Azərbaycan təhsili "köməkçi model"də ilişib qalıb

Azərbaycan təhsili "köməkçi model"də ilişib qalıb"Repetitorluqdan kurs sisteminə keçid Azərbaycan təhsilində illərdir yığılan struktur problemlərin nəticəsidir. Son 5-7 ildə kurslara axının artması məktəbin və müəllimin nüfuzunun azalması ilə bağlıdır. Artıq abituriyentlərin 70 faizdən çoxu kurslarda hazırlaşır. Bu, məktəbin əsas funksiyalarını öz üzərinə götürən qeyri-formal təhsil sisteminin formalaşdığını göstərir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O, qeyd edib ki, hazırda fəaliyyət göstərən kursların yalnız 35-40 faizi rəsmi lisenziyaya malikdir. Qalanları isə qeydiyyatsız fəaliyyət göstərir və təhsil bazarını kommersiyalaşdırır. Kurslar müəyyən üstünlüklər – sistemli testlər, sınaq imtahanları və qrup mühiti – yaratsa da, əsas məqsəd çox vaxt keyfiyyət deyil, gəlir olur. Nəticədə təhsil məzmundan çox say üzərində qurulur:

"Kurs modelinin yayılması məktəblərin legitimliyini zəiflədir. Şagirdlər formal olaraq məktəbə getsələr də, əsas tədrisi kurslarda alırlar. Bəzi kurslarda pedaqoji ixtisası olmayan şəxslər dərs deyir, bu isə təhsil keyfiyyətinə ciddi zərbə vurur. Həmçinin, uzunmüddətli kurs saatları şagirdlərin psixoloji və fiziki yüklənməsinə səbəb olur.

Dünya təcrübəsi göstərir ki, effektiv təhsil sistemi olan ölkələrdə kurslara ehtiyac qalmır. Məsələn, Finlandiya və Estoniyada məktəb təkbaşına abituriyenti imtahana hazırlayır. Azərbaycanda isə bu funksiya kursların üzərinə keçib və bu da sosial bərabərsizliyi dərinləşdirir – aztəminatlı ailələrin övladları yarışdan kənarda qalır.

Təhsildə balansın bərpası üçün məktəb sistemi gücləndirilməli, müəllim hazırlığı təkmilləşdirilməli və kursların fəaliyyəti ciddi nəzarətə götürülməlidir. Əks halda, məktəb sadəcə formal diplom yeri, kurslar isə real təhsil məkanı kimi qəbul ediləcək. Bu isə maarifçilik ideyasının məğlubiyyəti deməkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 840   Tarix: 05 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

15.11.2026 396
.

İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"

"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları

15.11.2026 152
.

Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb

Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd

15.11.2026 195
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

15.11.2026 195
.

Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb

ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağı

15.11.2026 146
.

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6

15.11.2026 193
.

Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır

Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi

15.11.2026 182
.

Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi

15.11.2026 148
.

Rəsmi Tehran: İran mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır

"İran strateji tərəfdaşları olan və Tehranın mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır". "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Biz həm Rusiya, həm də Çinlə sıx təmasdayıq. Çin və Rusiya bizim stratej

15.11.2026 170
.