Ekspert: Zəngəzur dəhlizi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin tranzit potensialını gücləndirəcək
Zəngəzur dəhlizi - bölgənin ölkələri - Mərkəzi Asiya və Cənubi Qafqaz üçün öz tranzit potensialını reallaşdırmaq üçün əla imkandır.
"Report"un Daşkəndə ezam olunan müxbirinin məlumatına görə, bu barədə jurnalistlərə Özbəkistanın Perspektiv Beynəlxalq Araşdırmalar İnstitutunun eksperti Nərgiz Umarova bildirib.
"Zəngəzur dəhlizi Orta Dəhlizin ötürmə qabiliyyətini genişləndirəcək. Hazırda Bakı-Tbilisi-Qars dəmir yoluna və Xəzər və Qara dəniz limanlarına böyük yük düşür. Yeni marşrut yük axınlarının yenidən bölüşdürülməsinə imkan verəcək və Orta Dəhliz boyunca yerləşən ölkələr böyük həcmdə tranzit cəlb edə biləcəklər", - o, "Report"un sualını cavablandırarkən bildirib.
Ekspert qeyd edib ki, Zəngəzur dəhlizi marşrutu 300 kilometrdən çox qısaltmağa imkan verir:
"Nəqliyyat sahəsinin mütəxəssisləri üçün bu sadəcə rəqəmlər deyil, yük daşımalarının vaxtını və dəyərini azaltmaq üçün böyük imkandır".
N.Umarova qeyd edib ki, Mərkəzi Asiya ölkələri arasında Zəngəzur dəhlizinin açılmasına dəstəyini yüksək səviyyədə ilk bəyan edən Özbəkistan olub, "çünki bu, ilk növbədə, ölkəmizin geoiqtisadi maraqları ilə bağlıdır".
Onun sözlərinə görə, Özbəkistan çətin vəziyyətdədir, hətta qitədaxili Xəzər dənizinə belə çıxışı yoxdur, açıq dənizlərə çıxışdan isə danışmağa dəyməz:
"Buna görə də Özbəkistan üçün prinsipial məsələ yüklərin perspektivli bazarlara, ilk növbədə, Avropa İttifaqına çatdırılma müddətinin qısaldılmasıdır. Zəngəzur dəhlizi belə bir imkan açır".
Ekspert vurğulayıb ki, yüklərin çatdırılma müddətinin qısaldılması ölkə üçün strateji əhəmiyyətli məsələdir.
"Bu, Özbəkistanın 2030-cu ilə qədər nəqliyyat sahəsinin inkişaf konsepsiyasında əks olunub. Bu konsepsiyada tranzit potensialının üzə çıxarılması, respublika ərazisindən tranzit daşımalarının ikiqat artırılması və logistika xərclərinin azaldılması hədəf kimi qoyulub. Buna görə də Özbəkistanın Zəngəzur dəhlizinin açılması təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olması təəccüblü deyil. Özü də bunu açıq şəkildə - konsultativ görüşləri, ŞƏT və Türk Dövlətləri Təşkilatının sammitləri çərçivəsində dəstəkləyib. Bütün bu platformalarda Özbəkistan daim Zəngəzur dəhlizinin açılmasının lehinə mövqe bildirir", - o deyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 661 Tarix: 15 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyevin sahibkarlara diqqəti: Özəl sektor iqtisadiyyatın əsas dayağına çevrilir
"Azərbaycanda iqtisadi inkişafın əsas istiqamətlərindən biri özəl sektorun gücləndirilməsi və sahibkarlıq fəaliyyətinin genişləndirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətdə sahibkarların fəaliyyətinin dəstəklənməsi, investisiya mühitinin yaxşılaşdırılmas
17.09.2026 241 İlham Əliyevin 23 illik prezidentlik fəaliyyəti: inkişafdan Zəfərə, Zəfərdən yeni mərhələyə
"2003-cü il Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin il, 15 oktyabrda İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Cənab İlham Əliyevin prezidentliyi dövrünü yalnız seçki tarixləri ilə xarakterizə etmək mümkün deyil. Bu dövr Azərbaycanın dövlətçilik
17.09.2026 161 Təkcə göydələnlər deyil: Az adamın bildiyi başqa Dubayı harada görmək olar?
Dubay nəhəng göydələnləri, dəbdəbəli ticarət mərkəzləri və bahalı restoranları ilə assosiasiya olunur. Lakin əmirliyin parlaq fasadının arxasında tarixi məhəllələr, qədim qayıqlar və küçə yeməkləri də gizlənir. Qaynarinfo xəbər verir ki, Yaxın Şərqdəki gərgin vəziyyətə baxmayaraq, Dubayda həyat adi ritmd
17.09.2026 135 Rus ordusu daha iki kəndi işğal etdi
Rusiya ordusu Zaporojye vilayətinin Rozovka, Xarkov vilayətinin Malaya Volçya yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
17.09.2026 134 Tramp: "Ümid edirəm, müharibənin sonuna yaxınlaşırıq"
ABŞ Prezidenti Donald Tramp İran tərəfi ilə birbaşa əlaqə saxladığını və Tehranın razılaşma əldə etmək istədiyini bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tramp müharibənin sona yaxınlaşmasına ümid etdiyini desə də, İran tərəfindən Vaşinqtonla birbaşa danışıqların bərpa edildiyi barədə rəsm
17.09.2026 173 Prezident Şamaxıda: yeni layihələr və inkişaf gündəliyi
Prezident İlham Əliyev sentyabrın 17-də Şamaxıya səfər edib. Səfər çərçivəsində rayonda həyata keçirilən layihələrlə tanışlıq olub, bir sıra obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilib. Dövlət başçısının səfəri zamanı Şamaxının sosial-iqtisadi inkişafı, turizm potensialı və bölgədə görülə
17.09.2026 213 Bu ölkə kitab oxuyanlara pul verəcək
Sinqapur hakimiyyəti vətəndaşlara kitab oxuduqları üçün ödəniş etmək qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "The Independent" nəşri məlumat yayıb. Ölkə "doomscrolling" (bədbin xəbərləri fasiləsiz izləmə vərdişi) ilə mübarizə aparmaq və ölkə daxilində mütali
17.09.2026 107 Tıxacda ən tez sıradan çıxan maşınlar - Sürücülərin bilmədiyi risklər
Böyük şəhərlərdə avtomobil üçün ən ağır sınaqlardan biri uzun yol deyil, saatlarla davam edən tıxacdır. Xüsusilə Bakı kimi nəqliyyatın pik saatlarda sıxlaşdığı şəhərlərdə avtomobil bir neçə kilometr məsafəni bəzən uzun müddət ərzində qət edir. Sürücü üçün bu, vaxt itkisi olsa da, avtomobil üçün mühərriki
17.09.2026 187 AYNA sərnişinlərə müraciət etdi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərə müraciət edib. xəbər verir ki, AYNA-nın məlumatına görə, sərnişindaşımanın fasiləsiz təşkili istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunub ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA tərəfindən təşkil edilən ekspres avtobuslarl
17.09.2026 140