75 bıçaq zərbəsi ilə öldürülən Arzunun qətlinin - Təfərrüatı

75 bıçaq zərbəsi ilə öldürülən Arzunun qətlinin - TəfərrüatıTürkiyənin Bursa şəhərində rusəsilli 20 yaşlı Arzu Xəlilovanın 75 bıçaq zərbəsi ilə qətlə yetirilməsinin təfərrüatı üzə çıxıb.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, A.Xəlilova birlikdə yaşadığı Azərbaycan əsilli Salican Mehmet tərəfindən öldürülüb. Hadisə ilə bağlı istintaq başlanılıb.

Qətl noyabrın 3-ü saat 15:00 radələrində Yıldırım rayonunda yerləşən mənzildə törədilib. Bildirilir ki, cütlük arasında mübahisə yaranıb və bu zaman S.Mehmet mətbəxdən götürdüyü bıçaqla A.Xəlilovaya hücum edib.

Evdən gələn səs-küyü eşidən qonşular hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları Salican Mehmeti əlində bıçaqla saxlayıblar.

Təcili tibbi yardım əməkdaşları Arzu Xəlilovanı ağır vəziyyətdə Yüksək İxtisas Təlim və Araşdırma Xəstəxanasına çatdırıblar. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

Tibbi ekspertizanın ilkin nəticələrinə əsasən, Xəlilovanın bədənində 75 bıçaq yarası aşkarlanıb.

İstintaq zamanı S.Mehmet ifadə verərək qətli törətdiyini etiraf edib. Onun sözlərinə görə, mübahisə zamanı qadın "alış-verişə gedirəm, uşaqlara bax" dediyi üçün əsəbiləşib və bu səbəbdən qətli törədib.

Məlumata görə, cütlüyün 3,5 və 2 yaşlarında iki qızı var.

Araşdırmalar zamanı məlum olub ki, Salican Mehmet əvvəllər dəfələrlə məhkum edilib. Onun barəsində qəsdən xəsarət yetirmə, narkotik vasitələrin saxlanması və odlu silah qanunlarını pozma maddələri üzrə səkkiz cinayət qeydi mövcuddur.

Bundan əlavə, Mehmetin öldürdüyü qadına qarşı cinsi təcavüz ittihamı ilə də istintaqa cəlb edildiyi bildirilir.

Hadisə ilə bağlı Bursa Prokurorluğu tərəfindən cinayət işi açılıb. Faktla bağlı araşdırma davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1034   Tarix: 05 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Böyük Britaniya Kiprə qırıcı təyyarələr yerləşdirdi: Səbəb İrandır

Böyük Britaniya İran ətrafındakı vəziyyət fonunda regional təhlükəsizliyi gücləndirmək məqsədilə Kiprdəki Akrotiri aviabazasına öz qırıcı təyyarələrini göndərib. -ın xəbərinə görə, bu barədə "The Times" qəzeti məlumat verib. Altı "F-35B" qırıcı təyyarəsi artıq İraq və Suriya üzərind

07.02.2026 257
.

Zelenski ABŞ-nin Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün təklif etdiyi vaxtı açıqladı

"ABŞ Kiyevə bu ilin yayınadək Rusiya ilə münaqişəni bitirməyi təklif edib". -ın TSN-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. V.Zelenski ABŞ-nin münaqişə tərəflərinə məsələni həmin müddətə qədər həll etmək üçün təzyiq göstərəcəyini istisna etməyib

10:20 138
.

Orban Aİ və NATO-nun Rusiya ilə birbaşa münaqişəyə yaxınlaşdığını bəyan edib

Avropa İttifaqı və NATO hər həftə onları Rusiya ilə birbaşa hərbi münaqişəyə yaxınlaşdıran təhlükəli addımlar atır. "Report" xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban ölkənin qərbindəki Şombatxey şəhərində hakim Macar Vətəndaş İttifaqı Partiyasının fəalları ilə görüşdə deyib

12:30 123
.

Əlcəzair BƏƏ ilə aviasiya əlaqəsi barədə razılaşmanı ləğv edir

Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə hava əlaqəsi haqqında müqavilənin ləğvi prosesinə başlayıb. "Report" xəbər verir ki, bu barədə "Algérie Presse Service" məlumat yayıb. "2013-cü il mayın 13-də Əbu-Dabidə imzalanmış və 2014-cü il dekabrın 30-da prezident fərmanı il

15:20 0
.

2026-cı ildə çip satışlarının həcmi bir trilyon dollara çata bilər

2026-cı ildə dünya üzrə çip satışlarının həcmi bir trilyon dollara çata bilər. bu barədə Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (SIA) saytına istinadən xəbər verir. SIA-nın məlumatına görə, 2025-ci ildə çip satışları rekord həddə - 791.7 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 25.6

12:10 118
.

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 7 %-ə yaxın artırıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 9,366 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,7 % çoxdur. Hesabat dövründə Türkiyənin metal ixracının ümumi dəyəri illik müqayisəd

13:20 103
.

Leyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar

Leyla Əliyeva və Alyona Əliyeva Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fəaliyyət göstərən STEAM mərkəzində və Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə olublar. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərkəzlə tanışlıq zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüs

12:27 132
.

Vitse-spiker: Slovakiya sabitliyin pozulması təhdidlərinin öhdəsindən gəldi

Slovakiya sabitliyin pozulması təhdidlərinin öhdəsindən gəldi, hazırda ölkədə vəziyyət sabitdir. "Report" xəbər verir ki, bunu Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaşpar TASS-a müsahibəsində bildirib. "Hazırda Slovakiyada vəziyyət sabitdir. Güc və kəşfiyyat strukturları ölkəd

13:30 100
.

Yaponiyada güclü qar: Ölənlərin sayı artdı

Yanvarın 20-dən bəri Yaponiyanın şimalını və Yapon dənizi sahillərini vuran güclü qar nəticəsində ölənlərin sayı 45-ə çatıb. -ın xəbərinə görə, bu, Yaponiya Yanğından Mühafizə və Xilasetmə İdarəsinin statistikasında əksini tapıb. Yerli hakimiyyət orqanlarının ümumi statistikasına görə, qış mövsümünü

07.02.2026 293
.

TOP MP3