Bakıda Zəfər Muzeyinin açılışı olub

Bakıda Zəfər Muzeyinin açılışı olubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər Muzeyinin açılışında iştirak ediblər.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla anıb.

Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstələri düzüb.

Sonra dövlətimizin başçısı və birinci xanım Zəfər Muzeyinin açılışında iştirak edbilər.

Zəfər Muzeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrında "Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında" Sərəncamından irəli gələrək Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb.

Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Burada 8 ekspozisiya zalı yaradılıb: "Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi", "Ermənistan-Azərbaycan münaqişəsi. Tarixə baxış", "44 günlük Vətən müharibəsi", "Dəmir yumruq" əməliyyatı", "Şanlı Zəfər. Şuşanın azad olunması", "Qəhrəmanlar yolu", "Qarabağ Azərbaycandır!", "Dövlət suverenliyinin bərpası. 20.09.2023", "Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş".

Təqdim olunan faktlar, foto və videomateriallar, interaktiv nümayişlər və xüsusi olaraq bu muzey üçün hazırlanmış eksponatlar, maketlər münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişi, şanlı Zəfər nəticəsində dövlət suverenliyinin bərpa olunması barədə məlumatları ziyarətçiyə dolğun çatdırmaqla yanaşı, həm də bu hadisələri hər bir kəsə yenidən yaşadır.

Muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş "Dəmir yumruq" instalyasiyası və müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur. Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Divarboyu axan su daimi həyat mənbəyi kimi şəhidlərimizin qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduqlarını, hər zaman qəlbimizdə yaşadıqlarını simvolizə edir. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərimizin adları var.

Muzeyin "Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi" adlı birinci zalında Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağın təbii gözəlliyi, tarixi memarlıq baxımından zənginliyi təqdim edilir. Zalın divarındakı kitab instalyasiyalarında ümummilli lider Heydər Əliyevin bölgənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə dair geniş məlumatlar var.

Zalın mərkəzində yerləşən interaktiv kitablar isə Qarabağın təbiəti, ədəbi irsi, musiqisi və xalq sənəti ilə yaxından tanış olmağa imkan yaradır. Eyni zamanda, ziyarətçilərə Qarabağın dövlətçilik, hərb, ədəbiyyat və incəsənət sahələrində iz qoymuş görkəmli şəxsiyyətlərinə dair məlumatlar çatdırılır.

Zəfər Muzeyinin "Ermənistan-Azərbaycan münaqişəsi. Tarixə baxış" zalı Qarabağ münaqişəsinin ağrılı və unudulmaz səhifələrini əks etdirir. Burada münaqişənin xronologiyası, ulu öndərin və dövlətimizin başçısının apardıqları ardıcıl siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması, sülh prosesi barədə məlumatlar yer alıb. Zalda qaçqınlar və məcburi köçkünlər, münaqişə qurbanları, eləcə də işğal dövründə ermənilər tərəfindən dağıdılmış abidələr, məscidlər və milli irsə vurulan ziyan haqqında geniş məlumat təqdim olunur.

Qarabağda işğal dövründə dağıdılmış binaların, yerlə-yeksan edilmiş yaşayış yerlərinin taleyinə həsr olunan instalyasiya - viran qalmış ev və bu evin qalıqları altından baş qaldıran ağac isə həyatın yenidən dirçəlişinin rəmzidir.

"44 günlük Vətən müharibəsi. "Dəmir yumruq" əməliyyatı" adlı üçüncü zal Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan qəhrəmanlıq mübarizəsini əks etdirir. Zalın mərkəzindəki LED monitorlar süni intellektlə hazırlanmış videomateriallarla ziyarətçini 44 günlük döyüşlərin mərkəzinə aparır. Monitorlarda döyüş əməliyyatları, hərbi nailiyyətlər və Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı hərbi hücumları ilə bağlı materiallar təqdim olunur. Holoqrafik ekranlar isə müasir hərbi texnikanı 3D formatda nümayiş etdirir. İnteraktiv xəritələr işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən hərbi əməliyyatların mərhələlərini ardıcıllıqla göstərir. Bu zalda tarixi Qələbənin qazanılmasında müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qoşun növlərinin bayraqları, eyni zamanda, Silahlı Qüvvələrin xüsusi təyinatlılarının maketləri var. Həmçinin burada Azərbaycan Prezidentinin Vətən müharibəsi və Zəfərlə bağlı bir sıra fərman və Sərəncamları nümayiş olunur.

