəbdən birində müavin yeri boşdur. Məktəblərin idarə edilməsi tamamilə çöküb, başlıca problem isə boş və mənasız statistik məlumatların toplanmasıdır.
Peşə təhsili məktəblərində vəziyyət daha bərbaddır. Peşə təhsili agentliyi funksional idarəetmədən məhrumdur.
Nəticə etibarilə, Emin Əmrullayevin 8 saatlıq iş rejimi məsələsini gündəmə gətirməsinin əsas səbəbi cəmiyyəti və mətbuatı təhsildəki real problemlərdən yayındırmaqdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1634 Tarix: 20 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır
Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi
13:30 180 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
16:10 174 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
19:03 351 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların
19:00 193 Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi
17:00 179 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır
2026-cı ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasına cəlb olunub. Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə 59 layihə üzrə maliyyə ekspertizası tamamlanıb, 32 layihə üzrə is
17:10 203 Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır
Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın
17:30 180 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"
"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi
22:26 98 Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə
15:20 174