Üç qardaş dövlətin birgə hərbi paradı

Üç qardaş dövlətin birgə hərbi paradıHərbi parad, sadəcə, silahların nümayişi və əsgərlərin nizamlı addımları ilə ölçülmür. Onun əsl mahiyyəti fəxri kürsüdə dayananların kimliyi və onların dünyaya verdiyi mesajlarla müəyyən edilir.
Noyabrın 8-də Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Hərbi parad birbaşa geosiyasi manifestə, dünyaya ünvanlanan sözə çevrildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə fəxri kürsüdə yer alması ilə parad yeni və sarsılmaz birliyin – Azərbaycan–Türkiyə–Pakistan qardaşlığının dünyaya rəsmi təqdimat mərasiminə çevrildi. Meydandan keçən polad zirehli texnikanın gurultusu və səmanı yaran reaktiv qırıcıların səsi beynəlxalq arenaya, həm dostlara, həm də rəqiblərə göndərilən çox aydın mesaj idi: Avrasiyanın təhlükəsizlik arxitekturasında artıq gözardı edilməsi mümkün olmayan, ortaq tarix, ortaq dəyərlər və ortaq strateji maraqlar üzərində qurulmuş yeni güc mərkəzi yaranıb.
8 Noyabr paradını yeni reallığın möhtəşəm vizual simfoniyası da adlandırmaq olar. Azadlıq meydanının tribunaları, Azərbaycan xalqının qələbə sevincini bölüşən on minlərlə vətəndaşla dolu ikən, fəxri kürsüdəki mənzərə bütün dünyanın diqqətini özünə çəkirdi. Bu, İkinci Qarabağ müharibəsinin ilk günlərindən son anına qədər Azərbaycanın haqq işinə, ədalətli savaşına tərəddüdsüz siyasi və mənəvi dəstək verən iki qardaş ölkənin Zəfərin sevincini də şərik paylaşmasının təbii, səmimi təzahürü idi.
Parad həm də Azərbaycan Ordusunun son illərdə keçdiyi möhtəşəm modernləşmə yolunu əyani nümayiş etdirdi. Vətən müharibəsinin qəhrəmanları olan xüsusi təyinatlıların polad intizamla meydandan keçidi ən müasir döyüş taktikasını mənimsəmiş peşəkar bir ordunun yetişdiyini göstərirdi. Bunun ardınca nümayiş etdirilən hərbi texnika isə bu ordunun zərbə gücünün miqyasını ortaya qoydu. Lakin paradın simvolik gücünü ən yüksək zirvəyə qaldıran məqam Azadlıq meydanında addımlayan əsgərlər oldu. Prezident İlham Əliyevin çıxışında bu tarixi anı xüsusi vurğulaması təsadüfi deyildi: "Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin – Azərbaycan, Türkiyə və Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür".
Bu bəyanat üç ordunun daim çiyin-çiyinə dayandığını, ittifaqın təkcə kağız üzərindəki sənədlərdən ibarət olmadığını, döyüş ruhu və qardaşlıq andı ilə möhkəmləndiyini bütün dünyaya bəyan etdi.
Liderlərin çıxışları hərbi qüdrət nümayişinin siyasi və ideoloji çərçivəsini müəyyən etdi. Prezident İlham Əliyev ittifaqın təməl daşını qoyan tarixi anları bir daha xatırlatdı: "Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq, Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun bizə verdiyi siyasi və mənəvi dəstək bizə güc verirdi, bizi ruhlandırırdı".
Prezident Rəcəb Tayyib Ərdoğan isə çıxışında qardaşlığın dərinliyini və səmimiliyini ifadə edərək "Sizləri ən səmimi duyğularımla, sayğı və sevgi ilə salamlayıram. Zəfər Günümüzün 5-ci ildönümündə sizlərlə bərabər olmaqdan böyük bəxtiyarlıq duyuram. İlham Əliyev qardaşıma dəvəti üçün minnətdarlığımı çatdırıram. Sizlərə Türkiyədəki qardaşlarınızın salamlarını gətirdim. Sizlərə 86 milyonun ən səmimi məhəbbətlərini gətirdim" sözləri ilə iki xalq arasındakı qırılmaz mənəvi bağları bir daha təsdiqlədi.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə bu qələbənin tarixi ədalət üçün daşıdığı əhəmiyyəti və Pakistanın prinsipial mövqeyini bir daha bəyan etdi: "Torpaqlarının azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı, bundan sonra da belə olacaq. Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin möhtəşəm təntənəsi, ümid yeri oldu". Bu çıxışlar beynəlxalq aləmə ünvanlanmış, üç ölkənin xarici siyasət prioritetlərini və qırmızı xətlərini müəyyən edən strateji bəyanatlar idi.
