Təhlükəli virus! Yağış mövsümündə artır
Seneqalda sentyabrın sonunda aşkarlanan Rift Vadisi qızdırması epidemiyası genişlənməyə davam edir.
BAKU.WS xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin son məlumatına görə, indiyədək 381 yoluxma halı qeydə alınıb, onlardan 312 nəfər sağalıb, 29 nəfər isə həyatını itirib.
Nazirliyin açıqlamasında bildirilib ki, oktyabrın 23-də ölənlərin sayı 25 nəfər idi, lakin son günlər vəziyyət daha da pisləşib.
Rift Vadisi qızdırması ilk dəfə sentyabrın 21-də Sent-Luis bölgəsində aşkarlanıb və xüsusilə heyvandarlıqla məşğul olan əhali arasında sürətlə yayılıb. Xəstəliyin adı Afrikanın şərqindəki Böyük Rift Vadisi ilə bağlıdır və virus ilk dəfə 1931-ci ildə Kenyada mal-qara arasında qeydə alınıb.
Bu xəstəlik əsasən ağcaqanad dişləməsi və ya yoluxmuş heyvanların qanı və toxumaları ilə təmas nəticəsində insana keçir. Adətən yüksək hərarət, halsızlıq və əzələ ağrısı kimi yüngül simptomlarla müşahidə olunsa da, bəzi hallarda qaraciyər çatışmazlığı, beyin və ya göz iltihabı kimi ağır fəsadlara yol aça bilər.
Mütəxəssislərin sözlərinə görə, Rift Vadisi qızdırması xüsusilə yağış mövsümündə ağcaqanad populyasiyasının artdığı dövrlərdə daha sürətlə yayılır.
Heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olan icmalar virusun yayılması baxımından ən riskli qruplar hesab olunur.
Qeyd edək ki, Rift Vadisi qızdırması insandan insana keçmir, yalnız heyvanlardan insanlara yoluxur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 867 Tarix: 03 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874