"Kamelot Pub"ın işçisi PA-da vəzifəyə adam "təyin etdirirmiş" - 31 minlik dələduzluq

"Kamelot Pub"ın işçisi PA-da vəzifəyə adam "təyin etdirirmiş" - 31 minlik dələduzluqPrezidenti Adminstrasiyasına (PA) işə düzəltmək adı ilə 31 000 manatlıq dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, Bakıda fəaliyyət göstərən "Kamelot Pub"da işləyən S.Məmmədova N.Quliyevlə birgə vətəndaş Nizam Əliyevdən (şərti) qızını Prezident Adminstrasiyasında məsul işə, qaynı oğlunu isə onun sücüsü təyin etdirəyəcəyini vəd edərək ondan 31 000 manat pul alıb.

Lakin onlar verdiyi vədi yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. S. Məmmədova saxlanılıb. N.Quliyev isə intihar edib.

S.Məmmədovaya Cinayət Məcəlləsinin 178.2.1 (Dələduzluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;), 178.2.2 (Dələduzluq- təkrar törədildikdə) və 178.2.4 (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Onun barəsində əvvəlcə başqa yerə getməmək haqqında iltizam, daha sonra isə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı S.Məmmədova özünü qismən təqsirli bilib. O, qeyd edib ki, pulları N.Quliyev alıb. Lakin qarşı tərəf onun dediklərini təkzib edib.

Məhkəmənin hökmü ilə S.Məmmədovaya 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanılıdığı 4 gün təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 3 il 5 ay 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 860   Tarix: 13 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.43% azalaraq 4.325 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.23% ucuzlaşaraq 64.12 ABŞ dolları təşkil edib

17.09.2026 163
.

Rus ordusu daha iki kəndi işğal etdi

Rusiya ordusu Zaporojye vilayətinin Rozovka, Xarkov vilayətinin Malaya Volçya yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

17.09.2026 134
.

Almaniya qırıcılarını Rusiya sərhədinə göndərdi

Almaniya Latviyanın hava məkanının qorunmasına dəstək məqsədilə ölkəyə 4 ədəd Eurofighter qırıcısı göndərəcək. xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, Latviyanın hökuməti Baltikyanı ölkələrin hava məkanında son aylarda pilotsuz uçuş aparatları ilə bağlı baş verən insidentlər fonund

17.09.2026 170
.

İlham Əliyevin 23 illik prezidentlik fəaliyyəti: inkişafdan Zəfərə, Zəfərdən yeni mərhələyə

"2003-cü il Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin il, 15 oktyabrda İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Cənab İlham Əliyevin prezidentliyi dövrünü yalnız seçki tarixləri ilə xarakterizə etmək mümkün deyil. Bu dövr Azərbaycanın dövlətçilik

17.09.2026 161
.

İsrail HƏMAS komandirini məhv etdi - Foto

Qəzzanın şimalında HƏMAS-ın "Nuxba" bölməsinin komandiri Şərif Şadi İbrahim Labad məhv edilib. xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (ÇAXAL) məlumat yayıb. Məlumata görə, Labad 2023-cü il oktyabrın 7-də Erez keçid məntəqəsinə hücum edənlər arasında olub. Digər zərbə zamanı isə "Nuxba"

17.09.2026 140
.

Sabah hava necə olacaq?

Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü

17.09.2026 175
.

Şəmkirdə 13 il əvvəl qətl törədən TUTULDU

Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb. DİN və Baş Prokurorluğun mətbuat xidmətlərindən -a daxil olan birgə məlumata görə, 2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri ola

17.09.2026 197
.

"Bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17.09.2026 194
.

"Burger King" maaşımızı vermir" - Şikayət

"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı -a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib. Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlay

17.09.2026 235
.