Dələduzluqla ələ keçirdiyi pulla xəstə qızını müalicə etdirən şəxsə hökm oxundu
Bakıda yük avtomobili alıb, onun icarəsindən qazanc götürmək adı ilə dələduzluq edən şəxsin işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, dələduzluq edən şəxs özünü "sahibkar Samir Məmmədzadə" kimi təqdim edib.
Belə ki, o, zərərçəkən Solmaz Cəbrayılova ilə "Facebook" sosial şəbəkəsi vasitəsi ilə tanış olub, mobil telefon vasitəsi ilə əlaqə saxlayan zaman özünü ona yalandan bir neçə yük avtomobili olan sahibkar kimi təqdim edib.
Təqsirləndirilən şəxs zərərçəkəni birgə iş qurub - "KamAZ" markalı yük avtomobili alıb icarəyə verib qazanc əldə etməyə inandırıb. Bu adla ondan ümumilikdə 20500 manat pul alıb. Təxminən 2023-cü ilin aprel ayının əvvəllərində zərərçəkmiş şəxs müttəhimin öz adına olmayan, bankı və hesab nömrəsini xatırlamadığı hesaba 12000 manat pul köçürüb. Təqsirləndirilən həmin pulu əldə edərək şəxsi borclarına və qızı Nurayın müayinə və müalicəsinə xərcləyib. Onun heç bir zaman "KamAZ" markalı yük avtomobili olmayıb, yalnız kimlərinsə "KamAZ"ını sürücü olaraq idarə edərək əmək haqqı alıb. O, cinayət işinin istintaqı müddətində vurulmuş ziyanı ödəyib, zərərçəkmiş şəxslə barışıb.
Xəzər Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə) ilə təqsirli bilinərək ona iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 704 Tarix: 15 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMinaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
15.11.2026 379 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır
Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi
15.11.2026 180 Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək
"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i
15.11.2026 177 Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini
15.11.2026 183 ABŞ aviasiyasında xaosa səbəb olan nasazlığın təfərrüatı açıqlandı
ABŞ-də yüzminlərlə sərnişinin səfərinə təsir edən kütləvi aviasiya sistemləri nasazlığı Federal Aviasiya Administrasiyasının (FAA) köhnəlmiş telekommunikasiya şəbəkəsinin həddindən artıq yüklənməsi nəticəsində baş verib. Buna Arkanzas və Texas ştatlarında yerləşən radar obyektlərindəki marşrutlaşdırıcıla
15.11.2026 176 "Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb. Yataqxanada qalan tələbələrdən biri hadisə barədə danışıb:. "Bir sayl
15.11.2026 185 Yataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto
Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb. xəbər verir ki, universitetin açıqlamasında deyilir:. "Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib. Universite
15.11.2026 337 Bu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
15.11.2026 362 Rəsmi Tehran: İran mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır
"İran strateji tərəfdaşları olan və Tehranın mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır". "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Biz həm Rusiya, həm də Çinlə sıx təmasdayıq. Çin və Rusiya bizim stratej
15.11.2026 156