Bakıda musiqi məktəbində ŞOK OĞURLUQ: qız müəlliməsinin pullarını sevgilisi ilə xərclədi
Bakıda musiqi məktəbində oğurluq hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu ərazisində yerləşən Bülbül adına Musiqi Məktəbində qeydə alınıb.
Ali məktəbə daxil olmaq üçün burada hazırlığa gələn 19 yaşlı Firəngiz Mütəllimova (ad və soyad şərtidir) müəlliməsinin bank kartını oğurlayıb. Daha sonra sevgilisi ilə görüşərək kartdakı vəsaitləri birlikdə xərcləyiblər. Bu əməlinə görə, Firəngiz barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci (elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmək) maddəsilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə daxil olmaq üçün Bülbül adına Musiqi Məktəbinə, kamança müəlliməsinin yanına hazırlığa gedib:
"Sinif otağında olanda müəllimənin çantası açıq idi. İçərisindən bank kartını götürdüm ki, sonra hesabdakı pulları xərcləyərəm. Münasibətdə olduğum şəxslə görüşüb Malakan bağında gəzirdik. Kartdakı pullarla, soyuq çaylar, siqaretlər, "Seyidin dönəri" adlanan obyektdən 2 ədəd dönər və elektron qəlyanlar aldıq. Pul qurtaranda kartı zibil qutusuna atdım. Bir neçə gün sonra polisə dəvət olundum. Müəllimə kartındakı puldan 101 manat xərclədiyimi dedi".
Firəngiz Mütəllimova sonradan dəymiş zərəri ödəyib və əməlindən peşman olduğunu bildirib. Buna görə, barəsində yüngül cəza verilməsini xahiş edib.
Zərərçəkən isə ifadəsində bildirib ki, Firəngiz hazırlıqdan sonra xalası qızı ilə görüşəcəyini deyib:
"Sinif otağından çıxanda otaqda təkcə Firəngiz vardı. Otağa qayıdanad çantama baxmadan çıxdım. Yolda olanda kartdan pul xərclənməsi ilə bağlı 3 bildiriş gəldi. Dərhal kartı blokladım. Firəngizdən kartı görüb-görmədiyini soruşdum. Pulların xərcləndiyi ünvanlardakı kameralara baxanda Firəngizin bank kartımı oğurladığı sübuta yetirildi".
Zərərçəkən ona dəymiş ziyanın gec də olsa ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını qeyd edib.
Səbail rayon Məhkəməsində hakim Sahilə Bağırovanın sədrliyi ilə keçirilən iclasda Firəngiz Mütəllimova barəsində 1 il 2 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1022 Tarix: 04 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874