İki saat sükan arxasında: Dünyanın ən uzun körpüsü harada yerləşir?
Dünyanın ən uzun körpüsünün uzunluğu 102 mil (təxminən 164 km) təşkil edir və onu keçmək iki saat vaxt aparır. Bu mühəndislik möcüzəsi Çində yerləşir.
Qaynarinfo "Express"ə istinadən xəbər verir ki, Böyük Danian-Kunşan körpüsü ölkənin iki ən böyük şəhərini birləşdirən dəmir yolu viadukudur. Şanxay və Nankin arasında salınmış körpü Pekin–Şanxay yüksək sürətli dəmir yolu marşrutunun populyar hissəsində yerləşir.
Onun tikintisinə 2006-cı ildə başlanılıb və proses 5 il davam edib. Layihənin dəyəri 8,5 milyard dollar olub.
"Ölkənin simvolik memarlıq nümunələrindən biri olmaqla yanaşı, körpü altında çoxlu çaylar və düyü sahələrinin yerləşdiyi ərazini qorumaq məqsədi ilə inşa edilib. Məşhur körpünün marşrutunun böyük hissəsi Çinin Yantszi çayı boyunca uzanır", deyə nəşr bildirir.
Böyük Danian-Kunşan körpüsü çayın təbii qıvrımlarını təkrarlayacaq şəkildə inşa edilib, buna görə onun forması kifayət qədər qeyri-adi görünür. Yolun bir qədər artıq 5 mili (8 km) Yançen gölünün üzərindən keçir.
Bu körpünün tikintisindən əvvəl sərnişinlər Ninbo ilə Cxiasin arasında qatarla dörd yarım saat səyahət edirdilər. İndi isə bu məsafəni qatarlar iki saata qət edir. Pekinlə Şanxay arasındakı 1000 kilometrlik məsafə təxminən 4 saat 48 dəqiqəyə keçilir.
Çin sərt hava hadisələrindən sığortalanmayıb, buna görə tikinti zamanı mütəxəssislər qabaqlayıcı tədbirlər görüblər. Körpü ən yüksək antiseysmik standartlara uyğun inşa olunub və tam zəlzələ davamlılığına malikdir. Həmçinin hər gün onun altından keçən gəmilərlə toqquşmaya da tab gətirə bilir.
"Regionun məhsuldarlığını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, yeni nəqliyyat əlaqəsi özünəməxsus bir ikonaya çevrilib. 'Böyük Danýan-Kunşan körpüsü' rekord quruluş statusuna sahib olduğu üçün çoxsaylı turistlər onu görməyə çalışır", deyə müəlliflər əlavə edir.
Digər məşhur Çin körpüsü
Sentyabr ayında Çində dünyanın ən hündür körpüsü kimi təqdim olunan yeni körpü istifadəyə verilib. Onun tikintisi üç il davam edib və layihəyə 300 milyon dollardan çox vəsait sərf olunub. Huaçzyan körpüsü Quyçjou vilayətindəki Böyük kanyonu keçərək uzanır. O, San-Fransiskodakı məşhur Qızıl qapılar körpüsündən xeyli hündürdür.
Bu keçid Quyçjou vilayətinin iki rayonunu birləşdirir. Əvvəllər sürücülər kanyonu keçmək üçün təxminən iki saat vaxt sərf edirdilərsə, indi onu cəmi iki dəqiqəyə keçmək mümkündür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2155 Tarix: 19 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi
Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb
14:00 204 Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı
Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı
21:30 132 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"
"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları
22:28 96 Konfet kişinin ağzında partladı, öldü
Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya
13:40 240 Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb
Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd
17:20 187 Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6
16:20 192 Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil
Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər
18:20 175 Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini
14:20 183 İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk
22:00 114