Azərbaycan regional və beynəlxalq səviyyədə lider dövlətə çevrilib

Azərbaycan regional və beynəlxalq səviyyədə lider dövlətə çevrilibPrezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə yalnız iki ölkə arasındakı münasibətləri izah etmirdi, eyni zamanda Azərbaycan diplomatiyasının məqsədli və strateji yönünü açıq şəkildə ortaya qoydu. Müsahibədə ölkəmizin başçısı Azərbaycanın regional siyasətini, ikitərəfli əlaqələrin dərinliyini və mövcudluğunu aydın şəkildə şərh edərək gələcək əməkdaşlığın dayanıqlı tərəfdaşlıq, qarşılıqlı etimad və bölgədə sülhün möhkəmlənməsinə xidmət edəcəyini vurğuladı. Eyni zamanda, müsahibə Azərbaycan liderliyinin həm regional, həm də beynəlxalq səviyyədə nüfuzunu daha da möhkəmləndirdiyini, Türk dünyası ilə əməkdaşlığın inkişafında önəmli rol oynadığını və ölkəmizin strateji təşəbbüslərinin uğurla nəticələndiyini nümayiş etdirdi.
Prezident İlham Əliyev Xəzər dənizini sadəcə coğrafi anlayış yox, strateji birliyin rəmzi kimi təqdim etməklə bölgənin mənzərəsini dəqiq portretlərlə əks etdirdi. Düşünülmüş və məqsədyönlü siyasətin nəticəsi olaraq Xəzər artıq ölkələri ayıran deyil, onları birləşdirən məkana çevrilib. Ölkəmiz isə burada yalnız coğrafi körpü rolunu daşımır, həm siyasi, həm iqtisadi, həm də nəqliyyat sahələrində regional inteqrasiyanın mərkəzi və dayanıqlı gücü kimi önə çıxır. Bu mövqe Azərbaycanın regional liderlik ambisiyasını və strateji planlılığını bir daha aydın göstərdi.
Eyni zamanda ölkəmizin təşəbbüsləri digər dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə və dərinləşməsinə zəmin yaradır.
Humanitar sahələrdə əməkdaşlıq da arzuolunan səviyyədə inkişaf edir. Prezident vurğuladı ki, Azərbaycan və Mərkəzi Asiya ölkələrini yalnız ortaq tarix və mədəniyyət deyil, eyni zamanda müasir iqtisadi maraqlar da birləşdirir. Bu isə regional həmrəyliyin yeni mərhələyə qədəm qoymasının həm simvolik, həm də praktik ifadəsidir. İnsanların gündəlik həyatı, mədəniyyət və təhsil sahələrində atılan addımlar, ölkələr arasında möhkəm bağların yaranmasına və qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edir.
Müsahibədə şəxsi diplomatiya anlayışı xüsusi olaraq vurğulandı. Bu, Prezident İlham Əliyev ilə Şavkat Mirziyoyev arasındakı etimad və dostluq münasibətlərinin sadəcə rəsmi görüşlərin toplusu olmadığını, eyni zamanda dövlətlərarası əlaqələrin canlı və dinamizmini təmin edən əsas mexanizm kimi formalaşdığını göstərdi. Postsovet məkanında nadir rast gəlinən bu səmimi münasibət və strateji tarazlıq beş qarşılıqlı səfər və onlarla imzalanmış sənəd vasitəsilə aydın surətdə özünü büruzə verir.
İqtisadi sahədə təqdim olunan konkret nümunələr xüsusi diqqət çəkir. Ticarət dövriyyəsinin 87 faiz artması, 500 milyon dollarlıq birgə investisiya fondunun yaradılması və Xankəndidə yeni fabrikin açılması göstərir ki, Azərbaycan və Özbəkistan arasındakı əməkdaşlıq yalnız sözlərdə qalmır, real iqtisadi layihələrlə möhkəmlənir. Bu faktlar eyni zamanda Azərbaycan diplomatiyasının planlı, məqsədyönlü və strateji xarakterini ortaya qoydu. Nəqliyyat və enerji sahələrinə yönələn yanaşma isə gələcəyə hesablanmış addımların göstəricisidir. Müsahibədə "Orta Dəhliz" ifadəsi təkcə infrastruktur layihəsini deyil, həm də yeni geosiyasi xəttin və strateji əməkdaşlığın simvolunu ifadə etdi.
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə Azərbaycanın regional liderlik və əməkdaşlıq siyasətini bir daha açıq şəkildə nümayiş etdirdi. Müsahibə sübut etdi ki, ölkəmizin başçısı Türk dünyasının inkişafı yolunda dayanmadan çalışır, əldə olunan nəticələr isə Azərbaycanın liderliyini və Prezident İlham Əliyevin diplomatik ustalığını parlaq şəkildə ortaya qoyur. Bu fəaliyyət Azərbaycanın regional nüfuzunu möhkəmləndirir, diplomatik təşəbbüslər isə həm siyasi, həm də iqtisadi sahələrdə ölkəmizin mövqeyini gücləndirir, atılan addımlar isə regional sabitlik və rifahın təmin olunmasına mühüm töhfə verir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1003   Tarix: 14 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd

15.11.2026 191
.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

15.11.2026 263
.

Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi

"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın

15.11.2026 190
.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

15.11.2026 362
.

Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində

Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE

15.11.2026 188
.

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə

15.11.2026 175
.

HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb

İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı

15.11.2026 137
.

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6

15.11.2026 192
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

15.11.2026 184
.