Xaricdə yaşayan tərəf nikahın pozulmasına mane ola bilməz

Xaricdə yaşayan tərəf nikahın pozulmasına mane ola bilməz"Qarşı tərəfin ölkə xaricində olması nikahın pozulması üçün məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır".

Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.

O, qeyd edib ki, məhkəmə cavabdeh şəxsin məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirləri görür — bu zaman bildiriş onun qeydiyyatda olduğu və ya son yaşadığı ünvana göndərilir, mobil telefona SMS vasitəsilə məlumat verilir, həmçinin şəxsin elektron kabineti varsa, məhkəmə iddiası ilə bağlı bildiriş orada yerləşdirilir:

"Əgər cavabdeh məhkəmə iclasına gəlməzsə, bu, imtina kimi qiymətləndirilə bilər və məhkəmə əlavə olaraq 3 ay möhlət təyin edir. Bu müddətdən sonra nikahın pozulması və aliment tələbi ilə bağlı qətnamə çıxarılır.

Cavabdeh aliment tələbi üzrə məhkəməyə müraciət olunduğu tarixdən etibarən müəyyən edilən məbləği ödəməyə borcludur. Alimentin icrası üçün qətnamə Ədliyyə Nazirliyinin müvafiq icra şöbəsinə göndərilir.

İcra məmuru borclunun yaşayış yerini müəyyən edə bilmədikdə onun axtarışını təşkil edir. Bu tədbiri polis orqanları həyata keçirir. Zərurət yarandıqda şəxsin ölkəyə giriş-çıxış zamanı saxlanılması üçün də müvafiq qurumlara məlumat verilir. Axtarış nəticəsiz qaldıqda isə dövlətlərarası axtarışa müraciət olunur.

Borclunun əmlakı müəyyən edildikdə icra məmuru onun daşınar və daşınmaz əmlakını siyahıya alır, üzərinə həbs qoyur və tələbi həmin əmlaka yönəldə bilər. Həmçinin şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulması da mümkündür.

Əgər borclunun əmlakı yoxdursa və o, qətnaməni icra etmirsə, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunur. Bu halda 500 manatdan 1000 manatadək cərimə və ya bir aya qədər inzibati həbs tətbiq edilə bilər.

Eyni əməli təkrarən törədən şəxs daha ağır cəzalarla üzləşə bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməyənlər barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət işi başlana bilər.

Bu əmələ görə cərimə ilə yanaşı ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzaları da nəzərdə tutulur. Maddənin sanksiyasına əsasən, cəzanın yuxarı həddi 3 il müddətinə azadlıqdan məhrumetmədir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 699   Tarix: 07 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

15.11.2026 212
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard

15.11.2026 200
.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

15.11.2026 270
.

Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır

2026-cı ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasına cəlb olunub. Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə 59 layihə üzrə maliyyə ekspertizası tamamlanıb, 32 layihə üzrə is

15.11.2026 211
.

ABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd

15.11.2026 201
.

Yataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto

Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb. xəbər verir ki, universitetin açıqlamasında deyilir:. "Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib. Universite

15.11.2026 345
.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

15.11.2026 218
.

Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər

Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların

15.11.2026 204
.

Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi

Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb

15.11.2026 207
.