"Şanlı Zəfər. Şuşanın azad olunması" adlı dördüncü zalda Azərbaycanın hərb tarixində xüsusi yer tutan, misilsiz taktiki bacarıqla həyata keçirilmiş əməliyyatı təqdim olunur. Vətən müharibəsi zamanı xüsusi təyinatlı döyüşçülər ağır artilleriyasız Şuşanı azad edərək böyük qəhrəmanlıq göstəriblər. Zalın mərkəzindəki Şuşa maketi döyüş meydanını əks etdirir, interaktiv monitorlar isə əməliyyatın gedişini və əsas taktiki məqamları ardıcıl izləməyə imkan yaradır. Digər monitorda şəhərin müharibə dövründə dağıdılmış abidələri təqdim edilir. Ekranda şanlı Zəfər yolunun emosional gedişi nümayiş olunur. Bu zal Şuşanın azadlığını, Azərbaycan əsgərlərinin rəşadətini və qəhrəmanlığını əks etdirir.

Azərbaycan əsgər və zabitlərinin igidliyinə, fədakarlığına və yenilməz iradəsinə həsr olunan "Qəhrəmanlar yolu" zalı isə ziyarətçilərə torpaqların azadlığı uğrunda aparılan mübarizənin ruhunu hiss etdirir. Burada Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara təqdim olunan orden və medalların nümunələri sərgilənir. Dəhlizi xatırladan "Qəhrəmanlar yolu" ziyarətçiləri xalqın birliyi və qələbə sevincini simvolizə edən növbəti zala aparır.

Növbəti zal isə "Qarabağ Azərbaycandır!" adlanır və xalqımız üçün milli bayrama çevrilən Zəfər Gününü, ümumxalq sevincini əks etdirir. Zalın mərkəzində Vətən müharibəsində şanlı Zəfərin və Qarabağın dirçəlişinin rəmzinə çevrilmiş Xarıbülbülün Murano şüşəsindən hazırlanmış instalyasiyası yerləşir. Parlaq işıqlar və rənglər zala bayram ab-havası bəxş edir, vizual effektlər sevinc və qürur hissini gücləndirir. Böyük ekranlarda 30 illik həsrətə son qoyan Zəfərin yaşatdığı qürurverici və sevinc dolu anlar nümayiş olunur.

"Dövlət suverenliyinin bərpası. 20.09.2023" adlı yeddinci zal Azərbaycanın suverenliyinin bərpasına həsr olunub. Xəritə instalyasiyasında Qarabağın və Şərqi Zəngəzurun tam azad edildiyi, Azərbaycan tarixində yeni bir dövrün başlandığı nümayiş olunur.

Muzeyin sonuncu "Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş" adlı zalı isə Qarabağın bərpasına və gələcək inkişafına həsr olunub. Zalın mərkəzindəki instalyasiyada qəhrəman şəhidlərimizin övladlarının səsi ilə Qarabağın parlaq gələcəyinə dair mesajlar verilir. İşıqlı üç keçid-bərpa, ekoturizm və inkişaf mövzularını əks etdirərək bölgənin yenidən qurulmasına yönəlmiş fəaliyyəti göstərir. Hər keçiddə mədəniyyət, təhsil və infrastruktur layihələrinin maketləri təqdim olunur. İnteraktiv ekranlar Qarabağın təbii gözəlliyini və davam edən bərpa prosesini canlandırır. Bu məkan Qarabağın dirçəlişini, dayanıqlı inkişafını və gələcəyinə olan inamı ifadə edir.

Ekspozisiya zalının çıxışındakı "Danışan fotolar" adlı bölmədə isə Zəfərin hekayəsini və ruhunu əks etdirən fotolar yer alıb.

Burada qonaqlar üçün xatirə kitabı da yerləşdirilib.

Muzeydə, eyni zamanda, Auditorium zalı, kitabxana və kafe yaradılıb. Auditorium zalında seminar və konfransların, müxtəlif ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Muzeyin kitabxanasında Azərbaycan tarixinə, mədəni irsinə, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan münaqişəsinə, eləcə də Qarabağın bərpasına və inkişafına dair kitablar, araşdırma materialları təqdim olunur. Gələcəkdə hər bir şəhidimiz barədə toplanmış materialların, eləcə də Vətən müharibəsi qəhrəmanları haqqında sənədli filmlərin muzeyin bazasına yerləşdirilməsi nəzərdə tutulur.

Zəfər Muzeyi, muzeyi əhatə edən Zəfər parkı, parkın girişindəki Zəfər tağı Azərbaycan tarixinə həkk olunmuş 44 günlük Vətən müharibəsini, şanlı Qələbəmizi, qəhrəman şəhidlərimizin əziz xatirəsini yaşadır, buraya gələn hər bir ziyarətçinin yaddaşında qürurverici bu tarix yenidən canlanır.

