Əhaliyə VACİB XƏBƏRDARLIQ - Bu gün saat 21:00-da…

Əhaliyə VACİB XƏBƏRDARLIQ - Bu gün saat 21:00-da…Dünyada bu gecə və sabah saatlarında çox güclü maqnit qasırğaları gözlənilir.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir Bölməsinin Günəş-yer fizikasının İnstitutu məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə üçüncü dəfə səviyyəsi G4 olan "çox güclü" maqnit qasırğası baş verəcək. Bunun səbəbi 9 və 10 noyabrda Günəşdə yaranan yüksək səviyyəli partlayışlar nəticəsində Yerə çatacaq iki plazma bulududur.

Laboratoriyanın məlumatında bildirilir ki, modelləşdirmə nəticələri göstərir ki, bu iki zərbə arasında bir neçə saatlıq fasilə olacaq. İlk hadisənin təsiri artıq 11 noyabr günü Bakı vaxtı ilə saat 19:00-21:00 radələrində başlaya bilər. Bu, G1–G2 səviyyəsində maqnit qasırğalarına və Yerin şərq yarımkürəsində intensiv şimal işıqlarına səbəb olacaq. İkinci və daha güclü bulud isə gecə saatlarında və ya 12 noyabr səhər tezdən Yerə çarpacaq və maqnit qasırğasının pik nöqtəsini G3-G4 səviyyəsində formalaşdıracaq.

Qeyd edilir ki, 2025-ci ildə G4 səviyyəli maqnit qasırğaları yalnız 1 yanvar və 1 iyun tarixlərində müşahidə olunub. Eyni zamanda, maqnit qasırğasının G5 səviyyəsinə, "ekstremal güclü" səviyyəyə - çatması hal-hazırda mümkün sayılmır və yalnız istisnai hallarda baş verə bilər.

Maqnit sahəsinin narahatlığı beş pilləli miqyasla ölçülür: G1 - "zəif", G5 - "ekstremal güclü".

Mütəxəssislər xüsusilə həssas şəxslərin – ürək-damar xəstəlikləri olanların, hamilələrin və yaşlıları bu günlərdə diqqətli olmasını tövsiyə edirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 633   Tarix: 11 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ölkəmizdə bələdiyyələr əhaliyə pulsuz xidmət göstərə bilərmi? - SOSİOLOQ AÇIQLADI

Əksər Qərb ölkələrində və eləcədə Türkiyədə bələdiyyələr əhaliyə pulsuz sosial xidmətlər göstərirlər. Məsələn, Ankara bələdiyyəsi əhali üçün pulsuz ictimai nəqliyyat istifadəyə verib. Eyni zamanda əhalinin az təminatlı təbəqəsinin bütün kommunal xərclərini bələdiyyələr ödəyir. Bundan başqa Türkiyəd

08.12.2025 321
.

4 ildən sonra seriala çəkiləcək

Türkiyəli aktrisa Fahriyə Evcenin yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktrisa "Uğultulu tepelerden" adlı serialda rol alacaq. O, "Nehir" obrazına həyat verəcək. Qeyd edək ki, Fahriyənin daha əvvəl "Afet bambaşka biri" serialında çəkiləcəyi deyilsə də, ekra

08.12.2025 174
.

Ağcabədidə FACİƏ: 87 yaşlı kişinin ölümünə görün nə səbəb oldu?

Ağcabədidə 87 yaşlı kişi bədbəxt hadisənin qurbanı olub. xəbər verir ki, Ağcabədi şəhər sakini, 1938-ci il təvəllüdlü Əlihüseyn Alməmməd oğlu Hüseynov yaşadığı evdə yıxılıb. Baş nahiyəsindən xəsarət alan kişi yerindəcə ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır

08.12.2025 248
.

Baldızına görə qətlə yetirilən qadının ərinə AĞIR CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əmirov Rəşad Böyükağa oğlunun cinayət işi üzrə keçirilən prosesdə hökm elan olunub. xəbər verir ki, məhkəmə təqsirləndirilən. R.Əmirovun 17 il azadlıqdan məhrum edilməsi barəd

08.12.2025 229
.

İsrail-İran müharibəsi yenidən başlaya bilərmi? - POLİTOLOQ AÇIQLADI

İsrailin Jerusalem Post qəzeti İsrailin dekabr ayı ərzində İrana yenidən hücum ehtimalını yenidən nəzərdən keçirdiyini yazıb. Bu gün İsrailin ordu sözçüsü İsrailin tamamilə yeni bir müharibəyə hazırlaşdığını qeyd edib. Bəs görəsən həqiqətəndə İsrail İrana yenidən hücum etməyə hazırlaşır?. Mövzu ilə bağl

08.12.2025 187
.

Nazirlik məşhur klinikada yoxlama keçirdi: Lisenziyası olmadığı üzə çıxdı

Səhiyyə Nazirliyi Bakıda fəaliyyət göstərən "Premium Clinic"də plandankənar yoxlama keçirib. "Teleqraf"a istinadən xəbər verir ki, özəl klinikada yoxlama keçirilən zaman lisenziyadankənar (ginekoloji iş, stasionar) və sertifikatsız tibb fəaliyyətinin təşkil olunması aşkar edilib

08.12.2025 193
.

"İvanovka" kərə yağları dövriyyədən çıxarılır? - Rəsmi AÇIQLAMA

Xəbər verdiyimiz kimi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 49, m. 6 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Vahid Cəmil oğluna məxsus "İvanovka" ticarət obyektində yoxlama keçirilib. Satışa çıxarılan kərə yağlarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfində

08.12.2025 134
.

Yaponiyanın baş naziri Çin təyyarəsinin Yapon qırıcılarına radar bağlamaqda ittiham edilməsindən sonra "qətiyyətli" cavab verəcəyini vəd edi

Çinin səfiri həftə sonu Çinin J-15 qırıcı təyyarələrinin iki dəfə radarlarını Yapon F-15-lərinə yönəltdiyi insidentlə bağlı Yaponiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. BİG.AZ The Times-a istinadən xəbər verir ki, Yaponiya və Çin arasında diplomatik mübahisə həftə sonu Çin hərbi təyyarələrinin Okinav

08.12.2025 176
.

"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı (FOTO)

Medianın İnkişafı Agentliyinin (MEDİA) 30 oktyabrda elan etdiyi "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb

08.12.2025 219
.

TOP MP3