Bu ilanların zəhəri müalicədən sonra da öldürür - SƏBƏBİ
Qara mambalar planetin ən təhlükəli ilanlarından hesab olunur. Onlar kobra və gürzələrdən daha az dişləsə də, onların hücumları daha çox ölümə gətirib çıxarır. Maraqlıdır ki, bəzi hallarda zərdab vurulduqdan sonra xəstənin vəziyyəti əvvəlcə yaxşılaşır, lakin daha sonra qəfil pisləşir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, alimlər bu təhlükəli fenomenin səbəbini müəyyən ediblər.
Zəhərin ikiqat təsir mexanizmi
Kuinzlend Universitetinin professoru Brayan Frayın rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu qara mamba, qərbi yaşıl mamba və Ceymson mambasının zəhərinin iki fərqli mexanizmlə təsir göstərdiyini aşkar edib.
Birinci komponent - əzələləri zəiflədən və sinir impulslarını bloklayan "sakitləşdirici" iflic yaradır. Mövcud qarşızəhərlər məhz bu təsirə qarşı işləyir.
İkinci komponent - indiyə qədər gizli qalan əsas təhlükədir. Bu toksinlər əzələlərdə, xüsusilə tənəffüs əzələlərində güclü spazm yaradır və onları daimi gərgin vəziyyətdə "kilidləyir". Nəticədə nəfəs dayanır və ölüm baş verir.
Əvvəllər bu tip spazmatik iflic yalnız şərqi yaşıl mambaya aid edilirdi, lakin yeni araşdırma bunun daha üç növdə də olduğunu göstərdi.
Mövcud antidotlar tam təsir göstərmir
Araşdırmada ən geniş istifadə olunan üç kommersiya zərdabı sınaqdan keçirilib. Heç biri ikinci mexanizmin yaratdığı spastik təsirə qarşı effektiv olmayıb. Bu səbəbdən mamba zəhərindən hər il təxminən 30 min insan dünyasını dəyişir.
Həkimlərin sözlərinə görə, xəstəni xilas etməyin yeganə yolu süni tənəffüs aparatı ilə vaxtında tibbi yardım göstərməkdir. Lakin mambaların daha çox rast gəlindiyi Afrika regionlarında bu cür avadanlıq çox zaman çatışmır.
Yeni həll yolu
Tədqiqatçılar hesab edir ki, mövcud preparatları şərqi yaşıl mamba toksinlərinə qarşı anticisimlərlə gücləndirmək lazımdır. Bu, antidotu bütün mamba növlərinə qarşı təsirli edə bilər. Amma bunun qiyməti xeyli artıracağı və Afrikada bir çox pasiyentin bu dərmanları ala bilmədiyi vurğulanır.
Alimlər bildirirlər ki, "bütün zəhərlərə qarşı vahid dərman" yaratmaq real deyil. Mambalar təbiətdə insanları yox etməyi deyil, quşları və kiçik canlıları tez iflic edərək ovlamağı hədəfləyən şəkildə təkamül keçirmişdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 947 Tarix: 03 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevin 23 illik prezidentlik fəaliyyəti: inkişafdan Zəfərə, Zəfərdən yeni mərhələyə
"2003-cü il Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin il, 15 oktyabrda İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Cənab İlham Əliyevin prezidentliyi dövrünü yalnız seçki tarixləri ilə xarakterizə etmək mümkün deyil. Bu dövr Azərbaycanın dövlətçilik
15:17 155 Rusiyadan neft alan Hindistana ABŞ-dan SƏRT XƏBƏRDARLIQ
ABŞ Nümayəndələr Palatası Rusiyadan enerji asılılığını azaltmaq məqsədilə Çin, Hindistan və digər ölkələrə qarşı sərt rüsumların (100%-dək) tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib. Nyu-Dehli isə mövzu ilə bağlı Vaşinqtona sərt xəbərdarlıq edib. Bizim.Media xəbər verir ki, bu barədə informasiyan
21:15 100 Rusiya Ukraynaya genişmiqyaslı hava zərbələri endirib
Rusiya gecə saatlarında Kiyev və digər Ukrayna şəhərlərinə raket və dronlarla kütləvi hücum həyata keçirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Ukrayna rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində Kiyevdə ən azı 18 nəfər, o cümlədən uşaqlar yaralanıb. Odesa və Zaporojye vilayətlərində də xəsarə
16:06 175 Rus ordusu daha iki kəndi işğal etdi
Rusiya ordusu Zaporojye vilayətinin Rozovka, Xarkov vilayətinin Malaya Volçya yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
21:45 83 ELVİN ABBASOV: "Rəqəmsal aləmdəki tanınma bəzən real nailiyyəti əvəz edən psixoloji illüziyaya çevrilir"
Bu gün sosial şəbəkələrdə məşhurlaşmaq bir çox insan üçün arzuya çevrilib. Bir video, paylaşım və ya fərqli fikir qısa zamanda milyonlarla insana çata bilir. Bəs sosial şəbəkədə məşhur olmaq həqiqətən uğur göstəricisidir? . Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən "Azərbaycan İnformasiya və Kommunikasiy
13:01 185 İlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma kompleksdə yaradılmış şərait barəd
17:17 207 "Kurtlar Vadisi"ndəki Muhsin Yazıcıoğlu detalı yenidən gündəmdə
Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı aparılan araşdırma çərçivəsində məşhur "Kurtlar Vadisi Pusu" serialı da diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, serialın ssenaristləri isə iş üzrə məluma
18:45 180 Qazaxıstan Kanadaya 255 milyon dollarlıq mal ixrac etməyi təklif edib
Qazaxıstan Kanada bazarına tədarük edə biləcəyi ümumi məbləği təqribən 255 milyon dollar olan 45 kateqoriya üzrə malın siyahısını hazırlayıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi qurumun rəhbəri Arman Şakkaliyevin Kanadanın beynəlxal
22:00 56 İlham Əliyev Türkiyə ilə bağlılığımızdan danışdı
"Türkiyə-Azərbaycan əlaqələrinin, təbii ki, xüsusi yeri, rolu var. Deyə bilərəm ki, dünya miqyasında buna oxşar əlaqələr yoxdur". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bildirib. "Bir-birin
17:07 154