Zəfər Muzeyi noyabrın 9-dan ziyarətçilər üçün açıq olacaq.

Bakıda Zəfər Muzeyinin açılışı olubBakıda Zəfər Muzeyinin açılışı olubBakıda Zəfər Muzeyinin açılışı olubBakıda Zəfər Muzeyinin açılışı olubBakıda Zəfər Muzeyinin açılışı olubBakıda Zəfər Muzeyinin açılışı olubBakıda Zəfər Muzeyinin açılışı olubBakıda Zəfər Muzeyinin açılışı olubBakıda Zəfər Muzeyinin açılışı olubBakıda Zəfər Muzeyinin açılışı olubBakıda Zəfər Muzeyinin açılışı olubBakıda Zəfər Muzeyinin açılışı olub


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 569   Tarix: 08 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi saxlanıldı

Müdafiə Nazirliyi Tibbi Sənədlər Arxivinin rəisi saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Arxivin rəisi mayor Ruhin Tağıyev korrupsiya cinayətində şübhəli bilinir. Mayor Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib. Hazırda o, Ba

05.12.2025 225
.

Leyla Fətəliyeva 9-cu lüks avtomobilin sahibi oldu!

Leyla Fətəliyeva 9-cu lüks avtomobilin sahibi oldu!. xəbər verir ki, Bakcell-in meqa lotereyasında növbəti həftəlik tirajın qalibi müəyyənləşib. 9-cu "Zeekr 001" avtomobilinin sahibi Leyla Fətəliyeva olub. Lotereya çərçivəsində hər həftə yeni avtomobil qalibləri, hər gün isə "iPhone 17"

05.12.2025 226
.

Ərizəsini geri götürməsi üçün Abbasa bu qədər pul ödənilib

"Təranə gələn il yaya qədər azadlığa çıxacaq". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova "Tarixin bir günü" proqramında deyib. O, Təranədən şikayətçi olan qızı Suelin atası, musiqiçi Abbas Səfərovun ərizəsini geri götürdüyünü bildirib. "Suel mənim ailəmi

05.12.2025 417
.

Zaxarova Britaniyanı tənqid etdi: "Belçika etməyib, amma London edib"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram kanalında yazıb ki, Belçika hakimiyyətinin dondurulmuş Rusiya aktivlərinin müsadirəsinin oğurluq olması ilə bağlı mövqeyi tamamilə doğrudur. xarici mediaya istinadən xəbər verir ki, diplomat Belçika Baş naziri Bart De Veverin "başq

05.12.2025 176
.

Cinayət Məcəlləsində uşağa və müdafiəsiz şəxslərə qarşı məsuliyyət

"Həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoymaq cinayət məsuliyyəti yaradır. Bu, xüsusilə həmin şəxsin qayğısına qalmalı olan şəxs tərəfindən edilmədikdə və ya zərərçəkmişin həyat və sağlamlığı üçün təhlükə yarandıqda tətbi

05.12.2025 210
.

Gecə baş verən yanğında vəfat edən ana və azyaşlı övladlarının FOTOLARI

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park 1" yaşayış massivində 05.12.2025-ci il tarixində saat 03:15 radələrində yanğın baş verib. xəbər verir ki, Lökbatan qəsəbəsinin "Qobu Park-1" yaşayış massivində baş verən yanğında eyni evdə yaşayan iki məktəbli və onların anası ölüb. Təxminə

05.12.2025 576
.

Nəriman Həsənzadənin səhhəti necədir?

Xəbər verdiyimiz kimi, Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib. Şairin köməkçisi Arif Mehmandost Axşam.az-a açıqlamasında onun səhhətindən danışıb. O bildirib ki, N.Həsənzadə həkim nəzarətindədir:. "Reanimasiyadadır. Həkimlər deyir ki, dializ olunmalıdır. Bundan əvvəl edilib. İnd

05.12.2025 236
.

Mehdiyevin planı və Azərbaycan siyasi reallıqları: Uğursuz cəhdin təhlili

"Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək niyyətində olması və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub ünvanlaması əslində təəccüblü deyil. Mehdiyevin akademik dərəcələr

05.12.2025 234
.

Elektromobillərə maraq niyə dahada artır? - İQTİSADÇIDAN AÇIQLAMA

Son illər dünyada və ölkəmizdə elektromobillərə maraq sürətlə artır. Ekoloji təmiz və yanacaqla işləyən avtomobillərlə müqayisədə daha sərfəli olması bu avtomobillərə marağı dahada artırır. Bəs elektromobillərin hansı mənfi tərəfləri var?. Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli BİG.AZ-a açıqlamasınd

05.12.2025 186
.

TOP MP3