Azərbaycanda AİLƏ FACİƏSİ: 17 yaşlı yeniyetmə ANASINI ÖLDÜRDÜ

Azərbaycanda AİLƏ FACİƏSİ: 17 yaşlı yeniyetmə ANASINI ÖLDÜRDÜXaçmaz rayonunun Çaykənarı kəndində dəhşətli hadisə baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Həqiqət Məmmədova bıçaq xəsarətləri nəticəsində həyatını itirib. İlkin məlumatlara əsasən, qadını onun 17 yaşlı oğlu qətlə yetirib.

Hadisənin ailə-məişət zəminində, qısqanclıq səbəbindən baş verdiyi ehtimal olunur. Qonşular bildiriblər ki, ana ilə oğul arasında telefon üstündə mübahisə yaranıb. "İki oğlu var, kiçik oğlu anasını öldürüb. Deyilənə görə, hadisə telefonla bağlı olub. Uşaq anasına 'danışma, telefonu ver, sındıraram' deyib və aralarında mübahisə yaranıb", - mərhumun qohumu bildirib.

Ağır yaralanan Həqiqət Məmmədova təcili yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxananın həkimi Orxan Şeydayevin verdiyi məlumata görə, qadın çoxsaylı bıçaq xəsarətləri ilə tibb müəssisəsinə gətirilib:
"Pasiyentdə döş qəfəsi və qarın nahiyəsində dərin kəsilmiş-deşilmiş yaralar, həmçinin sol dirsək oynağı, sağ said və sol əlin ovuc hissəsində çoxsaylı kəsiklər aşkar edilmişdi. Bütün reanimasiya tədbirlərinə baxmayaraq, qadın oktyabrın 30-da axşam saatlarında vəfat edib".

Qətli törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./Milli.az/


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 612   Tarix: 01 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırmadan ölən qızın babası: "Həkimlər deyirdilər ki, uzağı 20 yaşınadək yaşayacaq"

Salyanda yeniyetmə qız qızdırmadan ölüb. Bildirilir ki, yaxın qohum evliliyindən dünyaya gələn 2009-cu il təvəllüdlü Zərifə Əlibala qızı Əhmədova serebral iflic xəstəliyindən əziyyət çəkib. Mərhumun babasının sözlərinə görə, yeniyetmə 17 il ərzində danışa bilməyib və özünü ifadə etmək qabiliyyəti olmayıb

02:26 564
.

2026-cı ildə çip satışlarının həcmi bir trilyon dollara çata bilər

2026-cı ildə dünya üzrə çip satışlarının həcmi bir trilyon dollara çata bilər. bu barədə Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (SIA) saytına istinadən xəbər verir. SIA-nın məlumatına görə, 2025-ci ildə çip satışları rekord həddə - 791.7 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 25.6

12:10 118
.

Gəncə Dövlət Dram Teatrında "İsi və Piti" animasiya serialının premyerası olub

Gəncə Dövlət Dram Teatrında "İsi və Piti" animasiya serialının premyerası keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak ediblər. Premyera Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə "ANİMAFİLM Gəncədə" festival

12:37 126
.

DİQQƏT! Ev tikintisində YENİ ŞƏRT

Azərbaycanda ev tikdirənlərin bəzisi bu işi şirkətlərə, bəzisi isə tanıdığı, işinə bələd olduğu ustaya həvalə edir. Şirkətlər mənzil sahibi ilə evin tikintisi haqqında detalları, yəni hansı müddətə işin başa çatacağını, nə qədər vəsait xərclənəcəyini və digər məsələləri danışıb, müqavilə bağlayırlar

18:10 0
.

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 7 %-ə yaxın artırıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 9,366 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,7 % çoxdur. Hesabat dövründə Türkiyənin metal ixracının ümumi dəyəri illik müqayisəd

13:20 103
.

Azərbaycan Türkiyədən havalandırma sistemlərinin idxalına çəkdiyi xərci 9%-ə yaxın azaldıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 8,792 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,8 % azdır. Hesabat dövründə Türkiyənin isitmə, soyutm

07.02.2026 276
.

Tramp İranla danışıqları qiymətləndirdi: "Onlar saziş bağlamaq istəyirlər"

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar İranla məhsuldar danışıqlar aparıb və Tehran saziş bağlamağa hazırdır. xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. "Biz, həmçinin İran üzrə çox yaxşı danışıqlar apardıq. Görünür, İran saziş bağlamağı çox istəyir"

12:00 132
.

Venesiyada daşqın təhlükəsi: Doqquz gün ərzində rekord sayda qabarma qeydə alındı

İtaliyanın Venesiya şəhərində doqquz gün ərzində 15 yüksək qabarma qeydə alınıb. xəbər verir ki, bu barədə ANSA xəbər agentliyi məlumat verib. Qabarmaların Monitorinqi Mərkəzinin direktoru Alvize Papa bu rekordu qlobal istiləşmə səbəbindən artan təhlükə hesab edir. Qeyd olunub ki, 15 qabarmadan 10-

11:10 141
.

Yerdə maqnit fırtınası gözlənilir

Fevralın 7-8-də geomaqnit şəraiti ümumilikdə sakit olacaq, lakin yenə də qısamüddətli maqnit qasırğası gözlənilir. -ın xəbərinə görə, bu barədə Britaniya Geoloji Xidmətindən məlumat verilib. Alimlərin məlumatına görə, hazırda koronal dəlikdən (tac dəliyi) gələn güclü axının təsiri səbəbindən günəş küləyini

11:20 137
.

TOP MP3