"Ölümün nəfəsini hiss edirəm"
Xalq artisti Flora Kərimovanın uzun müddət sonra yeni görüntüsü yayılıb.
Axşam.az xəbər verir ki, görüntüləri ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova paylaşıb. O, F.Kərimovanın evində qonaq olduğunu bildirib:
"Xalq artisti, Şərəf ordenli, əvəzsiz səsin, incəliyin və ruhun təcəssümü olan Flora Kərimovanın qonağı oldum. Amerikaya qəfil dönmək qərarını aldığım üçün düşündüm ki, vaxt itirmədən Flora xanımı da görüm. Çünki belə insanlar hər görüşü ilə yaddaşda bir iz buraxır. Bakı gecəsi saat 12 idi. Biz onun bağ evinə çatdıq. Mənə onu çatdıran, Flora xanımın könülüləri idi. Badamburalı çay içdik, şirin söhbət elədik. Onun zarafatları, dərin, kamil fikirləri o qədər səmimi idi ki, hər kəlməsi həyat dərsi kimi idi.
"Ölümün nəfəsini hiss edirəm" - deyəndə, otaqda bir səssizlik oldu. Həm mənim, həm də onun köməkçilərinin gözləri doldu. Ömrünün 50 ilini Flora xanımla keçirmiş Yaqut xanım, dodaqlarını dişləyərək arxada dayanmışdı. Onu ana qədər sevən, bacı qədər qoruyan Yaqut xanım. Amma yenə də hər zarafatında "Hər şey yaxşı olacaq, siz hələ çox yaşayacaqsınız" deyirdi. Kaş ki, zaman dayanardı. Flora xanımla sərhədsiz danışa, onu dinləyə, onun içindəki dənizdən bir az da pay götürə biləydim. Gedərkən məni qapıya qədər ötürdü. Qapının qarşısındakı aynada çəkdiyimiz kiçik video mənim üçün bir ömürlük xatirəyə çevrildi. O gecə mən bir daha anladım ki, bəzi insanlar səsindən çox ruhu ilə yaşayır. Flora Kərimova o ruhun adıdır".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEvində narkotik maddə, spirtli içki şüşələri aşkarlanıb - Fotolar
Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Serhat Mustafa Kılıç vəfat edib. Axşam.az-ın məlumatına görə, 51 yaşlı aktyorun ölümü ilə bağlı aparılan ilkin istintaq araşdırmaları zamanı evindən narkotik maddə tapılıb. Mənzildə həmçinin spirtli içki şüşələri və siqaret bükmək üçün istifadə edilə
06.09.2026 617 "Yeraltı"nın yayım tarixi bəlli oldu
Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin
13.09.2026 481 Tim Kerrinin ölüm səbəbi məlum oldu
Britaniyalı aktyor Tim Karrinin ölüm səbəbi açıqlanıb. Axşam.az xəbər verir ki, aktyorun ölüm haqqında şəhadətnaməsində onun koronar arteriya xəstəliyindən vəfat etdiyi qeyd olunub. Sənəddə 2012-ci ildə keçirdiyi insult və böyrək xərçəngi də ölümə təsir edən əlavə amillər kimi göstərilib. Qeyd edək ki
05.09.2026 258 Alimlər yeni həşərat cinsinə Teylor Sviftin adını verdi
ABŞ-ın Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri yeni həşərat cinsini amerikalı müğənni Teylor Sviftin şərəfinə adlandırıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Taxtabitilər cinsinə Swiftiephylus adı verilib. Cinsə dörd növ daxildir. Onların latınc
10.09.2026 384 "Maşın şou"da qazandığı həmin avtomobillə foto paylaşdı
Bir müddət əvvəl aktrisa Xəyalə Quliyevanın həyat yoldaşı Yusif Musayevla boşandığı zaman "Maşın Şou"da qazandığı avtomobili məhkəmədə uduzduğu iddia edilmişdi. Axşam.az xəbər verir ki, aktrisa bu dəfə həmin avtomobillə foto paylaşıb. O, "Nə sürdüyünü göstər" trendinə qoşulub. Qey
05.09.2026 431 "Toyda şəklimi çəkir ki, gedib cadu etdirsin "
Müğənni Mətanət Əsədova sosial şəbəkədə canlı yayım zamanı onu saxta profillərlə tənqid edən şəxslərdən danışıb. Axşam.az xəbər verir ki, ifaçı bir məclisdə başına gələn hadisəni bölüşüb. O, fotosunun çəkilməsini istəmədiyini, amma qonağın buna məhəl qoymadığını bildirib:. "Bir məclisdə idim. Forması
05.09.2026 261 Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə
16.09.2026 459 Vəfa Şərifovaya ərindən 12 min avroluq hədiyyə - VİDEO
Müğənni Vəfa Şərifovaya həyat yoldaşı tərəfindən bahalı hədiyyə təqdim olunub. xəbər verir ki, sənətçiyə hədiyyə edilən lüks saatın qiymətinin 12 min avro, yəni təxminən 24 min manat olduğu bildirilir. Dəyəri ilə diqqət çəkən saat sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub
05.09.2026 1266 Aygün Kazımovanın özündən gözəl qızı İlqarədən YENİ FOTO - Heyranedici gözəllik
Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovanın yeni görünüşü çox bəyənilib. xəbər verir ki, müğənni sosial mediada yeni fotosunu yayımlayıb. Onun görünüşü və dəyişimi diqqət çəkib. İlqarənin görüntüsü izləyicilərin marağına səbəb olub. Sözügedən paylaşımı təqdim edirik:
13.09.2026 1042