Direktorun oğlu da daxil, şagirdlər məktəbdə elektron qəlyan çəkirlər?
Bakının Xətai rayonunda yerləşən 260 nömrəli tam orta məktəbdə bir qrup şagirdin sanitar qovşaqda elektron qəlyandan istifadə etməsi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub.
İddialara görə, həmin şagirdlər arasında məktəb direktorunun oğlu da olub.
Şagirdlərdən biri iddiaları təsdiqləyərək bildirib ki, bənzər hallar məktəbin akt zalında da baş verib. "Bəzən də akt zalında siqareti telefonun arxasında gizlədib çəkirlər", - deyə şagird qeyd edib.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu kimi neqativ halların qarşısının alınması üçün həm məktəb rəhbərliyi, həm də valideynlər məsuliyyət daşıyırlar:
"Elm və Təhsil Nazirliyi məktəblərdə neqativ halların aradan qaldırılması istiqamətində ciddi işlər görür, mütəmadi olaraq kadr dəyişikliyi həyata keçirir. Lakin tərbiyə ilk növbədə ailədən başlayır. Əgər bu tərbiyəni verən şəxs məktəbin rəhbəridirsə və öz övladına bunu aşılaya bilmirsə, məktəbdə digər şagirdlərə də tərbiyə verə bilməyəcək. Bu kimi hallara yol verən direktor və texniki işçilər vəzifələrindən azad edilməlidirlər. Məktəb ərazisində şagirdlərin siqaret və digər qadağan olunmuş vasitələrdən istifadə etməsi ciddi pozuntudur və buna güzəşt edilə bilməz".
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi də 260 nömrəli məktəbin açıqlamasını təqdim edib. Açıqlamada bildirilib ki, yayılan videogörüntü həqiqəti əks etdirmir:
"Məktəbin sanitar qovşağında bir neçə şagirdin zərərli vərdişlə məşğul olması iddiası ilə bağlı yayılan video əsassızdır və təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyır. Məktəbin fəaliyyəti ilə uyğunluğu olmayan yanlış məlumatların yayılması səbəbindən məsələ hüquqi müstəvidə qiymətləndiriləcək".
Daha ətraflı Baku TV-nin süjetində:
Oxu.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1013 Tarix: 14 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd
15.11.2026 191 Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB
"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq
15.11.2026 263 Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın
15.11.2026 190 Bu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
15.11.2026 362 Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində
Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE
15.11.2026 188 Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə
15.11.2026 175 HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı
15.11.2026 137 Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6
15.11.2026 192 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
15.11.2026 184