Alimlərdən iddia: İsa Məsihin möcüzə göstərdiyi yer tapılıb
Alimlərin fikrincə, İsa Məsihin Bibliyada təsvir olunan möcüzələrindən biri ilə bağlı qədim liman tapılıb.
Qaynarinfo xəbər verir ki, "Daily Mail" nəşrinin yazdığına görə, arxeoloqlar İsa Məsihin cinləri donuz sürüsünə qovduğu və sürünün suya atılaraq boğulduğu yeri aşkar ediblər. Qazıntılar Qalileyə dənizi yaxınlığında, gölün şərq sahilində yerləşən qədim Kursa şəhəri ərazisində aparılıb.
Ekspedisiyaya rəhbərlik edən "Associates for Biblical Research" təşkilatının nümayəndəsi doktor Skott Striplinq bildirib ki, bu kəşfə onları İncil mətnlərindəki ipucları, ərazinin coğrafi xüsusiyyətləri və sualtı xarabalıqlar gətirib.
İncilin Matta, Mark və Luka bölmələrində qeyd olunur ki, İsa qərbdən şərqə doğru qayıqla dənizi keçərək "legion" adlı cinlərdən azad olmayan bir kişi ilə qarşılaşır. Bibliya təsvirinə görə, həmin yerin yaxınlığında qayalar, qəbirlər və donuzların dənizə atıldığı dik yamac yerləşirdi. Kursa ərazisinin relyefi bu təsvirlərlə tam uyğun gəlir.
Açar rolunu qədim Roma dövrünə aid, qismən su altında qalmış liman oynayıb. Onun yaxınlığında arxeoloqlar iri daş anbar – canlı balıqların saxlanması üçün qədim "akvarium" aşkarlayıblar. 1985-ci ildə aparılmış qazıntı hesabatlarına əsaslanaraq, alimlər 2023-cü ildə həmin limanı yenidən axtarmağa qərar veriblər.
Sualtı tədqiqat zamanı tədqiqatçılar iki körpü forması yaradan iri daş bloklar aşkar ediblər. "Biz daşlara toxunduğumuz anda bunun Roma dövrünə aid həqiqi liman olduğunu anladıq", deyə Striplinq bildirib.
Tapılan liman Bibliyada göstərilən marşrutla tam üst-üstə düşür: İsa Kapernaum şəhərindən çıxaraq gölün şərq sahilinə gəlir, yaxınlıqda qayalar və qəbirlər yerləşir – bu da Müqəddəs Yazılarda qeyd olunan əlamətlərdir. Limandan bir neçə yüz metr aralıda isə donuzların suya atıla biləcəyi uçurum mövcuddur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 929 Tarix: 06 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAYNA sərnişinlərə müraciət etdi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərə müraciət edib. xəbər verir ki, AYNA-nın məlumatına görə, sərnişindaşımanın fasiləsiz təşkili istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunub ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA tərəfindən təşkil edilən ekspres avtobuslarl
17.09.2026 140 Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsindən paltar yığan zaman ayağının altından stul qaçıb və o, aşağı yıxılıb. Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-d
17.09.2026 192 "Bu, həmrəyliyin mühüm amilidir"
"Təşkilatımızın daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu
17.09.2026 170 İlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma kompleksdə yaradılmış şərait barəd
17.09.2026 228 Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı
Türkiyə Prezidentinin baş müşaviri və Prezidentin Hüquq Siyasətləri Şurasının sədr müavini Mehmet Uçum 2028-ci ildə keçirilməsi gözlənilən prezident və parlament seçkilərinin mümkün tarixi ilə bağlı proqnozunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, Türkiyə Mətbuat Federasiyasında çıxış edən Uçum seçkiləri
17.09.2026 224 Təkcə göydələnlər deyil: Az adamın bildiyi başqa Dubayı harada görmək olar?
Dubay nəhəng göydələnləri, dəbdəbəli ticarət mərkəzləri və bahalı restoranları ilə assosiasiya olunur. Lakin əmirliyin parlaq fasadının arxasında tarixi məhəllələr, qədim qayıqlar və küçə yeməkləri də gizlənir. Qaynarinfo xəbər verir ki, Yaxın Şərqdəki gərgin vəziyyətə baxmayaraq, Dubayda həyat adi ritmd
17.09.2026 135 Rusiyadan neft alan Hindistana ABŞ-dan SƏRT XƏBƏRDARLIQ
ABŞ Nümayəndələr Palatası Rusiyadan enerji asılılığını azaltmaq məqsədilə Çin, Hindistan və digər ölkələrə qarşı sərt rüsumların (100%-dək) tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib. Nyu-Dehli isə mövzu ilə bağlı Vaşinqtona sərt xəbərdarlıq edib. Bizim.Media xəbər verir ki, bu barədə informasiyan
17.09.2026 149 "Onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur"
"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc
17.09.2026 159 Prezident Şamaxıda: yeni layihələr və inkişaf gündəliyi
Prezident İlham Əliyev sentyabrın 17-də Şamaxıya səfər edib. Səfər çərçivəsində rayonda həyata keçirilən layihələrlə tanışlıq olub, bir sıra obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilib. Dövlət başçısının səfəri zamanı Şamaxının sosial-iqtisadi inkişafı, turizm potensialı və bölgədə görülə
17.09.2026 213