"Valideyn özü səliqəyə diqqət etmirsə, uşaqdan bunu gözləmək mənasızdır" - Psixoloq
Valideynlərin ən çox narahat olduğu məsələlərdən biri uşaqlarda səliqə və məsuliyyət vərdişlərinin formalaşdırılmasıdır. Bu proses nə cəza, nə də təzyiqlə deyil, müntəzəm müşahidə, nümunə və motivasiya ilə mümkündür.
Psixoloq Aytəkin Əliyeva BiG.AZ-a bildirib ki, səliqə anlayışı uşaqlar üçün abstrakt məfhumdur və onu anlamaq üçün müşahidə və təcrübə vacibdir:
"Uşaqda səliqə, məsuliyyət, nizam-intizam kimi keyfiyyətlər frontal payın inkişafı ilə birbaşa bağlıdır. Beynin bu hissəsi 10–12 yaşa qədər tam formalaşmadığı üçün, uşaqlardan ‘niyə otağını yığmadın?’ kimi suallarla nəticə gözləmək düzgün deyil. Əvəzində nümunə göstərmək və davranışa müsbət reaksiya vermək lazımdır.
Səliqə vərdişi oyuna çevriləndə uşaq onu daha tez mənimsəyir. Məsələn, "kim oyuncaqları daha tez yerinə qoyacaq?" kimi kiçik yarışlar uşaqlarda məsuliyyət hissini artırır. Əgər uşağa otağını toplamaq əmr kimi deyil, maraqlı fəaliyyət kimi təqdim olunsa, bu, beynində ‘müsbət nəticə’ ilə əlaqələnir.
Əgər valideyn özü səliqəyə diqqət etmirsə, uşaqdan bunu gözləmək mənasızdır. Valideyn masanı, yatağı, paltarları səliqəyə saldıqca və bunu sakit, tələbsiz şəkildə etdikcə, uşaq da onu təqlid etməyə başlayır".
Uşağı səliqəsizliyə görə cəzalandırmaq doğru deyil, çünki bu zaman vərdiş qorxuya çevrilir.
Ən sağlam yanaşma müsbət davranışın təşviqidir. Uşaq otağını topladıqda, "sən bunu çox gözəl etmisən" kimi sadə təriflər kifayət edir. Daimi hədiyyə vermək də zərərlidir, çünki davranışın motivi mükafat olur, vərdiş isə sabit qalmır.
Uşaqlarda səliqə vərdişi formalaşdırmaq üçün əsas şərt davamlılıq, səbir və nümunədir. Uşağın yaşına uyğun tələblər qoymaq, onu məsuliyyətlə tərifləmək və ailədə ümumi nizam yaratmaq bu prosesin təməlini təşkil edir.
Uşağa "səliqəli ol" demək əvəzinə, səliqə göstərmək daha təsirlidir" .
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 732 Tarix: 07 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAYNA sərnişinlərə müraciət etdi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərə müraciət edib. xəbər verir ki, AYNA-nın məlumatına görə, sərnişindaşımanın fasiləsiz təşkili istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunub ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA tərəfindən təşkil edilən ekspres avtobuslarl
17.09.2026 140 Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsindən paltar yığan zaman ayağının altından stul qaçıb və o, aşağı yıxılıb. Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-d
17.09.2026 192 "Bu, həmrəyliyin mühüm amilidir"
"Təşkilatımızın daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu
17.09.2026 170 İlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma kompleksdə yaradılmış şərait barəd
17.09.2026 228 Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı
Türkiyə Prezidentinin baş müşaviri və Prezidentin Hüquq Siyasətləri Şurasının sədr müavini Mehmet Uçum 2028-ci ildə keçirilməsi gözlənilən prezident və parlament seçkilərinin mümkün tarixi ilə bağlı proqnozunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, Türkiyə Mətbuat Federasiyasında çıxış edən Uçum seçkiləri
17.09.2026 224 Təkcə göydələnlər deyil: Az adamın bildiyi başqa Dubayı harada görmək olar?
Dubay nəhəng göydələnləri, dəbdəbəli ticarət mərkəzləri və bahalı restoranları ilə assosiasiya olunur. Lakin əmirliyin parlaq fasadının arxasında tarixi məhəllələr, qədim qayıqlar və küçə yeməkləri də gizlənir. Qaynarinfo xəbər verir ki, Yaxın Şərqdəki gərgin vəziyyətə baxmayaraq, Dubayda həyat adi ritmd
17.09.2026 135 Rusiyadan neft alan Hindistana ABŞ-dan SƏRT XƏBƏRDARLIQ
ABŞ Nümayəndələr Palatası Rusiyadan enerji asılılığını azaltmaq məqsədilə Çin, Hindistan və digər ölkələrə qarşı sərt rüsumların (100%-dək) tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib. Nyu-Dehli isə mövzu ilə bağlı Vaşinqtona sərt xəbərdarlıq edib. Bizim.Media xəbər verir ki, bu barədə informasiyan
17.09.2026 149 "Onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur"
"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc
17.09.2026 159 Prezident Şamaxıda: yeni layihələr və inkişaf gündəliyi
Prezident İlham Əliyev sentyabrın 17-də Şamaxıya səfər edib. Səfər çərçivəsində rayonda həyata keçirilən layihələrlə tanışlıq olub, bir sıra obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilib. Dövlət başçısının səfəri zamanı Şamaxının sosial-iqtisadi inkişafı, turizm potensialı və bölgədə görülə
17.09.2026 213