"Azərbaycan dili – dövlətin yumşaq gücü və gələcəyin açarı"
"Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı zamanı səsləndirdiyi əsas fikirlərdən biri Azərbaycan dilinə dair idi. Dövlət başçısı dilin bugünkü durumu və gələcək taleyi ilə bağlı səmimi narahatlığını ifadə etdi, onun qorunması və inkişafı üçün daha çox iş görülməli olduğunu vurğuladı. "Azərbaycan dili çox zəngin dildir. Amma desəm ki, vəziyyət məni tam qane edir, səmimi olmaz", – deyə Prezident bildirib. Bu, dilin saflığının qorunması istiqamətində alimlərə, yazıçılara, jurnalistlərə və ictimaiyyətə ünvanlanan ciddi mesaj idi".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O, qeyd edib ki, dil təkcə ünsiyyət vasitəsi deyil, həm də dövlətin mədəni və siyasi kimliyinin ifadəsidir. Tarixən Azərbaycan dili bölgədə mühüm rol oynayıb — xüsusilə Səfəvilər dövründə türkcə saray, ordu və diplomatiya dili kimi istifadə olunurdu. Lakin sovet dövrünün ruslaşdırma siyasəti və qloballaşma prosesi dilin regional təsirini zəiflətdi:
"Prezident İlham Əliyev dil məsələsinə daha geniş — beynəlxalq kontekstdə yanaşır. O, Azərbaycan dilini mədəni diplomatiyanın və yumşaq gücün əsas aləti kimi görür. "Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik — müstəqil Azərbaycan dövləti", – deyən Prezidentin fikirləri bu strategiyanın mahiyyətini əks etdirir.
Azərbaycan dili bu gün sərhədlərdən kənarda da milyonlarla insan üçün ana dilidir: İranda 30 milyondan çox azərbaycanlı, İraqdakı türkmənlər, Gürcüstan və Şimali Qafqazdakı icmalar bu dilin daşıyıcılarıdır. Bu, dilin təbii mədəni coğrafiyasını formalaşdırır. Prezidentin məqsədi bu təsir arealını bərpa etmək və Azərbaycan dilinin birləşdirici gücünü yenidən canlandırmaqdır.
Regionda artıq dil əlaqələrinin bərpasına dair nümunələr də var. Ermənistanın təhsil naziri bildirib ki, hazırda ölkəsində üç məktəbdə Azərbaycan dili tədris olunur. Azərbaycanda da erməni dili kursları təşkil edilir və "Qərbi azərbaycanlıların qayıdış proqramı" çərçivəsində bu istiqamətdə mütəxəssislər hazırlanır. Bu, Cənubi Qafqazda qarşılıqlı dil öyrənməsinin yeni mərhələsinə keçidi göstərir.
Lakin regionda Azərbaycan dilinin mövqeyini möhkəmləndirmək asan deyil. Rusiya və İran uzun illərdir öz dillərini bölgədə təsir vasitəsi kimi qoruyur. Rus dili postsovet məkanında, fars dili isə İranda ideoloji hegemonluq aləti kimi qalır. Azərbaycan dilinin nüfuzunun artması bu ölkələrin maraqları ilə ziddiyyət təşkil edir.
Belə şəraitdə Prezidentin çağırışı həm mədəni, həm də strateji xarakter daşıyır. Məqsəd — ölkə daxilində dilin dayanıqlığını təmin etmək və xaricdə yaşayan azərbaycanlılar arasında ədəbi dilin bərpasına dəstək verməkdir. Azərbaycan dili yalnız milli kimliyin təməli deyil, həm də gələcəkdə ölkənin regional nüfuzunun əsas dayağına çevrilə bilər. Prezidentin çıxışı göstərdi ki, dil artıq sadəcə mədəni dəyər deyil — milli gücün simvoludur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 798 Tarix: 06 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəmkirdə 13 il əvvəl qətl törədən TUTULDU
Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb. DİN və Baş Prokurorluğun mətbuat xidmətlərindən -a daxil olan birgə məlumata görə, 2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri ola
17.09.2026 168 Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsindən paltar yığan zaman ayağının altından stul qaçıb və o, aşağı yıxılıb. Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-d
17.09.2026 35 TDT çərçivəsində Bakıda keçirilən görüşlər Azərbaycanın rolunu önə çıxarır
Bir neçə gün əvvəl Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin dini liderlərinin, bu gün isə Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda bir araya gəlməsi Azərbaycanın TDT çərçivəsindəki münasibətlərinin yüksək səviyyəsini, eləcə də bu əlaqələrin sistemli və çoxşaxəli xarakterini nümayiş etdirir
17.09.2026 163 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d
17.09.2026 17 "Bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür"
"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə
17.09.2026 185 Seda Sayan oğlu və onun sevgilisini tənqid etdi - "Ayıbdır daha"
Türkiyəli məşhur müğənni Seda Sayan oğlu Oğulcan Enginlə aktrisa İlayda Alişanın münasibəti barədə açıqlama verib. yerli mediaya istinadla xəbər verir ki, təxminən 3 ildir sevgili olan cütlüyün münasibətinin davam etdiyini bildirən Seda Sayan onların artıq evlənməsini istədiyini deyib. "Oğlum məni
17.09.2026 213 Türk Dövlətləri Təşkilatı: regional birlikdən qlobal gücə çevrilə bilər
"Türk Dövlətləri Təşkilatının (TDT) qarşısında duran əsas məsələlərdən biri artıq yalnız üzv dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi deyil, bu əməkdaşlığın beynəlxalq münasibətlər sistemində daha təsirli və çevik instituta çevrilməsidir. 2009-cu ildə Naxçıvan Zirvə görüşü ilə formalaşa
17.09.2026 172 Paşinyan rus dili kurslarına gedir
Ermənistanın baş naziri Nikol Paşinyan İdarəetmə Akademiyasında təhsil alaraq rus dilini öyrəndiyini bildirib. Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclası zamanı məlumat verib. Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət idarəçiliyində çalışa
17.09.2026 1 Məşhur ingilis klubunun yeni və yeganə sahibi var
"Clearlake Capital" London klubunun tam nəzarətini əldə edərək onun yeganə sahibi olub. "Çelsi" futbol klubu rəsmi olaraq mülkiyyət strukturunda dəyişiklik etdiyini açıqlayıb. -ın xarici mediaya istinadən məluamtına görə, komandanın veb saytında qeyd olunur ki, investisiya şirkət
17.09.2026 174