Azərbaycanda ŞOK: 15 yaşlı qızı hamilə qoyan kişi həbs olundu

Azərbaycanda ŞOK: 15 yaşlı qızı hamilə qoyan kişi həbs olunduBeyləqanda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan kişi həbs olunub.

Lent.az-ın məlumatına görə, 31 yaşlı Valeh Şəfizadə (ad və soyad şərtidir) 16 yaşı tamam olmayan qızla cinsi əlaqədə olub. Nəticədə yeniyetmə hamilə qalıb və qız övladı dünyaya gəlib. Bu əməlinə görə Valeh barəsində Cinayət Məcəlləsinin 152.1-ci (14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, yaxud seksual xarakterli hərəkətlər etmə) maddəsilə cinayət işi açılıb.

İttiham aktına görə, zərərçəkənin valideynləri hələ onun 4 yaşı olarkən boşanıblar. Bundan sonra qız atasının himayəsində böyüyüb. Valeh 2023-cü ilin may ayında qohumlarının vasitəsilə zərərçəkəni tanıyıb və onunla ailə qurmaq istəyib. Həmin vaxt Valehin 29, zərərçəkənin isə 14 yaşı olub. Həmin ilin iyun ayında Ağcabədi rayonunda onların nişan mərasimi keçirilib. 2024-cü ilin yanvar ayında isə artıq 15 yaşı olan qız evdən qaçaraq, Valehin qardaşının evinə gəlib. Hadisədən xəbər tutan Valeh də ora gəlib və sonradan hər gün zərərçəkənlə həmin evdə görüşüb. Sonra danışıq əsasında Valeh nişanlısını atasının evinə gətirib. Günlərin birində qız və oğlanın razılığı ilə onlar təbii yolla cinsi əlaqədə olublar. Bundan sonra onlar 2024-cü il iyul ayının ortalarınadək dəfələrlə təbii yolla cinsi əlaqədə olublar. Nəticədə yeniyetmə hamilə qalıb və 1 qız övladı dünyaya gəlib.

2025-ci ilin mart ayında isə təqsirləndirilən şəxs polisə dəvət olunub və ona 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olduğu üçün məsuliyyət daşıdığı bildirilib. Valehin sözlərinə görə, uşaq dünyaya gələndən sonra bir daha zərərçəkənlə cinsi əlaqədə olmayıb.

Zərərçəkən şəxs məhkəmədə bildirib ki, qeyri-rəsmi yolla ailə qurublar və təqsirləndirilən şəxslə uzaq qohum düşürlər. Ona qarşı şikayəti yoxdur və bir ailə kimi yaşayırlar.

Beyləqan rayon Məhkəməsinin qərarı ilə Valeh Şəfizadə barəsində 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1164   Tarix: 06 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu filmi izləyəndə göz yaşlarınızı saxlaya bilməyəcəksiniz - 2026-cı ilin yeni romantik dramı

Bəzən bir film insanı elə təsirləndirir ki, ekran qarşısında göz yaşlarını saxlamaq mümkün olmur. 2026-cı ilin yeni ekran əsərlərindən olan "The Last Sunrise" ("Sonuncu şəfəq") də məhz belə hekayələrdən bəhs edir. İlk məhəbbət, ağır xəstəlik, ailə sirləri və azadlıq uğrunda mübarizədə

17.11.2026 484
.

"Xəyanət edirsə, onu bağışla"

Müğənni Ayan Babakişiyeva xəyanətdən danışıb. Axşam.az xəbər verir ki, sənətçi "Kəşfət" proqramında "Xəyanəti bağışlayarsan?" sualına belə reaksiya verib:. "Hansı xəyanət? Qadın qadından da xəyanət görür. Xəyanət görəndə deyirlər ki, mütləq getməlisən. Sən övladından, rəfiqəndə

17.11.2026 500
.

Yadplanetlilərin cəsədləri və... Uçan naməlum obyektlərlə bağlı yeni sənədlər AÇIQLANDI

Pentaqon naməlum uçan obyektlərlə (UNO) bağlı məxfiliyi aradan qaldırılmış yeni sənədlər yayımlayıb. xarici mediaya istinadən xəbər verir ki, sənədlər arasında 1947-ci ildə ABŞ-nin Rozuell şəhəri yaxınlığında baş vermiş müəmmalı hadisədən sonra yadplanetlilərə məxsus olduğu ehtimal edilən uçuş aparatını

17.11.2026 408
.

SOCAR: Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir

Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir. Bu barədə Naxçıvan Muxtar Respublikasının yanacaqla etibarlı təchizatı ilə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq SOCAR-dan bildirilib. Qeyd olunub ki, muxtar respublikanın tələbatı tam həcmdə ödənili

13:11 196
.

23 yaşlı Gülarənin qətli ilə bağlı - Yeni detallar

Bakıda gənc rəssam 2003-cü il təvəllüdlü Gülarə Ağa qızı Mehdiyevanın ögey qardaşı tərəfindən qətlə yetirilməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılan 2008-ci il təvəllüdlü A.Mehdiyev cinayət

10:15 356
.

Smartfonu olmayanlar terminallarda necə ödəniş edəcəklər?

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. Qaydaya əsasən, 500 manatdan artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərini müvafiq rəqəmsa

17.11.2026 442
.

Fişinq hücumlarını xüsusi proqramlarla aşkar etmək mümkündürmü?

Müasir rəqəmsal dövrdə kiberdələduzluğun ən geniş yayılmış və təhlükəli növlərindən biri fişinqdir (phishing). Bu üsul vasitəsilə kiberdələduzlar istifadəçiləri aldadaraq onların şəxsi məlumatlarını, şifrələrini və bank hesablarına dair məlumatları ələ keçirməyə çalışırlar. Bəs fişinq hücumlarını xüsus

15:16 59
.

Niyə istədiyiniz insanı tapa bilmirsiniz? - Problem taledə deyilmiş

Tanışlıq tətbiqləri, dost tövsiyələri və çoxsaylı görüşlər bəzən uzunmüddətli münasibət qurmaq üçün kifayət etmir. Yeni araşdırmaya görə, bunun səbəblərindən biri insanın münasibət qurmaq istəyinin arxasında dayanan motivlərlə bağlı ola bilər. xarici mediaya istinadla xəbər verir ki, Toronto Universitetind

17.11.2026 389
.

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar

11:50 198
.