Türkiyə məhkəməsi Bosfordakı villanı çar Rusiyası diplomatının varislərinə verdi
İstanbul məhkəməsi Bosfor boğazı ərazisində bahalı yerdə yerləşən tarixi malikanəyə aid hüquqları onu 1868-ci ildə satın almış çar Rusiyası diplomatının varislərinə verilməsi barədə qərar qəbul edib.
Oxu.Az bildirir ki, bu barədə "Sabah" qəzeti daşınmaz əmlak obyektinə qarşı 17 illik məhkəmə təhqiqatının nəticələri əsasında xəbər verib.
Nəşrin məlumatına görə çar Rusiyası səfirliyinin Nikolay İsveçin ad-soyadlı əməkdaşı bu binanı və sahəsi təqribən 10 hektar olan bitişik ərazini Fransadan olan ailədən satın alıb. Malikanə bir müddət Rusiya diplomatik missiyasının nümayəndəlik binalarından biri kimi də istifadə olunub. Onun hazırkı dəyəri 1.5 milyard dollar məbləğində qiymətləndirilir.
Türkiyə Xəzinədarlığı, Vəqflər Baş İdarəsi, Rusiya və diplomatın varisləri iddianın iştirakçıları olublar. Qeyd olunur ki, Türkiyə qurumlarının və Rusiya tərəfinin binaya dair iddiaları mülkiyyət sənədlərinin, fərmanların, diplomatik yazışmaların və beynəlxalq hüquq normalarının təhlili əsasında məhkəmə tərəfindən rədd edilib. Məhkəmə yekunda N.İsveçinin varislərinin xeyrinə qərar verib.
Malikanə üzərində hüquqla bağlı problem 1917-ci il Rusiya inqilabından sonra yaranıb. Villa II Nikolayın ölümündən sonra Osmanlı sultanının fərmanı və məhkəmə qərarı ilə Rusiya tərəfinə icarəyə verilsə də, rəsmi olaraq Rusiyaya məxsus kimi qeydiyyata alınmayıb. 1950-ci ildə aparılmış kadastr qiymətləndirilməsi zamanı əmlakın köhnə sahibi Nikolay İsveçin adına qeydiyyata alındığı müəyyən edilib. Sonradan məlum olub ki, İsveçinin Fransada yaşayan varisləri var.
Bildirilir ki, malikanə diplomatın üç varisinə keçməlidir.
Qeyd edilir ki, Nikolay İsveçin 1815-ci ildə Rusiyada anadan olub və 1903-cü ildə Türkiyədə vəfat edib. Həyat yoldaşı Yelizaveta Aleksandrovna Pestel isə 1877-ci ildə vəfat edib. Bəzi övladlarından heç biri varis qoymayıb, övladlığa götürülmüş oğlu Didye Lekont İsveçin 2005-ci ildə vəfat edib. Məhkəmənin qərarına görə, Didyenin üç övladı bu əmlakın varisləridir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 615 Tarix: 01 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video
Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i
15.11.2026 218 Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6
15.11.2026 193 Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağı
15.11.2026 146 Prezidentin 1 həftəsi... - Video
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. "Qafqazinfo" icmalı təqdim edir:
15.11.2026 135 Konfet kişinin ağzında partladı, öldü
Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya
15.11.2026 243 ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb
ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu
15.11.2026 212 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır
Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi
15.11.2026 182 Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın
15.11.2026 201 Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır
Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın
15.11.2026 189