Məşvərət Görüşü: Azərbaycanın regional çəkisini artıran strateji addım
"Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşünə tamhüquqlu üzv olması ilk növbədə ölkəmizin regiondakı nüfuzunun rəsmi şəkildə tanınması deməkdir. Bu platforma Azərbaycanı prosesləri kənardan izləyən yox, qərarların formalaşmasında birbaşa iştirak edən aktora çevirir".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.
O, qeyd edib ki, Orta Dəhlizin genişləndirilməsi, yeni logistika və enerji xəttlərinin planlaşdırılması kimi məsələlərdə Bakının mövqeyi artıq sadəcə "tərəf mövqeyi" deyil, "qərarverici mövqe" kimi qiymətləndiriləcək. Bu isə Mərkəzi Asiya ilə iqtisadi əməkdaşlığın daha çevik və sistemli mərhələyə keçməsinə şərait yaradır, çünki qərarlar kollektiv şəkildə — Azərbaycanın iştirak və təsiri ilə formalaşacaq:
"Bu addım həm ticarət əlaqələrinin, həm də investisiya imkanlarının genişlənməsinə töhfə verir. Regionun təhlükəsizlik koordinasiyasında iştirakımız isə sərhəd, informasiya və enerji təhlükəsizliyi sahələrində daha güclü mexanizmlərin yaranmasına səbəb olur. Azərbaycan eyni zamanda türkdilli dövlətlərin ümumi siyasi xəttinin sabitləşdirilməsinə də mühüm dəstək verir.
Məşvərət Görüşündə üzvlük Azərbaycana Mərkəzi Asiya bazarlarına daha rahat çıxış imkanı yaradır, həmin ölkələr üçün isə Bakı üzərindən Qərbə inteqrasiyada yeni yollar açır. Bu proses Azərbaycanı iqtisadi, siyasi və ideoloji məkanda mərkəzi oyunçu kimi möhkəmləndirir.
Azərbaycanın artan regional çəkisi Mərkəzi Asiya ölkələri üçün də ciddi üstünlükdür, çünki Bakı həm dayanıqlı tərəfdaşdır, həm də regionlararası bağlayıcı aktor rolunu gücləndirir. Beləliklə, yeni mərhələ həm Azərbaycan, həm də Mərkəzi Asiya üçün qarşılıqlı güclənməyə əsaslanan praqmatik əməkdaşlıq modelinə çevrilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1457 Tarix: 17 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il
15.11.2026 152 Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın
15.11.2026 190 Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi
Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb
15.11.2026 206 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
15.11.2026 175 Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək
"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i
15.11.2026 177 Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
15.11.2026 194 Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı
Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı
15.11.2026 159 Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa
15.11.2026 133 Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub
Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb
15.11.2026 184