Nikahdan kənar doğulan uşaqların miras hüququ – Ailə Məcəlləsi nə deyir?

Nikahdan kənar doğulan uşaqların miras hüququ – Ailə Məcəlləsi nə deyir?"Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Ölmüş şəxsin, yəni miras qoyanın əmlakı vərəsələrə qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla keçir."

Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.

Vəkil qeyd edib ki, vəsiyyətnamə ilə şəxs öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr, həm də kənar şəxslər arasında bölüşdürə bilər. Lakin vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, vəsiyyət edən şəxsin uşaqlarının, valideynlərinin və həyat yoldaşının mirasda məcburi payı vardır.

Qanun üzrə vərəsəlik yalnız o halda tətbiq olunur ki, miras qoyan vəsiyyətnamə tərtib etməsin və ya tərtib etdiyi vəsiyyətnamə tam və ya qismən etibarsız sayıl-sın. Belə hallarda miras bərabər pay hüquqlu vərəsələr arasında bölünür və qohumluq dərəcəsinə görə növbəlilik tətbiq edilir.

Rəşad Əliyev bildirib ki, birinci dərəcəli vərəsələrə ölənin uşaqları, onun ölümündən sonra doğulan uşaq, həyat yoldaşı, valideynlər (və övladlığa götürənlər) daxildir.

"Nikahsız doğulan uşağın atalığı müəyyən olunubsa, həmin uşaq rəsmi nikahda doğulan uşaqlarla eyni hüquqlara malik olur və atasının vərəsəsi sayılır.
Əgər atalığın müəyyən olunması baş verməyibsə, o zaman nikahdan kənar uşağın atadan miras payı almaq hüququ yaranmır," – deyə vəkil vurğulayıb.

Vəkil əlavə edib ki, uşağın mənşəyi və atalığın müəyyən olunması Ailə Məcəlləsinin 44-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı, valideynlərin birgə ərizəsi əsasında və ya zəruri hallarda məhkəmə qərarı ilə müəyyən edilir.

Eyni zamanda, əgər ana hamiləlik dövründədir və doğuşdan sonra ərizə vermək çətin görünürsə, bu halda tərəflər hamiləlik dövründə də birgə ərizə təqdim edə bilərlər.

Rəşad Əliyev onu da əlavə edib ki, yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyənləşdirilməsi yalnız onun razılığı ilə mümkündür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 735   Tarix: 03 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.