12 illik təhsil və şaxələnmiş məktəb strukturu: Azərbaycan üçün perspektivlər
"Türkiyə təhsil modelindən Azərbaycan sisteminə yalnız seçilmiş elementləri tətbiq etmək mümkündür, çünki təhsil yalnız proqram və fənlərdən ibarət deyil; hüquqi çərçivə, sosial-coğrafi reallıq, iqtisadi imkanlar və mədəni dəyərlər də rol oynayır".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
O, bildirib ki, Türkiyə sisteminin əsas üstünlüklərindən biri 12 illik məcburi təhsil fəlsəfəsidir. Bu model şagirdlərin məktəbdə qalma müddətini artırır, erkən tərk etmə səviyyəsini aşağı salır və regionlararası fərqləri azaldır. Azərbaycanda isə 9 illik təhsil 15 yaşdan sonra seleksiya mexanizmi ilə davam edir və erkən məktəb tərk riskini artırır. 12 illik sistem tətbiq olunsa, şagirdlərin lisey və peşə təhsili istiqamətində daha sistemli keçidi təmin edilə bilər:
"Azərbaycan qanunvericiliyi Türkiyə modelinin seçilmiş elementlərini tətbiq etməyə imkan verir. "Təhsil haqqında" Qanun təhsil sisteminin əlçatan, bərabər və beynəlxalq təcrübəyə uyğun olmasını nəzərdə tutur, yəni xarici nümunələrdən faydalanmaq hüquqi baxımdan mümkündür.
Türkiyə modeli məktəbin strukturunu şaxələndirir: ümumi liseylər, peşə liseyləri və texniki məktəblər paralel fəaliyyət göstərir. Bu, şagirdlərin maraqlarına uyğun yönləndirilməsini, peşə təhsilində iştirakın artmasını və ali təhsilə hazırlığın yüksəlməsini təmin edir. Azərbaycanda isə seçim imkanları məhduddur.
Müəllimlərin peşəkar inkişafı da Türkiyə modelində daha sistemlidir. Hazırlıq və xidmət içi təlimlər ardıcıl tətbiq olunur, keyfiyyət mərkəzləşdirilmiş qaydada idarə edilir. Azərbaycanda son illər sertifikasiya və təlimlər artırılıb, rəqəmsallaşma və kurikulum yenilənməsi bu modeli dəstəkləyir.
Məktəb mühitində intizam və nizam-intizam Türkiyə məktəblərində daha sərtdir, dərs iştirakını artırır. Azərbaycan üçün bu yanaşma uyğunlaşdırılmış formada tətbiq edilə bilər, şagird hüquqlarını qoruyaraq davranış mədəniyyətini gücləndirmək mümkündür.
Türkiyə modelinin bəzi mənfi cəhətləri də var: kurikulumun siyasiləşməsi, dini məktəblərin artması və bəzi elmi mövzuların proqramdan çıxarılması. Buna görə də yalnız elmi, sistematik və pedaqoji baxımdan güclü komponentlər seçilməlidir.
Nəticə olaraq, Türkiyə modelinin struktur, idarəetmə, keyfiyyətə nəzarət və şagird yönümlü sistem elementlərini tətbiq etmək Azərbaycanın təhsil keyfiyyətini artıracaq. Məqsəd şagirdlərin məktəbdə qalma müddətini artırmaq, peşə təhsilini cazibədar etmək, orta təhsili şaxələndirmək və nəticə yönlü qiymətləndirməni gücləndirməkdir. Elm və Təhsil Nazirliyinin son illərdə gördüyü tədbirlər isə bu addımlar üçün artıq güclü baza yaradıb".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 930 Tarix: 13 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd
15.11.2026 191 Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB
"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq
15.11.2026 263 Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın
15.11.2026 190 Bu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
15.11.2026 362 Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində
Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE
15.11.2026 188 Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə
15.11.2026 175 HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı
15.11.2026 137 Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6
15.11.2026 192 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
15.11.2026 184