"İlham Əliyevin bu görüşü Azərbaycanın multikultural və tolerant ölkə imicini beynəlxalq aləmdə dərinləşdirmək üçün bir fürsətdir" - RƏY
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib.
Qonaqlar ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırıblar.
Politoloq Nicat Qasımov BiG.AZ-a bildirib ki, prezident İlham Əliyevin bu görüşü Azərbaycanın multikultural və tolerant ölkə imicini beynəlxalq aləmdə dərinləşdirmək üçün bir fürsətdir:
"Görüşdə qeyd olunub ki, ölkədə müxtəlif dinlərin və xalqların nümayəndələri bir ailə kimi dinc şəkildə yaşayıb.
İlham Əliyevin sözlərinə görə, ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə keçib. Bu isə göstərir ki, Bakı ABŞ ilə sadəcə iqtisadi və enerji əlaqələrində deyil, həm də ideya və diplomatik səviyyədə yeni dinamika axtarır. Dini təşkilatların iştirakı isə bu diplomatik əlaqələrin "yumşaq güc" (soft power) elementi kimi çıxış edə bilər. Artıq yalnız strategiya və təhlükəsizlik deyil, eyni zamanda mədəni- din-cəmiyyət aspektləri də önə çıxır.
Azərbaycan regionda aktiv aktora çevrilib və Ermənistanla münasibətlərdə sülh təşəbbüsləri ilə önə çıxır. Bu görüş həmin prosesin beynəlxalq səviyyədə etirafı kimi də görünə bilər.
Azərbaycan təkcə Rusiya-Türkiyə üçlüsündə deyil, Qərb strukturunda da səsini yüksəltmək niyyətindədir.
Görüşdə tolerantlığın xalqın həyat tərzi olduğu vurğulanır. Bu, daxili auditoriyaya Azərbaycandakı müxtəlif dini və etnik qruplara ünvanlanan güclü mesajdır ki, siz burada eynisiniz, siz üçün yer var.
Bu görüş diplomatik, ideoloji və regional strategiya baxımından kiçik amma əhəmiyyətli addımdır. Azərbaycan özünü yalnız enerji təchizatçısı kimi deyil, həm də mədəni- və dini sahələrdə tolerantlıq modeli kimi təqdim etməyə çalışır. ABŞ-nin nüfuzlu dini təşkilatı ilə belə bir görüş isə Bakı üçün yeni əlaqə kanallarının açıldığını göstərir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 714 Tarix: 13 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd
15.11.2026 191 Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB
"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq
15.11.2026 263 Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın
15.11.2026 190 Bu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
15.11.2026 362 Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində
Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE
15.11.2026 188 Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə
15.11.2026 175 HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı
15.11.2026 137 Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6
15.11.2026 192 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
15.11.2026 184