Azərbaycanın paytaxtında yaşanan bu təntənəli mənzərə Azərbaycan–Türkiyə–Pakistan dostluğunun, sadəcə, ritorik və ya emosional bir bağ olmadığını, onun dərin tarixi, dini və ən əsası, strateji köklərdən rişələndiyini bir daha sübut etdi. Türkiyə və Azərbaycan arasındakı qardaşlıq ortaq etnik, dil və mədəni irs üzərində qurulubsa, Pakistanın bu birliyə qoşulması, ortaq dini kimliyin və daha vacibi, kəsişən strateji maraqların nəticəsidir. Qarabağ məsələsində Türkiyə və Pakistanın Azərbaycana, Kəşmir məsələsində Azərbaycan və Türkiyənin Pakistana, Şimali Kipr məsələsində isə Azərbaycan və Pakistanın Türkiyəyə verdiyi tərəddüdsüz dəstək beynəlxalq münasibətlər sistemində nadir rast gəlinən və "Üç qardaş modeli" adlandırılan yeni ittifaqın formalaşdığını göstərir.
Zəfər Günü keçirilən parad qardaşlığın hərbi-strateji əməkdaşlıq müstəvisinə keçidinin də dönməzliyini nümayiş etdirdi. Bu, faktiki hərbi ittifaq xarakteri daşıyan dərin tərəfdaşlıqdır. Son illərdə müntəzəm olaraq keçirilən "Üç qardaş" birgə hərbi təlimləri üç ölkənin xüsusi təyinatlı qüvvələrinin bir-birinin döyüş taktikalarını öyrənməsi, silah sistemlərini sinxronlaşdırması və real döyüş şəraitində vahid komandanlıq altında fəaliyyət göstərmək üçün qarşılıqlı fəaliyyət qabiliyyətini təkmilləşdirməsi məqsədi daşıyır. Bu, hərbi ittifaqların ən mühüm xüsusiyyətidir.
8 Noyabr – Zəfər Günündə keçirilən Hərbi parad Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin ildönümünü qeyd etməkdən daha geniş bir missiyanı yerinə yetirdi. O, Azərbaycan–Türkiyə–Pakistan ittifaqının – üç dövlətin, üç qardaşın, amma tək ürəyin Avrasiyanın geosiyasi reallıqlarına birbaşa təsir edən və heç bir kənar qüvvənin iradəsinə tabe olmayan sarsılmaz güc mərkəzi olduğunu bütün dünyaya bəyan etdi.

Aydın Kazımbəyov – Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, sərbəst güləş üzrə SSRİ idman ustası, Bakı Texniki Kollecinin bədən tərbiyəsi rəhbəri


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 879   Tarix: 12 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi

"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın

15.11.2026 190
.

"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO

Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb. Yataqxanada qalan tələbələrdən biri hadisə barədə danışıb:. "Bir sayl

15.11.2026 185
.

Tokayev rüşvətxor məmurlardan danışdı: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərlərinin saxlanılmasını genişmiqyaslı rüşvətxorluğun göstəricisi kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. Təhlükəsizlik Şurasının operativ iclasınd

15.11.2026 198
.

Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa

15.11.2026 133
.

Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb

ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağı

15.11.2026 81
.

Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır

2026-cı ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasına cəlb olunub. Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə 59 layihə üzrə maliyyə ekspertizası tamamlanıb, 32 layihə üzrə is

15.11.2026 208
.

Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub

Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb

15.11.2026 184
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard

15.11.2026 194
.

Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb

"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə

15.11.2026 170
.