Məşhur avtoritet saxlanıldığı həbsxananı məhkəməyə verdi

Məşhur avtoritet saxlanıldığı həbsxananı məhkəməyə verdi"İtalyanets" ləqəbli məşhur kriminal avtoritet Andrey Koçuykov cəza çəkdiyi həbsxana rəhbərliyini məhkəməyə verib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Koçuykov 2023-cü ilin avqustunda Kaluj vilayətində yerləşən ciddi rejimli həbsxanada töhmət alıb. O, çarpayısını vaxtında yığmayıb, həmçinin pambıq şalvarını vaxtında geyinməyib. Məhkum haqqında töhmət elan olunub və o, 7 sutkalıq cərimə təcridxanasına salınıb.

"İtalyanets" həbsxana rəhbərliyinin qərarına etiraz edərək bildirib ki, həmin səhər özünü pis hiss edib və buna görə gigiyena prosedurlarını vaxtında yerinə yetirə bilməyib. Qeyd edək ki, təcrixanaya köçürüldükdən qısa müddət sonra o, həqiqətən də xəstəxanaya yerləşdirilib.

Bununla belə, "İtalyanets" cəza ilə barışmayıb və həbsxanaya qarşı Moskvanın Qaqarin Məhkəməsinə iddia qaldırıb. Məhkəmə müəyyən edib ki, məhkumun rejimi pozmasına həqiqətən əsaslı səbəbləri olub və cəzanı ləğv edib. Qeyd etmək lazımdır ki, cəzaçəkmə müəssisəsində olduğu 8 il 10 ay müddətində o, dəfələrlə cəzalandırılıb və bu səbəbdən şərti vaxtından əvvəl azadlığa çıxmaq imkanı olmayıb.

Nəticədə o, 2024-cü ilin oktyabrında cəzasını tam çəkərək azadlığa çıxıb və bundan sonra türmə rəhbərliyinin qərarını uğurla ləğv etdirə bilib.

Qeyd edək ki, Koçuykov 2015-ci ildə Roçdelskaya küçəsində restoran Elements ətrafında əmlak mübahisəsi səbəbindən baş vermiş gurultulu atışmada iştirakına görə məhkum edilib. Həmin hadisədə iki nəfər öldürülüb, səkkizi isə yaralanıb. O, həmçinin Rusiya kriminal aləminin lideri Şakro Molodoyun yaxın dostu və silahdaşıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 781   Tarix: 05 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəmkirdə 13 il əvvəl qətl törədən TUTULDU

Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb. DİN və Baş Prokurorluğun mətbuat xidmətlərindən -a daxil olan birgə məlumata görə, 2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri ola

17.09.2026 168
.

Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO

Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsindən paltar yığan zaman ayağının altından stul qaçıb və o, aşağı yıxılıb. Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-d

17.09.2026 35
.

TDT çərçivəsində Bakıda keçirilən görüşlər Azərbaycanın rolunu önə çıxarır

Bir neçə gün əvvəl Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin dini liderlərinin, bu gün isə Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda bir araya gəlməsi Azərbaycanın TDT çərçivəsindəki münasibətlərinin yüksək səviyyəsini, eləcə də bu əlaqələrin sistemli və çoxşaxəli xarakterini nümayiş etdirir

17.09.2026 163
.

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO

Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d

17.09.2026 17
.

"Bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17.09.2026 185
.

Seda Sayan oğlu və onun sevgilisini tənqid etdi - "Ayıbdır daha"

Türkiyəli məşhur müğənni Seda Sayan oğlu Oğulcan Enginlə aktrisa İlayda Alişanın münasibəti barədə açıqlama verib. yerli mediaya istinadla xəbər verir ki, təxminən 3 ildir sevgili olan cütlüyün münasibətinin davam etdiyini bildirən Seda Sayan onların artıq evlənməsini istədiyini deyib. "Oğlum məni

17.09.2026 213
.

Türk Dövlətləri Təşkilatı: regional birlikdən qlobal gücə çevrilə bilər

"Türk Dövlətləri Təşkilatının (TDT) qarşısında duran əsas məsələlərdən biri artıq yalnız üzv dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi deyil, bu əməkdaşlığın beynəlxalq münasibətlər sistemində daha təsirli və çevik instituta çevrilməsidir. 2009-cu ildə Naxçıvan Zirvə görüşü ilə formalaşa

17.09.2026 172
.

Paşinyan rus dili kurslarına gedir

Ermənistanın baş naziri Nikol Paşinyan İdarəetmə Akademiyasında təhsil alaraq rus dilini öyrəndiyini bildirib. Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclası zamanı məlumat verib. Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət idarəçiliyində çalışa

17.09.2026 1
.

Məşhur ingilis klubunun yeni və yeganə sahibi var

"Clearlake Capital" London klubunun tam nəzarətini əldə edərək onun yeganə sahibi olub. "Çelsi" futbol klubu rəsmi olaraq mülkiyyət strukturunda dəyişiklik etdiyini açıqlayıb. -ın xarici mediaya istinadən məluamtına görə, komandanın veb saytında qeyd olunur ki, investisiya şirkət

17.09.2026 174
.