Azərbaycan məktəb idarəçiliyində yeni era: Direktor seçimi səriştəyə əsaslanır

Azərbaycan məktəb idarəçiliyində yeni era: Direktor seçimi səriştəyə əsaslanır"Azərbaycanda məktəb rəhbərliyinin idarə olunması uzun illər formal və subyektiv qərarlara əsaslanıb, bu isə təhsilin keyfiyyətinə və idarəetmənin şəffaflığına mənfi təsir göstərib. Son illərdə Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi struktur islahatlar, xüsusilə direktorların işə qəbul qaydalarının yenilənməsi, keyfiyyət və məsuliyyət standartlarının yüksəldilməsinə yönəlib".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O, qeyd edib ki, yeni qaydalar idarəçilikdə şəffaf, səriştəyə əsaslanan, hesabatlı sistem formalaşdırmağı qarşıya məqsəd qoyur. Artıq məktəb direktoru təsadüfi təyinatla deyil, pedaqoji, idarəetmə və sosial bacarıqları real şəkildə ölçülən şəxs olacaq:

"Direktor vəzifəsinə iddialı şəxslər yalnız elektron qeydiyyat və müsahibə mərhələsi vasitəsilə seçiləcək. Bu sistem namizədin strateji düşünmə, ünsiyyət, qərarvermə, sosial-emosional və texnoloji bacarıqlarını əsas meyar kimi götürür. Minimum 5 il pedaqoji təcrübə şərti qüvvədə qalır, elmi dərəcə və ya magistr təhsili olanlar üçün isə bu tələb 3 ilə endirilir.

Müsahibə mərhələsi strukturlaşdırılmış formada aparılır, 20 dəqiqəlik qiymətləndirmə çərçivəsində komissiya üzvləri namizədin real düşünmə tərzini, liderlik potensialını və etik davranışını dəyərləndirir. Bu model Avropa ölkələrinin təhsil idarəçiliyi standartlarına uyğun olaraq idarəetmə səriştəsini əsas meyar kimi götürür.
Azərbaycan məktəb idarəçiliyində yeni era: Direktor seçimi səriştəyə əsaslanırElektron platforma üzərindən həyata keçirilən qeydiyyat və nəticələrin izlənməsi şəffaflığı təmin edir. 2024-cü ildə keçirilən müsabiqələrdə 1300-dən çox namizəd iştirak edib və nəticələrin 98 faizi "elektron audit" mexanizmi ilə təsdiqlənib.

Yeni qaydalar emosional intellekt və sosial dəyərləri də nəzərə alır. Direktor liderlik tərzini sərt inzibati idarəçilikdən çıxararaq, komanda əməkdaşlığı, empatiya və motivasiya yaradacaq mühitin formalaşmasına yönəldəcək. Regional texnoloji imkanların məhdudluğu isə Nazirlik tərəfindən yaradılan infrastruktur vasitəsilə kompensasiya olunur.

Dünya təcrübəsi göstərir ki, ən uğurlu rəhbər təyinatları yalnız testlə deyil, real liderlik davranışının müşahidəsinə əsaslanan sistemlə mümkündür. Azərbaycan da eyni yanaşmanı tətbiq edərək idarəetmə, analitik düşüncə və sosial məsuliyyəti ölçən modelə keçib.

Nəticədə, idarəetmədə peşəkarlıq və hesabatlılıq artır, direktor yalnız inzibati təyinatla deyil, bacarıq və davranış göstəricilərinə əsasən seçilir. Bu islahat məktəb mədəniyyətini və təhsilin keyfiyyətini yüksəldəcək, rəhbərlikdə kompetensiya, dəyərlər və şəffaflıq prinsiplərini möhkəmləndirəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 862   Tarix: 31 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

15.11.2026 218
.

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6

15.11.2026 193
.

Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb

ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağı

15.11.2026 146
.

Prezidentin 1 həftəsi... - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. "Qafqazinfo" icmalı təqdim edir:

15.11.2026 135
.

Konfet kişinin ağzında partladı, öldü

Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya

15.11.2026 243
.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

15.11.2026 212
.

Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır

Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi

15.11.2026 182
.

Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi

"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın

15.11.2026 201
.

Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır

Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın

15.11.2026 189
.