Zorakılığa yox: Dövlətin vəzifəsi, cəmiyyətin məsuliyyəti
"Məişət zorakılığı bu gün təkcə ailə içində baş verən bir problem deyil, bütövlükdə cəmiyyətin sağlamlığına təsir edən sosial bəladır. Azərbaycan qanunvericiliyinə görə, "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun məhz insanların ailə daxilində təhlükəsiz yaşamaq, zorakılığa məruz qaldıqda isə qorunmaq hüququnu təmin etmək üçün qəbul edilib".
Bunu BiG.AZ-a açıqlamasında vəkil Ayxan Mollayev bildirib.
O, qeyd edib ki, qanuna əsasən, məişət zorakılığı – ailə üzvləri və ya birgə yaşayan şəxslər arasında baş verən fiziki, psixoloji, iqtisadi və ya cinsi təzyiq deməkdir. Bu, yalnız qadınlara qarşı deyil, həm də uşaqlara, yaşlılara və hətta kişilərə qarşı törədilə bilər. Lakin statistik baxımdan daha çox qadınlar bu zorakılığın qurbanına çevrilirlər:
"Dövlət bu halların qarşısını almaq üçün zərər çəkmiş şəxslərə mühafizə orderi verir. Bu sənəd zorakılıq törədən şəxsə yaxınlaşmaq, əlaqə saxlamaq və ya eyni evdə yaşamaq kimi hüquqları müvəqqəti məhdudlaşdırır. Qısamüddətli order 60 gün, məhkəmə qərarı ilə verilən uzunmüddətli order isə 6 aya qədər qüvvədə qalır.
Qanun həmçinin yardım mərkəzlərinin yaradılmasını da nəzərdə tutur. Bu mərkəzlər zorakılığa məruz qalanlara hüquqi, psixoloji və sosial dəstək göstərir, lazım gəldikdə sığınacaqla təmin edir. Məqsəd yalnız insanı qorumaq deyil, həm də onu həyata qaytarmaq, müstəqilliyini bərpa etməkdir.
Əgər zorakılıq faktı baş veribsə, vətəndaş polisə və ya yerli icra hakimiyyətinə müraciət edə bilər. Qanun bu halların hərtərəfli araşdırılmasını, zərərçəkmişin təhlükəsizliyinin təmin olunmasını və təqsirkar şəxsin məsuliyyətə cəlb edilməsini tələb edir.
Bununla yanaşı, dövlət təkcə zorakılıqdan sonra deyil, zorakılıq baş verməmişdən əvvəl də qabaqlayıcı tədbirlər görməlidir. Maarifləndirmə, ictimai kampaniyalar, məktəblərdə və universitetlərdə zorakılığa qarşı təbliğat bu siyasətin tərkib hissəsidir.
Qanunun əsas fəlsəfəsi sadədir: heç kimin ailə içində əzilməyə, qorxuda yaşamağa haqqı yoxdur. Zorakılıq şəxsi məsələ deyil, cəmiyyətin müdaxilə etməli olduğu bir ədalət məsələsidir. Hər bir fərd – qonşu, müəllim, jurnalist və ya dövlət məmuru – bu məsuliyyətin bir hissəsidir.
Bu qanun təkcə zərər çəkmiş şəxsi deyil, bütöv ailəni və gələcək nəsilləri qorumağa xidmət edir. Çünki zorakılığın qarşısını almaq təkcə hüquqi deyil, həm də mənəvi borcdur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 922 Tarix: 04 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874