Müğənni Güllünün ölümü ilə bağlı qızından ŞOK iddia: "Mən etdim, çox peşmanam"

Müğənni Güllünün ölümü ilə bağlı qızından ŞOK iddia: "Mən etdim, çox peşmanam"Türkiyədə yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq həyatını itirən məşhur müğənni Güllü ilə bağlı istintaq davam edir.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə ilə bağlı ailədaxili gərginlik və cinayət şübhələrini gücləndirən yeni açıqlamalar ortaya çıxıb.

Mərhum müğənninin qızı Tuğyan Ülkem Gülterin yaxın dostu Bircan Dülger, mediaya açıqlamasında sensasiyalı iddialar irəli sürüb. Dülger bildirib ki, Güllü ilə qızı arasında illərdir ciddi münaqişələr olub və Tuğyan bir dəfə ona "Kaş mane ola bilsəydin… Mən elədim, amma çox peşmanam" deyib.

Dülger, Tuğyanı 15 yaşından tanıdığını və ana-qız münasibətlərində daim gərginlik olduğunu vurğulayıb. Onun sözlərinə görə, Tuğyan bir dəfə anasını mətbəx önlüyü ilə bağlayaraq öldürmək istədiyini söyləyib, həmin vaxt hadisəyə qızın dayısı müdaxilə edib.

O, həmçinin Tuğyanın əvvəllər narkotik maddə istifadə etdiyini, cinayətkarlıqla məşğul olan şəxslərlə münasibətdə olduğunu və bu səbəbdən anası ilə münasibətlərinin pozulduğunu deyib. Dülger, Tuğyanın hazırkı sevgilisinin evli olduğunu və Güllünün bu münasibətə qarşı çıxdığı üçün tez-tez gərginlik yaşandıqlarını qeyd edib.

İddiaya görə, Tuğyan anasına qarşı aqressiv mesajlar göndərib və hadisədən qısa müddət əvvəl bu mesajları gizlətməyə çalışıb. Dülger, Güllünün ölümündən sonra Tuğyanın qandakı ləkəli köynəyini ondan istədiyini və telefonundakı mesajları sildiyini də bildirib.

Mərhum müğənninin yaxın dostu və işçisi Ferdi Aydın da istintaqa verdiyi ifadədə Güllünün ölümündən əvvəl qızından qorxduğunu dediyini qeyd edib. Aydının sözlərinə görə, Güllü bir ay əvvəl "Əgər mənə nəsə olsa, qızım edib" demişdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1323   Tarix: 31 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

15.11.2026 218
.

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6

15.11.2026 193
.

Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb

ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağı

15.11.2026 146
.

Prezidentin 1 həftəsi... - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. "Qafqazinfo" icmalı təqdim edir:

15.11.2026 135
.

Konfet kişinin ağzında partladı, öldü

Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya

15.11.2026 243
.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

15.11.2026 212
.

Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır

Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi

15.11.2026 182
.

Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi

"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın

15.11.2026 201
.

Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır

Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın

15.11.2026 189
.