Şanlı Qələbə işıqlı gələcəyə yol açdı

Şanlı Qələbə işıqlı gələcəyə yol açdı​Tarixi qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Qarabağın tacı olan Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsi isə Ermənistan rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kapitulyasiya aktına görə, noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər,dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı.
Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biri oldu. Təcavüzkar ölkə və onun hamiləri bir daha gördülər ki, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək.
Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün uğurla davam edir. Qardaş ölkə Vətən müharibəsində olduğu kimi, bu gün də Azərbaycanın yanındadır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2022-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının, 2024-cü il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimlərində, eləcə də Zəngilan və Cəbrayıl rayonlarında bir sıra obyektlərin təməl qoyma tədbirlərində iştirakı bunun bariz nümunəsidir.
Artıq beynəlxalq miqyaslı tədbirlər azad edilmiş ərazilərdə təşkil edilir. 3-cü ildi ki, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı şəhər günlərinin keçirilməsinə başlanılıb, digər azad edilən şəhərlərin də günü böyük təntənə ilə qeyd edilir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla çıxışları zamanı dövlətimizin başçısı bir daha bəyan etdi ki, iki qardaş ölkənin birliyi və dostluğu sarsılmazdır və bundan sonra belə də olacaq: "Mən bu gün fürsətdən istifadə edərək Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onların yorulmaz səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə, Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq".
Bu gün Azərbaycan xalqı tamamilə dağıdılmış böyük ərazidə yeni həyat qurur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirib. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat və infrastruktur işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, hava limanları, dəmir yolları, tunellər tikilir, məscidlər, muzeylər bərpa edilir. Bu məsələlərdə hər bir vətəndaşımız fəal olmalıdır.
Çox fərəhverici və qururlu haldır ki, Şanlı Zəfərimizin 5-ci ildönümünü daha böyük sevinclə qeyd edirik. 2023-cü il sentyabrın 19-da cəmi bir gün davam edən Lokal Antiterror tədbirləri nəticəsində Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin qaldığı digər ərazilərimiz də tam şəkildə Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
2023-cü il oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici gününü yaşadı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. Həmçinin ölkə başçısı Şuşa rayonunun Malıbəyli kəndində, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində, Əsgəran qalasında oldu, Tərtər rayonunun Suqovuşan qəsəbəsində İstirahət parkının aşılışında iştirak etdi və Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış oldu. Bu əlamətdar və qürurverici hadısələr cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümündə baş verdi.
Artıq Qarabağ tam azaddır. Burada genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Ən qururverici hadisələrdən biri isə 2023-cü il noyabrın 8-də oldu. Həmin gün Azərbaycan 44 günlük Vətən savaşındakı Qələbənin üçüncü ilini - Zəfər Gününü Xankəndi şəhərində keçirilən hərbi paradla qeyd etdi.

​​İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 804   Tarix: 05 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

15.11.2026 396
.

İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"

"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları

15.11.2026 152
.

Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb

Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd

15.11.2026 195
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

15.11.2026 195
.

Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb

ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağı

15.11.2026 146
.

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6

15.11.2026 193
.

Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır

Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi

15.11.2026 182
.

Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi

15.11.2026 148
.

Rəsmi Tehran: İran mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır

"İran strateji tərəfdaşları olan və Tehranın mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır". "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Biz həm Rusiya, həm də Çinlə sıx təmasdayıq. Çin və Rusiya bizim stratej

15.11.2026 170
.